İqtisadi və Sosial Komitə və AKPB məsləhət Komitəsi - İqtisadi və Sosial Komitə fərqli təzyiq qruplarının Avropa Birliyində təmsilinə şərait yaradan məsləhət qurumudur. Komitə Avropa Şurasına, Komissiyaya və Parlamentə məsləhətçilik edir və işləri ilə bu qurumların daha demokratik qurum olmasını təmin edir.
Bölgələr Komitəsi - Bölgələr Komitəsi Avropa Birliyi anlaşmasıyla qurulmuşdur. Yerli və regional məqamları təmsil edən 317 əsas və 317 ehtiyat üzvü vardır.
Avropa İnvestisiya Bankı - Avropa Birliyinin maliyyə qurumu olan Avropa İnvestisiya Bankı 1958-ci ildə Roma Anlaşması ilə Birliyin hədəflərini həyata keçirməsinə kömək edərək investisiyanı maliyyələşdirmək məqsədilə qurulmuşdur.
Avropa Mərkəzi Bankı və Avropa Pul İnstitutu - Avropa Mərkəzi Bankı (ECB) Avropa Pul Birliyinin yaranmasından etibarən 1 Oktyabr 1998-ci ildə fəaliyyətə başlamış, yeni pul vahidi Euro da 1 Yanvar 1999-cu ildə bank işlərində istifadə edilməyə başlamış və 1 Yanvar 2002-ci ildə tədavülə çıxarılmışdır.
Ombudsman - Ombudsman Avropa Birliyi ölkələrində yaşayan şəxslərin, qurumların və şirkətlərin haqlarını hər hansı bir pis idarəetmə tətbiq olunması qarşısında qorumaqla vəzifələndirilmiş yoxlama qurumu və şikayət müraciəti olunan yer, yəni məqamdır.