Müsəlman azlıqlar problemi Türkiyə-Azərbaycan-Gürcüstan arasındakı üçtərəfli
münasibətlərə mənfi təsir göstərməkdə və müəyyən problemlər doğrumaqdadır. Bu problemlər
dövlətlər arasındakı səmimi münasibətlərə kölgə düşürməklə qalmayıb, regional əməkdaşlıq və
strateji müttəfiqlik əlaqələrinin inkişafına mane olur. Halbuki üçtərəfli əməkdaşlıq çərçivəsində
Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin daha yüksək səviyyəyə çatdırılması
istiqamətində önəmli işlər görülür. Beynəlxalq aləmdə meydana gələn sürətli və intensiv
dəyişmələr, xüsusilə Türkiyənin xarici siyasətini məşğul edən problemlər üçtərəfli əməkdaşlıq
formatının inkişaf etdirilməsinə kifayət qədər zaman və diqqət ayırmağa mane olur. Son iyirmi
ildə regionda yaşanan proseslər Rusiya-İran-Ermənistan əməkdaşlıq xəttinə qarşı Türkiyə-
Azərbaycan-Gürcüstan xəttinin gücləndirilməsinin nə qədər vacib olduğunu bariz şəkildə
SSRİ-nin dağıldıqdan sonra Türkiyənin Azərbaycan, Gürcüstan və Ermənistanla bağlı
mövqeyi hər üç dövlətlə siyasi, iqtisadi və mədəni əlaqələr qurmaq və əmakdaşlığı gücləndirmək,
regional sülh və mehriban qonşuluq mühiti yaratmaq idi. Lakin müstəqilliyə addım atdığı
ilk gündən Türkiyəyə qarşı ərazi və soyqırım iddiaları irəli sürən Ermənistan özünü regional
əməkdaşlıq layihələrindən təcrid etmişdir. Zaman keçdikcə Cənubi Qafqaz ölkələrinin regional
17 Митрополит Батумский Димитрий – о чуде в Аджарии, мусульманах и Патриархе Илии, http://www.
pravmir.ru/mitropolit-batumskij-i-lazskij-dimitrij-adzhariya-vernulas-k-istokam/, 06.12.2012, (Eriюim Tarihi:
20.05.2017).
18 Kahraman, Katliarou, Anaç, s. 160.
136
Avrasya İncelemeleri Dergisi - Journal of Eurasian Inquiries
Müstəqillik Dövründə Gürcüstanda Milli Dövlət Quruculuğu, İslam Siyasəti Və Regional Əməkdaşlıq
siyasətinin iki müxtəlif istiqamətdə inkişaf etdiyi daha bariz şəkildə hiss edilməyə başlamışdır.
Türkiyə-Azərbaycan, Türkiyə-Gürcüstan, Azərbaycan-Gürcüstan iki tərəfli əlaqələrinin inkişafı
üç tərəfli layihələrin ortaya çıxması və bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinə güclü
təkan vermişdir. Ermənistan isə öz inkişaf istiqamətini əsasən Rusiya və müəyyən qədər də
İrana yönəltmişdir. 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra Gürcüstan qəti qərar
qəbul edərək Müstəqil Dövlətlər Birliyindən ayrılmışdır. Bundan başqa, həm Azərbaycan
həm də Gürcüstan MDB-nin hərbi strukturu kimi nəzərdə tutulan Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatı üzvlüyünü qəbul etməmişdir. Ermənistan isə bu strukturun regionda “ən
fəal üzvü” kimi çıxış etməyə başlamışdır. Bundan başqa, 2014-cü il oktyabrın 9-da Ermənistan
Respublikası Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan (29
may 2014-cü ildə), siyasi və iqtisadi təşkilat olan Avrasiya İqtisadi Birliyi üzvlüyünə qəbul
edilmişdir. Həm Gürcüstan, həm də Azərbaycan bu ittifaqa qoşulmamağı məqsədəuyğun hesab
etmişdir.
19
Beləliklə, SSRİ-nin dağılmasından sonra meydana gələn regional sistemdə Ermənistan
Rusiyanın bütün geopolitik, siyasi və iqtisadi layihələrinə böyük həvəslə qoşulmuşdur.
20
Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının təkmilləşdirilməsi
regionda təhlükəsizlik və iqtisadi inkişaf baxımından vacib əhəmiyyət kəsb edir. Son dövrdə
üç ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi və lazımi hüquqi
bazanın yaradılması baxımından önəmli sənədlər qəbul edilmişdir. 8 iyun 2012 tarixli Trabzon
Bəyannaməsi, 28 mart 2013 tarixli Batumi Birgə Kommünikesi xarici işlər nazirləri səviyyəsində
imzalanmışdır. 19 fevral 2014 tarixində Gəncə şəhərində xarici işlər nazirlərinin zirvə görüşündə
“2013-2015-ci illər üzrə üçtərəfli sahəvi əməkdaşlığa dair Fəaliyyət Planı”nda yeni əməkdaşlıq
mexanizmlərinin həyata keçirilməsinin vacibliyi qeyd edilmişdir. 10 dekabr 2014-cü ildə Qarsda
imzalanan bəyannamədə hər üç dövlət daha öncə nümayiş etdirdikləri müttəfiqlik iradəsini bir
daha bəyan etmişlər. Bundan sonra 9 fevral 2016-cı ildə Tbilisidə beşinci, 6 sentyabr 2017-ci
ildə Bakıda altıncı, 29 oktyabr 2018-ci ildə İstanbulda yeddinci üçtərəfli görüşlər keçirilmişdir.
Səkkizinci üçtərəfli görüş 23 dekabr 2019-cu il tarixində Tbilisidə keçirilmişdir. Bu görüşdə
həm siyasi dialoq, həm də spesifik üçtərəfli layihələrin icrası üçün vacib platforma kimi
Trabzon Bəyannaməsi, Batumi Birgə Kommünikesi, Gəncə, Qars, Tbilisi, Bakı və İstanbul
bəyannamələrindəki öhdəliklərin əhəmiyyətindən bəhs edilmişdir. Qəbul edilən bəyanatda
enerji, nəqliyyat, müdafiə, ekoloji tarazlıq, innovasiya və texnologiya və s. məsələlər barədə
üç ölkə arasında həyata keçirilən layihələrin əhəmiyyəti bir daha vurğulanmışdır. Ortaq
bəyannamədə qeyd edildiyi kimi, əməkdaşlıq edən ölkələr “terrorizmin, zorakı ekstremizmin və
separatizmin bütün növlərinə və təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, narkotiklərin
və onların prekursorlarının qeyri-qanuni dövriyyəsinə, silahlara, insan alverinə, mədəni və
19 Bax: Mitat Çelikpala, Cavid Veliyev. Azerbaycan-Gürcistan-Türkiye. Bölgesel İşbirliğinin Başarılı Örneği,
Polisy Brief, Center for International and European Studies (CIES) , Mart 2015.
20 Ali Asker, Çoxtərəfli əməkdaşlıq prizmasından Türkiyənin Cənubi Qafqaz siyasəti, Qafqazşünasların Birinci
Dostları ilə paylaş: