«audiT» FƏNNİ ÜZRƏ MÜhaziRƏLƏR


Kommersiya xərclərinin auditi



Yüklə 354,65 Kb.
səhifə102/109
tarix02.01.2022
ölçüsü354,65 Kb.
#44036
1   ...   98   99   100   101   102   103   104   105   ...   109
audit

Kommersiya xərclərinin auditi

Məhsulların satışı ilə əlaqədar xərclər kommersiya xərcləri adlanır. Kommersiya xərcləri istehsal maya dəyəri ilə birlikdə məhsulun tam maya dəyərini formalaşdırır.

Yoxlama zamanı aşağıda göstərilən məsələlər müəyyən edilməlidir:

- məsrəflərin kommersiya xərclərinin tərkibinə daxil edilməsinin düzgünlüyü. Kommersiya xərclərinin tərkibinə daxil edilən məsrəflərə preyskurant və baülanmış müqavilə şərtlərinə əsasən istehsalçı-müəssisə tərəfindən həyata keçirilən tara və qablaşdırma xərcləri, malgöndərənin hesabına məhsul satışı üzrə nəqliyyat xərcləri (yükləmə, çatdırma, boşaltma), eləcə də nəqliyyat-ekspedisiya təşkilatının xidmətinin ödənilməsi xərcləri, müqaviləyə uyğun olaraq satıcı müəssisələrə və təşkilatlarına ödənilən komission yıüımları və ayırmalar, reklam xərcləri, baülanmış kontraktlara, razılaşma və digər sənədlərə müvafiq olaraq alıcılara və ya vasitəzi təşkilatlara pulsuz qaydada verilən məhsul nümunələrinin dəyəri və satış üzrə digər xərclər (malların saxlanması, işlənməsi, sortlaşdırılması və b.) aid edilir:

- reklam üzrə müəyyən edilmiş xərc normativlərinin gözlənilməsi;

- müəssisədə taraların uçоtu üzrə əsas qaydaların (anbarlarda, sexlərdə və onların saxlandıqları digər yerlərdə taraların hazırlanması, daxil olması və buraxılması üzrə əməliyyatların sənədləşdirilməsinin düzgünlüyü və vaxtında aparılması) gözlənilməsi;

Yeni taraların hazırlanması üzrə xərclər 202 (23) saylı hesabda uçоta alınır. Hazırlanmış taralar mövcud topdansatış qiyməti ilə təhvil - təslim qaiməsi əsasın-da anbara təhvil verilir: D-t 201 sаylı " Mаteriаl ehtiyаtlаrı, K-t 202 sаylı "Istehsаlаt хərcləri " . Əgər qablaşdırma əsas sexlərdə aparılırsa D-t 202 sаylı "Istehsаlаt хərcləri " , K-t 201 sаylı " Mаteriаl ehtiyаtlаrı", hazır məhsul anbarlarında aparılırsa, onda D-t 711 sаylı "Kоmmersiyа хərcləri", K-t 201 " Mаteriаl ehtiyаtlаrı" mühasibat yazılışı edilir;

- 711(43) saylı hesab üzrə analitik uçоtun aparılmasının düzgünlüyü. Hesabat dövrü başa çatdıqdan sonra kommersiya xərcləri məhsulların maya dəyərinə silinr;

- həyata keçirilmiş əməliyyatlar üzrə mühasibat yazılışlarının düzgünlüyü;

- sintetik və analitik uçоt yazılışlarının baş kitab və balansda yazılışlara uyğunluüu.




Yüklə 354,65 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin