Auditorun seçməsi və auditor yoxlamasının sənədləşdirilməsi Auditorun seçməsi Аuditоr sübutlаrı və аnаlitik prоsedurlаr



Yüklə 37,75 Kb.
səhifə12/16
tarix02.01.2022
ölçüsü37,75 Kb.
#41091
1   ...   8   9   10   11   12   13   14   15   16
Auditorun seçməsi və auditor yoxlamasının sənədləşdirilməsi

q) Yoxlamanın məzmunu

Auditor rəyinin bu bölməsində aparılmış yoxlamanın məzmunu, onun həcmi və tətbiq edilmiş standartlar göstərilməlidir. Auditor rəyindən istifadə edənlərdə auditin Azərbaycan Respublikasının normativ aktlarının və hamılıqla qəbul olunmuş təcrübənin və ya beynəlxalq standartların tələblərinə uyğun olaraq aparıldığına inam yaranmalıdır. Auditor rəyində göstərilməlidir ki, yoxlama planlaşdırılmış və yoxlanılan hesabatlar haqqında auditorun mülahizələrinin doğruluğuna onun inamını formalaşdırmaq üçün lazımi həcmdə aparılmışdır. Auditor yoxlaması zamanı auditor müəssisənin uçotundakı kənarlaşmaların və uyğunsuzluqların əhəmiyyətini qiymətləndirməlidir. Səhvin əhəmiyyəti auditor tərəfindən yoxlama zamanı müəyyən edilir. Bu bölmədə aşağıdakılar şərh olunmalıdır:

a) Hesabatların əsasını təşkil edən təsdiqedici materialların yoxlanması üsulu göstərilməlidir;

b) Hesabatların hazırlanmasında və təqdim edilməsində istifadə olunan uçotun metodologiyası əks olunmalıdır;

v) Maliyyə hesabatlarının hazırlanmasında sifarişçilər tərəfindən tətbiq edilən uçot prinsipləri qiymətləndirilməlidir;

q) Təqdim edilmiş maliyyə hesabatları bütövlükdə qiymətləndirilməlidir. «Yoxlamanın məzmunu» bölməsinin nümunəsi:



«Mülahizələri düzgün formalaşdırmaq üçün kifayət qədər auditor sübutlarının toplanması məqsədilə biz (mən) qüvvədə olan audit standartlarının tələblərinə (müddəalarına) uyğun olaraq auditi planlaşdırmış və audit prosedurlarını yerinə yetirmişik (yetirmişəm). Audit zamanı təqdim olunmuş sənədlərdə əsas kimi götürülmüş təsdiqedici materiallar yoxlanılmış, habelə sifarişçi təsərrüfat subyektinin tətbiq etdiyi uçot prinsipləri qiymətləndirilmişdir. Hesab edirik (edirəm) ki, yerinə yetirilmiş audit prosedurları nəticəsində rəy vermək üçün kifayət qədər auditor sübutu toplamışıq (toplamışam)».


Yüklə 37,75 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin