Auditorun seçməsi və auditor yoxlamasının sənədləşdirilməsi Auditorun seçməsi Аuditоr sübutlаrı və аnаlitik prоsedurlаr


ğ) Təqdim olunan hesabatlara dair auditor rəyi



Yüklə 37,75 Kb.
səhifə13/16
tarix02.01.2022
ölçüsü37,75 Kb.
#41091
1   ...   8   9   10   11   12   13   14   15   16
Auditorun seçməsi və auditor yoxlamasının sənədləşdirilməsi

ğ) Təqdim olunan hesabatlara dair auditor rəyi

Auditor rəyi hesabatlar haqqında və onların bütün əhəmiyyətli göstəriciləri üzrə düzgünlüyünə, Azərbaycan Respublikasında hesabatların tərtibi qaydasına və uçot prinsiplərinə müvafiq olmasına dair auditorun fikrini aydın əks etdirməlidir.



d) Auditor rəyinin tarixi

Auditor, auditor yoxlamasının başa çatdığı gün auditor rəyinə tarix qoymalıdır. Auditor rəyinin imzalandığı gün onun tarixi hesab edilir.



e) Sərbəst auditorun (auditor təşkilatının) ünvanı

Auditor rəyində sərbəst auditorun (auditor təşkilatının) həqiqi yerləşdiyi ünvan göstərilməlidir.



ə) Auditor rəyinin təsdiq edilməsi

Auditor yoxlaması başa çatdıqdan və auditor rəyi tam hazır olduqdan sonra sərbəst auditor onu imzalamalı və möhürü ilə təsdiq etməlidir. Auditor yoxlaması auditor təşkilatı tərəfindən aparıldıqda isə yoxlamada iştirak etmiş auditorlar və auditor təşkilatının rəhbəri auditor rəyini imzalamalı və onu auditor təşkilatının möhürü ilə təsdiq etməlidir.

Auditor rəyləri şərtsiz müsbət, şərti müsbət, mənfi ola bilər və ya auditor maliyyə hesabatı haqqında rəy verməkdən imtina edir və özünün nəticələrini başqa hesabat formasında rəsmdəşdirir. Şərtsiz müsbət rəy təkmilləşdirilmiş və ya tamamlanmış da ola bilər. Əgər əlavə qeydlər edilməsi zəruridirsə, onda yoxlamanın məzmunu və təsdiqləyici qeydin mənası haqqında yanlış təəssürata yol verməmək üçün təsdiqləyici qeyd tamamlanır.

Şərtsiz müsbət rəy auditorun fikrincə aşağıdakı şərtlər yerinə yetirildiyi hallarda tərtib olunur:



    • auditor audit məqsədi üçün lazım olan bütün məlumatları və izahatları almışdır;

    • təqdim olunan məlumat yoxlanılan təsərrüfat subyektinin həqiqi maliyyə vəziyyətini kifayət qədər əks etdirir;

    • məlumatın yetərliyi və düzgünlüyü üçün əhəmiyyətli olan bütün suallar üzrə tam informasiya mövcuddur;

    • maliyyə sənədləri müəssisə tərəfindən qəbul olunmuş mühasibat uçotu sisteminə əsasən tərtib edilir və bu sistem özü mövcud qanunvericiliyin tələblərini ödəyir;

    • hesabatlar həqiqi uçot məlumatları əsasında tərtib olunur və heç bir ziddiyyət təşkil etmir;

    • hesabatlar müəyyən edilmiş qaydada təsdiq olunmuş formalar üzrə tərtib edilmişdir.

“KPMG Audit Azərbaycan” MMC

Port Baku Cənub qülləsi,

Neftçilər prospekti, 153,

Bakı, Azərbaycan, AZ1010

Telefon: +994 (12) 404 8910

Faks: +994 (12) 404 8914

İnternet: www.kpmg.az

Müstəqil auditorların hesabatı

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarına və İdarə Heyətinə

Rəy

Biz “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (“Şirkət”) 31 dekabr 2019-cu il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə tamamlanan il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas mühasibat uçotu siyasətləri və sair izahedici məlumatları əhatə edən qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini apardıq. Bizim rəyimizə görə, əlavə edilən maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Şirkətin 31 dekabr 2019-cu il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq düzgün əks etdirir.



Rəy üçün Əsas

Biz audit yoxlamasını Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Həmin standartlara əsasən bizim məsuliyyətimiz hesabatımızın “Maliyyə hesabatlarının auditinə görə auditorların məsuliyyəti” bölməsində təqdim edilir. Biz Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinə (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) və Azərbaycan Respublikasında maliyyə hesabatlarının auditinə tətbiq olunan etik tələblərə əsasən Şirkətdən müstəqilik və bu tələblər və Beynəlxalq Etika Məcəlləsi üzrə digər etik öhdəliklərimizi yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.




Yüklə 37,75 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin