«audiT» FƏNNİ ÜZRƏ MÜhaziRƏLƏR


Təsisçilərlə və səhmdarlarla hesablaşmaların auditi



Yüklə 354,65 Kb.
səhifə75/109
tarix02.01.2022
ölçüsü354,65 Kb.
#44036
1   ...   71   72   73   74   75   76   77   78   ...   109
audit

Təsisçilərlə və səhmdarlarla hesablaşmaların auditi

Təsisçilərlə hesablaşmaların auditi zamanı təşkilatın təsis sənədlərindən, təsisçilərin və səhmdarların iclaslarının protokollarından, təsisçilərin nizamnamə ka-pitalına üzvlük haqqlarını əks etdirən ilkin sənədlərdən, dividendlərin və səhm-darların gəlirlərinin hesablanması üzrə sənədlərdən, 302 sаylı "Nоminаl (nizаm-nаmə) kаpitаlın ödənilməmiş hissəsi", 534 sаylı "Gəlirlərin ödənilməsi üzrə təsisçilərə kreditоr bоrclаrı" (75saylı «Təsisçilərlə hesablaşmalar») hesаblаrı üzrə analitik və sintetik uçоt məlumatlarından istifadə edilir.

Təsisçilərlə hesablaşmaların auditi zamanı auditor aşağıdakıları yoxlayır:

- təsisçilərin nizamnamə kapitalına köçürdükləri üzvlük haqqının həcmi, növü (bina, avadanlıq, nəqliyyat vasitələri, əmtəə-material dəyərləri, pul vəsaitləri, qiymətli kaüızlar) və həmin köçürmələrin vaxtında aparılması;

- müəssisənin fəaliyyətində iştirakdan əldə edilən gəlirlərin hesablanma-sının düzgünlüyü və gəlirdən verginin tutulmasının tamlıüı;

- nizamnamə kapitalının formalaşması və müəssisənin fəaliyyətində iştiraka görə gəlirlərin hesablanması üzrə mühasibat yazılışlarının tərtib edilməsi-nin düzgünlüyü;

- təsisçilərlə hesablaşmaların analitik və sintetik uçоtu üzrə yazılışların ilkin sənədlərdə, registrlərdə baş kitabda və balansda əks etdirilən məlumatlara uyğunluüu.

Auditor mühasibat uçotu hesablarında elan edilmiş nizamnamə kapitalının əks olunmasının düzgünlüyünü yoxlamalıdır. Bunun üçün 302, 534 (75) saylı hesabın analitik məlumatları 301 (85) saylı hesabın məlumatları ilə və təsis sənədləri ilə müqayisə olunmalıdır. Belə müqayisənin nəticələri cədvəldə əks etdirilir (cədvəl 11).

Cədvəl 11

Nizamnamə kapitalının formalaşdırılmasının düzgünlüyünün yoxlanması



Təsisçinin

adı, soyadı




Təsis sənədlə-

ində nizam-

namə kаpi-

talının elan

edilmiş məbləüi


Nizamnamə

kapitalının 301 (85) sаylı hesab

üzrə əks

etdirilmiş

məbləüi


Nizamnamə

kapitalının

302,534(75) sаylı hesаbdа

əs etdirilmiş

məbləüi


Məlumatların kənarlaşması

(+, - )


Təsis sə-nədləri-

nin 301


(85) sаylı

hesabın


məlumat-

larından



Təsis

Sənədlə-


rinin

302,534


(75) sаylı

hesabın


məlumat-

larından



301 (85) saylı

hesabı üzrə

yazılışların

302,534


(75) sаylı

hesab


üzrə

yazılış-


lardan


Yekun


















Kənarlaşma müəyyən edildikdə auditor onun səbəblərini, günahkar şəxsləri və müəssisəyə dəyən ziyanı müəyyən edir. Yoxlama zamanı auditor təsis sənədləri ilə tanış olaraq müəssisənin nizamnamə kapitalının həcminə diqqət yetirir, nizamnamə kapitalına payların hansı qaydada (pul və ya qeyri pul) köçürülməsini öyrənir. Nizamnamə kapitalına qeyri pul formasında edilən paylar ekspert yolu ilə müəyyən edilir. Ekspertizanın nəticələri aktla rəsmiləşdirilir.

Nizamnamə fonduna köçürmənin faktiki vaxtı aşağıdakı qaydada müəyyən edilir: pul formasında pay üzrə müəssisənin hesabına pul köçürülməsi haqda bank çıxarışının tarixi və ya kassa mədaxil orderindən çıxarışın tarixi; qeyri pul payları üzrə- həmin qeyri pul paylarının mədaxil edilməsi ilə əlaqədar ilkin sənədin tərtib olunması tarixi (əsas vəsaitlərin təhvil-təslim aktları, əmtəə-nəqliyyat qaimələri, gömrük bəyannamələri, materialların qəbulu aktları).

Auditor həmçinin gəlirlər üzrə səhmdarlarla hesablaşmaların düzgünlüyünü və vaxtında aparılmasını öyrənir. Bunun üçün o, 534 sаylı "Gəlirlərin ödənilməsi üzrə təsisçilərə kreditоr bоrclаrı" (75/2"Gəlirlər üzrə hesablaşmalar" ) hesabı üzrə analitik məlumatları təhlil edir. Auditor gəlirlərin hesablanması və ödənil-məsinin düzgünlüyünü yoxlayır. Auditor həmçinin müəssisədə iştiraka görə gəlirlərdən verginin hesablanması və tutulmasının düzgünlüyünü də yoxlamalıdır.





  1. Yüklə 354,65 Kb.

    Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin