Ixrac-idxal əməliyyatlarının auditi
Müəssisədə bütün ixrac-idxal əməliyyatları kontraktlar əsasında tərtib edilməlidir. Həmin kontraktlarda aşağıdakı bölmələr mütləq göstərilir: kontraktın predmeti; ödəmə şərti; malın qablaşdırılması və markalanması; iddiaların şərtləri; cərimə sanksiyaları və zərərin ödənilməsi qaydası; sıüorta; arbitraj; kontraktın digər şərtləri; tərəflərin xarakteristikası və ünvanları.
Ixracat məhsullarının istehsalı və satışı üzrə əməliyyatları yoxlayarkən nəzərə almaq lazımdır ki, həmin məhsul 204 (40) saylı "Hazır məhsul" hesabının "Ixracat məhsulları" subhesabında uçota alınır. Bunun üçün auditor həmin subhesab üzrə yazılışları diqqətlə nəzərdən keçirir. Satış qiyməti kontrakt üzrə müəyyən edilir.
Ixrac əməliyyatlarını yoxlayarkən aşağıdakı informasiyalardan istifadə оlunur: kontraktlar; gömrük bəyannamələri; spesifikasiyalar, dublikatlar və ya dəmiryolu yük daşımaları qəbzləri əlavə olunmaqla malgöndərənlərin hesab fakturaları, malların limana və ya anbara daxil olmasını təsdiq edən qəbul aktları; xarici alıcıların hesabları; malların çatışmazlıüı, artıq gəlmə və ya korlanmasını əks etdirən kommersiya və digər aktlar; xarici ekspeditorların qəbul aktları.
Auditor ixrac əməliyyatlarının nəticələrinin müəyyən edilməsinin düzgün-lüyünü yoxlamalıdır. Həmin nəticə kontrakt qiyməti ilə hesablanan pul gəliri ilə onun tam maya dəyəri, satış üzrə kommersiya xərcləri və büdcəyə ödəmələrin fərqi kimi müəyyən edilir.
Auditor kommersiya xərclərinin bölüşdürülməsinin düzgünlüyünə xüsusi diqqət verməlidir. Nəzərə almaq lazımdır ki, birbaşa (müstəqim) kommersiya xərcləri satılmış həmin məhsul üzrə xərclərə, dolayı kommersiya xərcləri isə malların dəyərinə proporsional bölüşdürülür.
Nəzərə almaq lazımdır ki, idxal mallarının qiyməti onların kontraktda nəzərdə tutulan dəyəri və gömrük rəsmiləşdirilməsi anına Azərbaycan Respublikası Mərkəzi Bankın kursuna əsasən (idxalat üzrə gömrük yük bəyannaməsində göstərilir) gömrük ödəmələri, nəqliyyat və onların alın-ması və daşınması üzrə digər xərclər nəzərə alınmaqla formalaşır.
Ixrac üçün yüklənmiş mal, iş, xidmətlərin əvəzinə müəssisəyə daxil olmuş idxal malları, iş, xidmətlər təsərrüfat subyektində istehsal ehtiyatları hesablarının debeti üzrə idxalın gömrük sənədləşdirilməsi tarixinə MB-in kursu üzrə mədaxil edilməlidir. Eyni vaxtda 431, 434, 531, 536, 537 (60), 177, 193, 217, 245, 408, 411, 413, 414, 435, 441, 445, 507, 511, 512, 513, 514, 515, 538, 541, 545 (76) hesablarının debeti üzrə və 171, 175, 176, 211, 215, 216 (62), 177, 193, 217, 245, 408, 411, 413, 414, 435, 441, 445, 507, 511, 512, 513, 514, 515, 538, 541, 545(76) hesabların krediti üzrə borcların qarşılıqlı qeydiyyatı aparılmalıdır.
Bundan savayı auditor əmtəə tədavülü əməliyyatları zamanı kurs fərqlərinin, eyni zamanda həmin əməliyyatlar üzrə kommersiya xərclərinin mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünü yoxlamalıdır.
Ixrac-idxal əməliyyatlarının auditi zamanı xarici valyuta ilə əməliyyatlara xüsusi diqqət verilir. Auditor valyuta əməliyyatı üzrə pul gəlirinin təsərrüfat sub-yektini valyuta hesabına köçürülməsinin düzgünlüyünü yoxlayır. Daxil olan məbləü vəsaitlərin valyuta hesabına daxil olması tarixinə MB-in kursuna görə müəyyən edilir.
Dostları ilə paylaş: |