Avropa İttifaqı


Təhlükəsizlik və xarici siyasət



Yüklə 145,94 Kb.
səhifə16/18
tarix25.12.2016
ölçüsü145,94 Kb.
#3290
1   ...   10   11   12   13   14   15   16   17   18
Təhlükəsizlik və xarici siyasət - Avropa Birliyinin beynəlxalq münasibətlərdə tək səs olaraq hərəkət etməsi fikri Avropanın bütünləşmə müddəti qədər köhnədir. Ancaq birlik ortaq təhlükəsizlik və xarici siyasət mövzusunda əldə etdiyi uğuru vahid bazar və ortaq pul toplusu sahəsində göstərə bilməmişdir. Kommunizmin çöküşünü izləyən geopolik dəyişikliklər və Balkanlar və qalan hissədə meydana gələn böhranlar AB üzvlərinin tək bir səslə danışma və hərəkət etmə cəhdlərini artırmışdır.

  • Ümumi sağlamlıq - Ölkələr və qitələr arasında sistemli olaraq səyahət edən insanların olduğu bir dünyada milli sərhəd daxilinə girən xəstəliklərin qarşısı alına bilmir və bu AB vətəndaşlarını hədələyir. Siqaretdən asılılıq, az qidalanma və ya çirklənmədən qaynaqlanan xəstəliklər bütün Avropa Birliyi üzvləri üçün narahatçılıq mövzusudur. Vahid bazarda tibbi və qan məhsullarının təhlükəsizliyi paylaşılan bir cavabdehlikdir. Sağlamlıq sahəsinin üzv ölkələrin ən əsas problemi olduğuna görə AB bu mövzudakı çətinliklərin fəal həllində yönləndirici rol oynaya bilər.

  • Daxili bazar - 10 ildir Avropa vahid bazarını təbii qəbul edirik. Sərhədlərin açılması ilə insanlar, mallar, xidmətlər və sərmayə tək ölkə içərisində hərəkət edərcəsinə Avropa səviyyəsində sərbəstcə hərəkət edirlər. AB vətəndaşları Birliyin daxili sərhədləri içərisində iş və zövq üçün hərəkət edir və ya istəklərinə görə öz ölkələrinin sərhədləri daxilində qalıb bütün AB məhsul növlərindən faydalana bilirlər. 1993-cü ildə yaradılan vahid Bazar AB-nin ən böyük uğuru və ən çətin mübarizəsi olmuşdur.

  • İnsan Haqları - İnsan haqları, demokratiya və hüququn üstünlüyü AB-nin əsas şərtlərindəndir. Qurumun nizamnaməsində yer alan bu dəyərlər, əsas haqlar şərtinin qəbulu ilə möhkəmləndirilmişdir. İnsan haqlarına hörmət sadəcə birliyə qatılmaq istəyən ölkələr üçün deyil, eyni zamanda birliklə ticari və digər anlaşmalara sahib olan ölkələr üçün də bir əsas şərtdir.

  • İnsani Yardım - Hər həftə televiziyalarda və qəzetlərin ilk səhifələrində fəlakət xəbərləri və görüntüləri yayımlanır. AB təbii, ya da insanların səhvindən qaynaqlanan fəlakətlərdə din, dil, irq və siyasi fikir ayrılığı da daxil olmaqla yardıma möhtac olan xalqa mümkün olan ən sürətli formada çatmağı qarşısına məqsəd qoyan bir insanı yardım mərkəzidir.
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin