b) Auditor rəyinin ünvanlandığı fiziki və ya hüquqi şəxslər barədə məlumat
Auditor rəyi sifarişçiyə - təsərrüfat subyektinin rəhbərliyinə və (və ya) sahiblərinə ünvanlanır. Auditor rəyində onun kimə ünvanlandığı dəqiq müəyyən edilməlidir. Auditor rəyində əks olunmuş məlumatlardan kimlərin istifadə edə biləcəyi də göstərilə bilər.
v) Giriş
Auditi aparmış auditorun (auditorların) soyadı, lisenziyanın nömrəsi və tarixi, sifarişçi ilə bağlanmış müqavilənin tarixi və nömrəsi, habelə yoxlama ilə əhatə olunmuş dövr göstərilməlidir. Auditor rəyinin bu bölməsində yoxlanılan hesabatlar haqqında məlumat, bu hesabatların tərtib olunduğu tarix, həmçinin yoxlama ilə əhatə olunan dövr əks etdirilməlidir. Hesabatlar üzrə məsuliyyətin yoxlanılan müəssisənin rəhbərinin üzərinə, maliyyə hesabatlarının audit nəticələrinə əsasən verilən rəyə görə isə məsuliyyətin auditorun üzərinə düşdüyü qeyd olunmalıdır.
Auditor rəyinin giriş hissəsinin nümunəsi:
«Müqaviləyə əsasən _____________ « müəssisəsinin 200 il tarixədək maliyyə-təsərrüfat fəaliyyətini əks_____ səhifəlik maliyyə hesabatlarının audit
200 il tarixdən etdirən rəyə əlavə edilən yoxlamasını aparmışıq (aparmışam). Yoxlama « » 200 il tarixdə başlayıb, » 200____ il tarixdə başa çatdı.
Auditor yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifarişçi təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.
Bizim (mənim) vəzifəmiz (vəzifəm) həmin sənədlərə əsasən aparılmış yoxlama nəticəsində sifarişçinin maliyyə vəziyyətinə (maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə), illik mühasibat hesabatları maddələrinin doğruluğuna (mühasibat uçotunun ümumi vəziyyətinə) qiymət verməkdir və biz (mən) yalnız bu rəydə əks olunmuş mülahizələrimizə (mülahizələrimə) görə məsuliyyət daşıyırıq (daşıyıram)».
Dostları ilə paylaş: |