metodiki aspekt ̶ mühasibat uçotunun aparılması üzrə müəssisənin seçdiyi konkret üsul və metodlar;
təşkilati-texniki aspekt - mühasibat xidmətinin qurulması sistemi, daxili-təsərrüfat uçotunun, hesabatının və nəzarətin təşkili, uçot informasiyalarının işlənməsi texnologiyası (məsələn, sənəd dövriyyəsinin, inventarizasiyanın təşkili üsulları, uçot registrləri sistemi və s.).
Auditor uçot siyasətinin tərtib edilməsinin düzgünlüyünü yoxlayır. Müəssisənin uçot siyasəti yeni hesabat ilinin əvvəlində təsdiq edilir. O, müəssisə rəhbərinin əmri kimi və ya müvafiq əmrə əsasən uçot siyasəti üzrə qayda kimi rəsmiləşdirilə bilər.
Dostları ilə paylaş: |