Ortaq Kənd təsərrüfatı Siyasəti - Ortaq Kənd təsərrüfatı Siyasətinin məqsədi əkinçilərə aydın həyat standartları yaratmaq və istehlakçılara ədalətli qiymətlə keyfiyyətli ərzaq təqdim etməkdir. Bu ehtiyacların qarşısının alınma forması illər boyunca dəyişilmişdir. Indiki açar sözlər ərzaq təhlükəsizliyi, çöllüklərin qorunması və pul üçün dəyərdir.
Rəqabət - Təsirli rəqabət açıq bazar iqtisadiyyatı üçün çox lazımlıdır. Rəqabət qiymətləri aşağı salır, keyfiyyəti qaldırır və islehlakçıya geniş seçim imkanı verir. Rəqabət texnoloji yeniliklərə imkan yaradır. Bunun həyata keçməsi üçün özəl sektor və hökumətlərdə dürüstlük və ədalətlilik çox vacibdir. Avropa Komissiyası özəl sektor və hökumətlərin mal və xidmətlərin ədalətli ticarəti haqqındakı Avropa Birliyi qanunlarına əməl etmələrini təmin etmək üçün çox geniş imkanlara sahibdir.
İstehlakçılar - AB içərisindəki hər vətəndaş bir istehlakçıdır və Avropa Birliyi onların sağlamlığını qoruma, təhlükəsizliyini təmin etmə və iqtisadi standartlarını yaxşı səviyyədə tutma məsələlərinə olduqca böyük diqqət yetirir. Avropa Birliyi istehlakçıların məlumat və təlim haqlarını yüksəldir, onların maraqlarının zəmanət altına alınmasına kömək edir və onları özlərinə yardım edəcək istehlakçı dərnəkləri mövzusunda məlumatlandırır və cəsarətləndirir.
Nəqliyyat - Sərhədlərin açılması və nəqliyyat sektorundakı qiymətlərin aşağı düşməsi Avropa Birliyi vətəndaşlarına bugünə qədər heç görülməmiş dərəcədə ölkələrarası hərəkətliliyi təmin etmişdir. Bunun sayəsində fərqli ölkələrdə istehsal olunan mallar istehlakçıya birbaşa çatdırılır. AB milli bazarları rəqabətə açaraq və fiziki və texniki sədləri aradan qaldıraraq bu inkişafa yardım etmişdir. Ancaq böyümə nisbəti davamlı deyil.
Vergiləndirmə - Birbaşa vergiləndirmə hökumətlərin öz vəzifələridir. AB vergiləndirmə siyasəti əlavə dəyər vergisi və vahid bazara birbaşa təsir göstərən məxaric vergisi kimi dolaylı vergilərin nisbətlərinə yönəlir. Bundan başqa vergi qaydalarının AB səviyyəsində sərmayənin sərbəst hərəkətini təmin edəcək və vergidən yayınmaq üçün yaranacaq fürsətlərə səbəb olacaq sərmayənin hərəkətinin qarşısını alacaq şəkildə olmasını təmin edir. Eyni zamanda AB siyasəti Avropa Birliyi vətəndaşlarının Birlik daxilində hər hansı bir yerdə işləmə haqqını məhdudlaşdıra biləcək vergi qaydalarını hədəf alır.
Korrupsiya - Ölkəyə qanunsuz siqaret gətirilməsi, saxta pul çapı və s. bunun kimi hallar Avropalı vergi mükəlləfiyyətlilərinin üzərinə düşür. Avropa Qaçaqmalçılıqla Mübarizə Bürosu AB-nin və vergi mükəlləfiyyətlilərinin maliyyə mənafeləriylə maraqlanan 350-dən çox məmura sahibdir.