Qida Təhlükəsizliyi - Son illərdə sağlamlıq sektorunda partlayış edən qida sekrotuyla bağlı böhranlar istehlakçının qida təhlükəsizliyi üzərindəki inamını sarsıtmışdır. Bu vəziyyətə qarşılıq olaraq AB qlobal bir “tarladan boşqaba” adlı vətəndaşların qida sektorundakı inamlarını yenidən qazanmağı qarşısına məqsəd qoyan bir strategiyanı inkişaf etdirmişdir. 6
İdarəetmələr - Müvəffəqiyyətli və müasir olmasına baxmayaraq, Avropa iş və sənaye dünyası bu şöhrəti əldən verə bilər. Texnoloji inkişaflara uyğunlaşmaq və rəqabəti davam etdirmək qalıcı bir mübarizədir. Bu problemi müvəffəqiyyətli bir formada qarşılaya bilmək davam edə biləcək böyümə və daha çox rifah üçün lazımlıdır. AB-nin müdaxilə siyasəti yenilikləri, müdaxiləni və xidmətlər və istehsalatda rəqabətçiliyi təşviq etməkdə vacib bir rol oynayır.
Vizual siyasət - Günümüzdə televiziya məlumat və əyləncənin əsas mənbəyidir. Hər insan gündə təqribən üç saatını kino, idman xəbərləri və digər proqramları izləyərək keçirir. Vizual sektor AB-yə bir milyon iş imkanı yaradır. Bu sektor böyük ticari məqsədlər və mədəni fərqlilik, cəmiyyət xidmətləri və sosial cavabdehlik məsələlərini əhatə edir. Birlik ortaq maraqların olduğu yerlərdə qayda və rəhbərlər yaradarkən, hər bir hökumət öz vizual siyasətini yeridir.
Gömrük - Gömrük Birliyi AB-ni təşkil edən ən əsas amillərdən biridir. Bu vəziyyət Birlik daxilindəki gömrük vergilərini ləğv etmiş, onun yerinə idxal mallara aid tək bir vergi sistemi təyin etmişdir. Üzv ölkələr arasında gömrük yoxlamaları ləğv edilmişdir. Gömrük vəzifəliləri artıq sadəcə AB-nin xarici sərhədlərində yerləşirlər. Bunlar sadəcə ticarətin davamını təmin etməklə yetinməyib, eyni zamanda ətraf-mühitin və mədəni mirasın qorunmasını təmin edir.