Avropa İttifaqı



Yüklə 145,94 Kb.
səhifə2/18
tarix25.12.2016
ölçüsü145,94 Kb.
#3290
1   2   3   4   5   6   7   8   9   ...   18

Tarix


Avropa idealı real bir siyasi proyektə çevrilib Avropa Birliyi üzvü olan dövlətlərin hökumət siyasətlərində uzun müddətli bir hədəf halına gəlməmişdən əvvəl sadəcə filosofların və uzaqgörən insanların düşüncələrində yaşayırdı. Avropa Birləşmiş Ştatları və ya Dövlətləri humanist və sülhsevər bir xəyalın parçası idi. Avropa illərcə tez-tez baş verən qanlı müharibələrə şahid olmuşdur. 1870-1945-ci illərdə Fransa və Almaniya 3 dəfə müharibə etdilər. Bir çox insan həlak oldu. Bu fəlakətlərdən sonra bəzi Avropa ölkələrinin liderləri sülhün təmin olunmasının yeganə yolunun ölkələrin iqtisadi və siyasi yönlərdən birləşməsi olduğu fikrinə gəldilər. Avropada milli uzlaşmazlıqları dəf edə biləcək bir təşkilatın qurulması İkinci Dünya Müharibəsi zamanı totalitar rəhbərliklərə qarşı mübarizə aparan müqavimət hərəkatlarından qaynaqlanmışdır.

Avropada bütünləşmə müddətinə sürət qazandıran biri federasiya tərəfdarı, digəri funksional olan iki hərəkatın müdafiəçiləri İtalyan federalist Altiero Spinelli ilə 1951-ci ildə Avropa Kömür və Polad İttifaqının (AKPİ) qurulmasına yol açan Schuman Planının ilham qaynağı Jean Monnetdir. Hər iki cərəyanın fərqli fikirləri var idi. Nəticə olaraq 1951-ci ildə Avropa Kömür və Polad İttifaqı Belçika, Qərbi Almaniya, Lüksemburq, Fransa, İtaliya və Hollandiyadan ibarət 6 üzv ilə quruldu. Bu ölkələrdəki kömür və polad sənayesi ilə əlaqədar alınan qərarlar, müstəqil bir quruma ötürüldü. Sözü gedən qurumun ilk başçısı isə Jean Monnet oldu.

Avropa Birliyi 1995-ci ildə ilk fəallarının xatirəsinə tikilmiş bir abidə kimidir; iqtisadi, sənaye, siyasət, vətəndaş haqları və xarici siyasət sahələrini əhatə edən çoxsektorlu bütünləşmənin ən üstün formasıdır. Avropa Kömür və Polad İttifaqını quran Paris Müqaviləsi (1951), Avropa İqtisadi Birliyini və Avropa Atom Enerjisi Birliyini (Euratom) quran Roma Müqavilələri (1957), Vahid Avropa Sənədi (1986) və Maastricht Avropa Birliyi Müqaviləsi (1992) Üzv dövlətləri hegemon Dövlətlər arasındakı ənənəvi müqavilələrdən daha möhkəm bir formada bir-birinə bağlayan AB-nin hüquqi təməllərini meydana gətirir. Avropa Birliyi birbaşa tətbiq edilmə imkanı olan bir qanun təşkil etmə hüququna malikdir və vətəndaşları leyhinə xüsusi haqlar təyin edə bilir.

Birliyin işləri başlanğıcda altı qurucu üzvü (Almaniya, Belçika, Fransa, Hollandiya, İtaliya və Lüksemburq) arasında bir kömür və polad ortaq bazarının qurulması ilə məhdudlaşırdı. Müharibə sonrasındakı o günlərdə müharibənin qalib və məğlublarını bərabərhüquqlu olaraq əməkdaşlıq edə biləcəkləri bir təşkilati qurğu içində bir yerə toplayan İttifaq təməlində sülhə zəmanət vermənin bir aləti olaraq başa düşülürdü. Altılar 1957-ci ildə Fransız Milli Məclisinin Avropa Müdafiə İttifaqı layihəsini rədd etməsindən üç il sonra mübarizə apararaq mal və xidmətlərin sərbəst hərəkətinə aid bir iqtisadi birlik qurmağa qərar verdilər.

Avropa İqtisadi Birliyi 1957-ci ildə altı Qərbi Avropa dövləti (Almaniya, Fransa, Belçika, Hollandiya, Lüksemburq və İtaliya) arasında imzalanan “Roma Anlaşması” ilə qurulmuşdur. AİB-nə hüquqən və faktiki olaraq beynəlxalq bir qurum olma gücünü qazandıran Anlaşma 1 Yanvar 1958-ci il tarixində qüvvəyə minmişdir. Roma Anlaşması 248 maddə və protokollardan ibarətdir.

AİB-nin ən son hədəfi Avropanın siyasi bütünlüyə nail olmasıdır. Bu hədəfə çatmaq üçün nəzərdə tutulan iqtisadi tarazlığı təmin etmək üçün ilk vasitə olaraq üzv ölkələr arasında malların, xidmətlərin, sərmayənin və əməyin sərbəst hərəkət etdiyi bir ortaq bazar və gömrük birliyi qurulması nəzərdə tutulmuşdur. Roma Anlaşmasının 2-ci maddəsində AİB-in hədəfi “Birliyin vəzifəsi ortaq bazarın qurulması və üzv ölkələrin iqtisadi siyasətlərinin getdikcə yaxınlaşdırılması vasitəsilə Birliyin daxilində iqtisadi fəallıqların qanunauyğun inkişafını, sürətli və taraz bir yayılmanı, artan bir sabitliyi, həyat səviyyəsinin sürətlə yüksəldilməsini və birləşdirdiyi dövlətlər arasında daha möhkəm münasibətlər qurmaqdır.” şəklində ümumiləşdirilmişdir.

Məmulatlarda gömrük vergiləri planlaşdırıldığı kimi 1 İyul 1968-ci ildə ləğv edildi; xüsusilə kənd təsərrüfatı və ticarət siyasətləri olmaqla ortaq siyasətlər 60-cı illərin sonunda yerini tutmuşdu. Altıların uğuru Birləşmiş Krallıq, Danimarka və İrlandiyanın Birlik üzvlüyünə müraciət etməsinə səbəb oldu. General "de Gaulle"un idarəsi altında olan Fransanın 1961-ci ildə və 1967-ci ildə iki dəfə veto hüququnu istifadə etdiyi çətin bir dövrdən sonra bu üç ölkə 1972-ci ildə üzvlüyə qəbul edildilər. Üzv dövlət sayını altıdan doqquza yüksəldən ilk genişlənmə ilə birlikdə Birlik sosial və regional mövzularda üzərinə götürdüyü məsuliyyətlərlə yeni bir nüfuz qazandı.

1973 və 1979-cu illərdəki iki neft böhranı dünya səviyyəsində pulun qeyri-sabitliyini daha da artırdı. 1979-cu ildə Avropa Pul Sisteminin dövriyyəyə girməsi valyuta məzənnələrinin sabitləşməsinə kömək etdi. Birlik 1981-ci ildə Yunanıstanın, 1986-cı ildə də İspaniya və Portuqaliyanın qatılmaları ilə cənuba doğru genişləndi. Bu genişlənmələr On ikilərin iqtisadi inkişafları arasındakı fərqlilikləri azaltmağa yönələn proqramların həyata keçirilməsini zəruri etdi. Bu dövrdə Birlik Aralıq dənizinin cənubu ilə Afrika, Karib və Sakit Okean ölkələri ilə yeni anlaşmalar imzalayaraq beynəlxalq səviyyədə daha mühüm bir rol oynamağa başladı; Afrika, Karib və Sakit Okean ölkələri bir-birinin ardınca dörd Lomé Müqaviləsi (1975, 1979, 1984 ve 1989) ilə Birliklə əlaqə qurdular. Bütün Birlik üzvləri olan ölkələr arasında 15 Aprel 1994-cü ildə Mərakeşdə imzalanan bir müqavilə ilə dünya ticarətinin inkişafında yeni bir dövrə addım atıldı.

1 Yanvar 1995-ci ildə Avropa Birliyinə üç yeni üzv qatıldı. Avstriya, Finlandiya və İsveç özlərinə məxsus yardımları ilə Birliyi zənginləşdirir, Orta və Şimali Avropada yeni açılmaları təmin edirlər. 2004-cü ildə isə on yeni ölkə Avropa Birliyinə üzv oldu. (Kipr, Çex Respublikası, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Slovakiya və Sloveniya). 1995-ci il tarixində üzvlük müraciətləri qəbul edilən Bolqarıstan və Rumıniya ilə 2000-ci ildə rəsmi müzakirələr başlandı və 2007-ci ildə birlik üzvü ola biləcəkləri düşünülür. 1987-ci ildə üzvlük müraciəti edən Türkiyə isə 3 Oktyabr 2005-ci ildə müraciət sənədinin qəbul edilməsi ilə rəsmən müzakirə müddətinin başlanmasına haqq qazandı. Müzakirələrin ilk hissəsinin tamamlanması tarixinin 2006-cı ilin Sentyabrı olacağı düşünülürdü. 2003-cü ildə namizədlik müraciəti edən Xorvatiya ilə 2005-ci ildə müzakirələrə başlanmışdır. 2004-cü ildə namizədlik müraciəti edən Makedoniya isə 2005-ci ilin Dekabrında namizəd ölkə statusu qazanmışdır. Son olaraq da Albaniya, Serbiya-Çernoqoriya, Bosniya Hersoqovina və BMT tərəfindən qorunan Kosova namizədlik statusunu gözləyən ölkələrdir.


Yüklə 145,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin