Maliyyə Hesabatlarının Auditinə görə Auditorların Məsuliyyət
Bizim məqsədimiz maliyyə hesabatlarında, dələduzluq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflərə yol verilmədiyinə dair kifayət qədər əminlik əldə etmək və rəyimizi əhatə edən auditor hesabatını təqdim etməkdən ibarətdir. Kifayət qədər əminlik dedikdə yüksək əminlik səviyyəsi nəzərdə tutulur, lakin bu BAS əsasında aparılmış auditin əhəmiyyətli təhrifi hər zaman aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhv nəticəsində yarana bilər və istifadəçilərin bu maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlara ayrı-ayrılıqda, yaxud ümumilikdə təsir edə bilməsi əsaslı şəkildə ehtimal edildiyi halda əhəmiyyətli hesab edilir.
BAS əsasında aparılmış audit çərçivəsində biz bütün audit müddətində peşəkar mühakimə yürüdür və peşəkar inamsızlığımızı qoruyub saxlayırıq.
Biz həmçinin:
— Dələduzluq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, maliyyə hesabatlarının əhəmiyyətli təhrifləri riskini aşkar edir və qiymətləndirir, həmin risklərə uyğun audit prosedurlarını işləyib hazırlayır və icra edir, rəyimizi bildirmək üçün yetərli və müvafiq audit sübutunu əldə edirik. Dələduzluq nəticəsində yaranmış əhəmiyyətli təhrifin aşkarlanmaması riski səhv nəticəsində yaranmış əhəmiyyətli təhrifin aşkarlanmaması riskindən daha yüksəkdir, çünki dələduzluq gizli sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, məlumatın təhrifli təqdimatı və ya daxili nəzarətə əməl olunmamasından ibarət ola bilər.
— Auditlə bağlı daxili nəzarətə Şirkətin daxili nəzarət sisteminin səmərəliliyinə dair rəyin bildirilməsi üçün deyil, şəraitə uyğun zəruri audit prosedurlarının planlaşdırılması məqsədilə baxırıq.
— İstifadə edilmiş uçot siyasətinin məqsədəuyğunluğunu və rəhbərlik tərəfindən aparılmış uçot qiymətləndirmələrinin və əlaqəli açıqlamaların kafiliyini qiymətləndiririk.
Biz digər məsələlərlə yanaşı, auditin planlaşdırılan həcmi və müddəti və mühüm audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlarla bağlı idarəetməyə məsul şəxsləri məlumatladırdıq.
Hazırkı müstəqil auditorlar hesabatının hazırlanması ilə nəticələnmiş audit tapşırığının rəhbəri:
İmza :
Nəsibə Muradxanova
“KPMG Audit Azərbaycan” MMC
Bakı , Azərbaycan Respublikası
15 may 2020-ci il
“PwC” Azərbaycan
Landmark Ofis Plaza III
90A Nizami küçəsi
Bakı, Azərbaycan, AZ1010
Telefon: +994 (12) 497 2515
Fax: +994 (12) 497 7411
İnternet: www.pwc.az
Müstəqil auditorların hesabatı
“Atabank” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarına və İdarə Heyətinə
Dostları ilə paylaş: |