Avropa İttifaqının Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə



Yüklə 393,44 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix09.03.2017
ölçüsü393,44 Kb.
#10801
1   2   3   4   5

Meşədə yolu azdıqda nə 

etməli?

M

eşəyə  səyahət  zamanı  xəritə,  kompas,  GPS  naviqatordan  istifadə  etmək  olar.  Xəritə  və 



kompasdan  istifadə  qaydalarını  bilməklə  ərazidə  istiqaməti  düzgün  seçə  bilərsiniz.  Ətraf 

mühitdə  müəyyən  əlamətləri  yadda  saxlamaq  lazımdır.  Getdiyiniz  yol  boyu  quru  budaqlar,  rəngli 



17

kağızlarla və ya lentlərlə işarə qoymaq olar. Bəzən insanlar şəraitin oxşarlığına diqqət yetirməyərək 

səhvə yol verir və çevrə üzrə hərəkət edib başlanğıc əraziyə qayıdırlar. Yadda saxlamaq lazımdır ki, 

addımlayan zaman insanın sol ayağının addımının uzunluğu sağ ayaqdan artıq olur. Buna görə də 

hiss olunmadan dairəvi olaraq hərəkət edir. 

Meşəyə səfər zamanı marşrutdan kənara çıxmaq olmaz. Bəzən meşə sakinlərinin, o cümlədən 

kəpənəklərin,  dələ  və  quşların  ardınca  düşüb,  onları  izləyənlər  özləri  də  hiss  etmədən  cığırdan 

kənara çıxıb səmti itirirlər. Gəzinti zamanı, göbələk və giləmeyvə toplayarkən tez-tez ətrafa nəzər 

yetirib, harada olduğunuzu yadda saxlamağa çalışın. Meşəyə tək-tənha getmək olmaz. Səfərə mütləq 

müəllimlərlə və valideynlərlə birlikdə çıxmaq lazımdır. Gəzinti zamanı dəstədən aralanmaq və təklikdə 

qalmaq  olmaz.  Hər  hansı  maraqlı  bir  obyektlə  rastlaşdıqda  yoldaşlarınıza  məlumat  verib,  ayaq 

saxlayaraq birlikdə müşahidə etmək olar. Belə olduqda yoldaşlarınızdan ayrı düşmək ehtimalı azalır. 

Əgər dəstədən geri qalıb istiqamətin düzgün olmasına əmin deyilsinizsə, uca bir ağaca çıxıb ətrafı 

nəzərdən keçirin. Ağaca çıxarkən ehtiyatlı olun. Yalnız möhkəm və yoğun budaqlardan tutub yuxarı 

qalxa bilərsiniz. Quru budaqlar qəfildən qırıldıqda yerə düşüb xəsarət almamaq üçün hər addımı 

yoxlayaraq irəliləmək lazımdır. Sadəcə oyun və əylənmək xatirinə ağaclara çıxmaq təhlükəlidir. Həm 

də artıq səs-küy meşə heyvanlarını narahat edir.

Meşədə tənha qalmaq o qədər də ürəkaçan hal deyil. Qorxu və narahatlıq hissini dəf etmək asan 

olmadığına görə ehtiyatlı olmaq lazımdır. Ən çox da qaranlıq düşərkən dəhşətli vahimənin öhdəsindən 

gəlmək tələb olunur. Təlaş edərək qaçmaqla meşənin daha da dərinliyinə gedib, soyuqlamaq və ya 

yıxılıb yaralanmaq ehtimalı artır. Ətrafınızda tanış olmayan yerləri görürsünüzsə, ilk növbədə təlaş 

etməyin. Sakit halda bir yerdə durmaq lazımdır. Yolu axtarıb tapmaq məqsədilə o tərəf bu tərəfə 

qaçmaqla yalnız özünüzü yorub əldən sala bilərsiniz. Bir qədər sakitləşmək üçün üst geyimi soyunub 

yenidən geyinmək olar. Bu hərəkətlə sakitləşib vəziyyətdən çıxmaq yollarını aramaq olar. 

Əgər  yoldaşlarınızdan  ayrı  düşmüsünüzsə  və  telefon  əlaqəsi  yaratmaq  mümkündürsə,  mobil 

telefon vasitəsilə Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə - 112 nömrəsinə məlumat verin. Sonra 

sakit duraraq ətrafı dinləməyə çalışın. Sizi axtaran insanların, avtomobillərin və itlərin səsini eşitdikdə 

səs gələn tərəfə getməyə çalışın. İtin hürməsini təxminən 2-3 km məsafədən, işləyən traktorun səsini 

3-4 km məsafədən, qatarın səsini isə 10 km məsafədən eşitmək mümkündür. 

Yolu  azıb  tənha  qaldıqda  ilk  növbədə  ucadan  qısa  fasilələrlə  valideynlərinizi  və  yoldaşlarınızı 

köməyə səsləməyə çalışın. Lakin sıx meşəlikdə ucadan qışqırdıqda belə səs yaxşı eşidilmir və uzun 

müddət köməyə çağırdıqda səs telləri zədələnə bilər. Axtarışa çıxanlar səsi eşitməyə bilər. Buna 

görə də ağacların gövdəsinə çubuqla vurmaqla köməyə səsləmək olar.

Meşədə yolu azdıqda vəziyyətdən digər çıxış yolu tapmaq üçün çay kənarına çıxmaq və sahil boyu 

suyun axını istiqamətində hərəkət etmək lazımdır. Yaşayış məntəqələri çox zaman çayların sahillərində 

salındığına  görə  axın  istiqamətində  gedərək  yaşayış  məntəqələrinə  çatmaq  olar.  Getdiyiniz  yolun 

kənarında kiçik çay daşlarını təpəcik formasında bir-birinin üzərinə toplayıb işarə qoya bilərsiniz. 


18

Meşənin  içərisində  rast  gəldiyiniz  çayları  keçməyə  cəhd  göstərməyin.  Belə  halda  islanmış 

paltarlarda soyuqlamaq ehtimalı artır. Həm də çay daşları sürüşkən olduğuna görə xəsarət almaq 

mümkündür. Kiçik gölməçələrə ayaqyalın girmək təhlükəlidir. Çünki, su axmazlarda, bataqlıqlaşmış 

sahələrdə zəlilər və digər qansoran həşəratlar çox olur. Su hövzələrinin yaxınlığında saysız-hesabsız 

ağcaqanadlar insanlara hücum edirlər. 

Qaranlıq düşdükdə meşədə hərəkət etmək çox təhlükəlidir. Bələd olmadığınız yolda çala-çuxura 

düşmək,  sürüşüb  yıxılmaq  ehtimalı  artır.  Uşaqlar  gün  ərzində  daha  çox  fiziki  hərəkətdə  olduğuna 

görə qaranlıq düşdükdə daha tez yorulub yuxulamaq istəyirlər. Əgər gəldiyiniz istiqaməti təyin edə 

bilmirsinizsə, yaxşısı budur ki, həmin yerdən 100-200 m aralıda su mənbəyi və sığınacaq üçün yer 

axtarın. Bu zaman sığınacaq yeri düzgün seçilməlidir və gecələmək üçün təhlükəsizlik təmin olunmalıdır. 

Bir çox vəhşi heyvanlar gecələr ova çıxdığına görə tonqal qalamaqla onları uzaqlaşdırmaq olar.



19

Yaxınlıqdakı ağacı sığınacaq kimi seçmək olar. Əgər hava şəraiti əlverişli deyilsə, yıxılmış ağacın 

gövdəsinin altında və ya sıx yarpaqlı ağacın budaqları altında daldalanmaq olar. Əlbəttə, yaxşı olar 

ki, bu ağac meşə talasının yaxınlığında və ya meşənin kənarında olsun. Belə olduqda azmış insanı 

aşkar etmək nisbətən asanlaşır. Sığınacaq yerində uzaqdan diqqəti cəlb biləcək əlvan rəngli parça 

və ya digər əşyaları uca dirəkdən asmaq olar.

Sığınacaq  tapdığınız  ağac  sizi  həm  də  rütubətdən  və  küləkdən  qoruya  bilər.  Ağacların  sıx 

budaqları  qatında  torpağın  üzərinə  quru  budaqları  və  yarpaqları,  quru  otu  döşəyib  oturmaq  olar. 

Süni  “döşəmənin”  qalınlığı  15  sm  olmalıdır  ki,  torpaqdan  soyuq  keçməsin.  Vəhşi  heyvanlardan 

qorunmaq  üçün  ağaca  çıxmaq  olar.  Ağacın  budaqlarından  müxtəlif  alabəzək  əşyaları  asmaqla 

axtarışa çıxanların diqqətini cəlb etmək olar. Yay aylarında yaxşı olar ki, yaşıl, qəhvəyi və tünd rəngli 

geyimdən istifadə olunmasın, çünki yaşıllığın arasından bu rəngləri seçmək mümkün olmur. Əksinə 

al-əlvan rəngli geyim uzaqdan diqqəti cəlb edir. 

Meşədə soyuq, rütubətli yerdə və yaxud daşın üzərində oturmaq olmaz. Bu zaman bədənin istiliyi 

itirilə bilər. Bu məqsədlə mamır və quru budaqları bir yerə toplayıb müvəqqəti “oturacaq” hazırlamaq 

mümkündür.  Meşədə  soyuqdan  qorunmaq  üçün  müvəqqəti  sığınacaq  –  “koma”  hazırlamaq  olar. 

Komanın divarları ağac və kol budaqlarından hörülür. Komanın yerliyinə mamır, şibyə, quru yarpaqları 

döşəmək olar. Komanın divarlarını təşkil edən budaqların arasına mamır və şibyə hörməklə soyuq 

havanın qarşısını almaq olar.

Bəzi hallarda meşədə tək qalan uşaqlar qorxudan gizləndiyi yerdən çıxmağa cürət etmir. Adətən 

yolu azdığına və böyüklərdən uzaqlaşdığına görə cəzalanacağından qorxan uşaqlar səssiz durub 

gözləməyə  üstünlük  verirlər.  Bəzən  də  uşaqlar  meşədə  rast  gəldikləri  yad  insanlardan  qorxub 

meşənin dərinliyində gizlənməyə çalışırlar. Uşaqlar əmin olmalıdırlar ki, onları axtarırlar və mütləq 

tapacaqlar. 

Yolu azdıqda uzaqdan diqqəti cəlb etmək üçün yanğın təhlükəsizliyi qaydalarına riayət etməklə 

meşənin kənarında açıq sahədə quru budaqlardan tonqal qalamaq olar. Axtarış qrupu açıq yerdə 

yanan tonqalı uzaqdan aşkar edə bilər. Lakin yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq tonqalın 

yerini  əvvəlcədən  hazırlamaq  lazımdır.  Hər  şeydən  əvvəl  tonqalı  təhlükəsiz  yerdə,  yəni  bitkilərin 

yaxınlığında deyil, açıq talada qalamaq olar. Bu məqsədlə sahədə torpağın üst qatı 1-2 m məsafədə 

quru  otlardan,  tör-töküntüdən,  quru  budaqlardan  təmizlənməlidir  və  tonqalın  ətrafında  xəndək 

qazılır. Yaxşı olar ki, tonqal su hövzəsinin yaxınlığında açıq yerdə yandırılsın. Belə olduqda yanğın 

təhlükəsinin qarşısı tez bir zamanda alına bilər.

Yadda  saxlamaq  lazımdır  ki,  isti,  quru  və  küləkli  hava  şəraitində  tonqal  qalamaq  təhlükəlidir. 

Ağacların  altında  tonqal  qalamaq  olmaz. Ağacların  yaxınlığında  yandırılan  tonqal  bitkilərin  məhv 

olmasına səbəb olur. Ehtiyatsızlıq nəticəsində ocaqdan sıçrayan kiçik bir qlğılcım sürətlə quru otların 

və  tör-töküntünün  üzəri  ilə  yayılaraq  dəhşətli  yanğına  səbəb  ola  bilər.  İsti,  qızmar  yay  aylarında 



20

tonqal  qalamaq  çox  təhlükəlidir.  Təhlükəli  vəziyyətin  qarşısını  almaq  üçün  odla  ehtiyatlı  olmalı 

və  təhlükəsizliyə  riayət  olunmalıdır.  Gərəksiz  yerə  ocaq  qalamaq  fikrindən  daşınmaqla  həm  öz 

həyatınızı, həm də meşənin canlı aləmini qorumuş olursunuz.

Təsadüfən meşədə yanğın hadisəsi ilə üzləşdikdə dərhal küləyin əksi istiqamətində həmin yeri 

tərk etmək lazımdır. Bu zaman yanğının yayılma istiqamətinə perpendikulyar olaraq hərəkət etmək, 

üzü və əlləri yaş dəsmalla örtmək tələb olunur. Əgər başqa çıxış yolu yoxdursa, su hövzələrinin 

yaxınlığında sığınacaq tapıb gözləmək olar. Geyimi su ilə isladıb yanğından qorunmaq lazımdır.

Nə  qədər  çətin  vəziyyətdə  olsanız  belə  ağac  və  kolların  budaqlarını  qırmaq,  quş  yuvalarını 

dağıtmaq, hörümçəyi məhv etmək olmaz. Ağacların koğuşunda rast gəldiyiniz yuvalara əl salmaq 

olmaz. Yuvada yaşayan heyvanları hürküdüb qaçıra bilərsiniz. 

Qorxu hissinə qalib gəlmək üçün uşaqlar fəlakət vaxtı siqnal vermək üsullarını öyrənməlidirlər. 

Əgər siz meşə cığırının yaxınlığındasınızsa, yolun kənarında iri quru budaqları, iri daşları müxtəlif 

formada  bir-birinin  üzərinə  qoyub  xaç,  dördbucaq,  ulduz  formasında  üst-üstə  toplaya  bilərsiniz. 

Cığırın üzərində çubuqla köndələninə zolaqlar çəkmək olar. Bu işarələr axtarışa çıxanlar tərəfindən 

aşkar edilə bilər. Açıq meşə talasında və ya çəmənlikdə iri daşların və ya budaqların köməyi ilə SOS 

işarəsini və ya digər böyük ölçülü işarələri quraşdırmaqla helikopterlə axtarışa çıxanların diqqətini 

cəlb etmək mümkündür. 

Əsas odur ki, bu işarələr uzaqdan görünsün. Siqnal nə qədər iri həcmlidirsə, onun görünməsi 

ehtimalı da artır. Qışda qarı müvafiq formada bir yerə toplamaqla və ya tonqaldan qalan kül vasitəsilə 

siqnal işarələrini təsvir etmək mümkündür. Gündüz açıq rəngli parça, dəsmal, gecə vaxtı isə alovlu 

məşəl də köməyə gələ bilər: uçan helikopterin (təyyarənin) səsini eşitdikdə, dəsmaları və ya məşəli 

yuxarıya  qaldırıb  yelləmək  lazımdır.  Axtarış  helikopterini  gördükdə  dərhal  əlləri  yuxarı  qaldırıb 

yelləmək  və  qaçmaq  lazımdır.  Belə  olduqda  hərəkət  edən  obyekti  səmadan  görmək  nisbətən 

asanlaşır.

Fəlakət siqnallarının beynəlxalq kod cədvəli aşağıdakı kimi qəbul edilir:

II   – medikamentlər lazımdır;

F   – yemək və su lazımdır;

K   – istiqamətinizi bildirin; 

Δ   – burada eniş mümkündür; 

LL   – hər şey qaydasındadır; 

N   – yox; 

Y   – bəli; 

┘└ – başa düşmədim

   – kompas və xəritə lazımdır.

Ümumiyətlə, çətinliyə düşməyiniz haqqında NECƏ xəbərdar etməyiniz əsas şərt deyil, əsas odur 

ki, SİZİ GÖRSÜNLƏR VƏ YA EŞİTSİNLƏR. 


21

Meşədə aclığı necə

dəf etmək olar? 

B

əs ərzaq ehtiyatı qurtarıbsa nə etməli? Meşədə təbii qida mənbələri çoxdur. Ətrafdakı ağac 



və kolların yeməli giləmeyvələri və meyvələri aclığı dəf etməyə kömək edə bilər. Bir çox bitki 

növləri  vardır  ki,  onların  şirəli  gövdəsi  və  ya  kökləri  qida  kimi  istifadə  oluna  bilər.  Bəzi  ağacların 

gövdəsinin qabığı da ekstremal vəziyyətdə qidalanma üçün istifadə oluna bilər. Məsələn, at pıtrağının 

kökləri B vitamini ilə zəngin olub, qida keyfiyyətinə və dadına görə kartofu xatırladır. Zəncirotunun 

çiçəklərindən bəzi ölkələrdə şirələr, salat və şorabalar hazırlanır. Söyüd və qovaq ağaclarının qabığı 

qida üçün yararlıdır.

Bir  çox  meşə  bitkilərinin  müxtəlif  orqanları:  meyvəsi, 

kökləri,  cavan  zoğları,  soğanaqları,  gövdəsi,  yarpaqları, 

çiçəkləri  və  hətta  tumurcuqları  qida  üçün  istifadə  oluna 

bilər. Belə bitkilərdən biri gicitkəndir. 



Gicitkənin (Urtica L.

cavan zoğlarından salatlar və şorabalar hazırlanır. Qədim 

dövrlərdə  Yaponiyada  gicitkənin  zoğlarından  cəngavər 

geyimləri  hazırlayırdılar.  Bitkinin  ağaclaşmış  gövdəsindən 

qalxan  kimi  istifadə  edir,  mumla  işlənmiş  liflərindən  yay 

üçün sim hazırlayırdılar. Gicitkən yarpağına bükülmüş balıq 

uzun müddət xarab olmur. 

At  əvəliyinin (Rumex confertus L.)  tərkibində  çoxlu 

miqdarda  C,  B1,  K  vitaminləri,  efir  yağları,  üzvü  turşular 

və  mineral  maddələr  (kalsium,  fosfor,  dəmir,  maqnezium) 

vardır.  Müxtəlif  xəstəliklərin  müalicəsində,  o  cümlədən 

avitaminoz,  sinqa,  qan  azlığında  tətbiq  olunur. Ağrıkəsici, 

yarasağaldıcı, iltihab əleyhinə təsirə malikdir. 



Zəncirotu  (Taraxacum  officinale)  müxtəlif  salatların, 

şorabaların  hazırlanmasında  istifadə  olunur.  Odda 

qovrulmuş kökləri kofeini əvəz edir. Zəncirotunun yarpaqları 

bir  qədər  acı  tam  verir.  Buna  görə  də  istifadə  etməzdən 

əvvəl yarpaqlarının üzərinə qaynar su tökülür və bir neçə saat soyuq duzlu suda saxlanılır. Kökləri 

torpaqdan təmizlənib xırda doğranılır və tünd-qonur rəng alana qədər qovrulur. Belə “kofe” faydalı 

içki kimi məsləhət görülür.


22

Ciyən  (su  qamışı)  (Typha L.)  )  su  hövzələrinin  kənarında 

təsadüf  olunur.  Bəzən  onu  qamış  bitkisi  ilə  səhv  salırlar. 

Kökümsovlarında  46%  nişasta,  24%  zülal,  11%  şəkər  vardır. 

Yarpaqları  C  vitamini,  toxumları  yağlarla  zəngindir.  Xalq 

təbabətində  kökümsovları  ishal  xəstəliyində,  yarpaqları  isə 

qanaxma  zamanı,  yarasağaldıcı  təsirinə  görə  istfadə  olunur. 

Yenicə inkişaf edən cavan zoğlarından qida məqsədi ilə istifadə 

olunur. Duzlu suda pörtülmüş zoğları yeyilir. Kökümsovlardan və 

zoğlardan bəzi ölkələrdə şorabalar, ət xörəkləri üçün əlavələr, 

un, çörək, şirniyyat nümunələri hazırlanır. Un hazırlamaq üçün 

kökümsovlar  0,5  sm  ölçüdə  doğranır,  qurudulur  və  üyüdülür. 

Qovrulmuş kökümsovlarından kofe hazırlanır.



Turşəngçə (dovşan kələmi) (Oxalis L.) 10 sm-ə qədər 

hündürlükdə olub rütubətli meşələrdə bitir. 100 q çəkidə 

olan bitkinin tərkibində 100 mq “C” vitamini vardır. Turş 

dadına  görə  salatlarda,  şorabalarda  istifadə  olunur. 

Meşədə azıb çıxış yolunu tapa bilmədikdə bu bitkilərdən 

qida məqsədilə istifadə etmək məsləhətdir.

Ot  bitkilərindən  əlavə  meşədə  bitən  kol  bitkilərinin 

giləmeyvələrindən  də  istifadə  oluna  bilər.  Daha  çox 

təsadüf olunan 

böyürtkən kollarının həm giləmeyvələri, 

həm də yarpaqları müalicəvi əhəmiyyətə malikdir. İyun-iyul 

aylarında  çiçəkləyən  bitkinin  meyvələri  avqust-sentyabr 

aylarında  yetişir.  Vitaminlərlə  və  mikroelementlərlə  çox 

zəngindir.

Mərcangilə  (Vaccinium vitis-idaea L.)  bitkisi 

həmişəyaşıl kol bitkisi olub, yaşıl rəngli uzunsov yarpaqlara 

malikdir. May-iyun aylarında çiçəkləyir, meyvələri avqust-

sentyabr aylarında yetişir. Al-qırmızı meyvələri müalicəvi 

əhəmiyyətə malikdir. 

Meşə gilası (Padus avium Mill) 0,6-1,0m hündürlükdə 

kol  və  ya  ağac  olub,  boz-qonur  rəngli  gövdəsi  vardır. 

Cavan  budaqları  yaşılımtıl  və  ya  qəhvəyi-qırmızımtıl 

rəngdə  olur.  Ən  çox  meşə  talasında,  kolluqlarda,  çay 

sahili meşələrdə təsadüf olunur. Meyvələri alma və limon 

turşusu, şəkərlərlə zəngindir.



23

Adi zirinc (Berberis vulgaris L.) kol və ya ağac şəklində olub, meşə talasında, yamaclarda 2000 

m-ə hündürlüyə qədər yayılmışdır. Turş meyvələri həm qida, həm də müalicəvi əhəmiyyətə malikdir.



Qaragilə (Vaccinium  myrtillus)  əsasən  gilli  torpaqlarda,  enliyarpaqlı  və  iynəyarpaqlı  qarışıq 

meşələrdə təsadüf olunur. Meyvələri görmə qabiliyyətini gücləndirir və vitaminlərlə zəngindir.

Meşədə bitən meyvə ağaclarından biri də 

tut (Rubus L.) ağacıdır. Ürəkşəkilli, kənarı mişarşəkilli 

yarpaqları ağ və ya qara rəngli turşməzə-süni dada malik meyvələri vardır.



Qara  gəndəlaş (Sambucus  nigra)  bitkisinə  meşənin 

kənarında, meşə talasında, enliyarpaq meşədə təsadüf olunur. 



Ehtiyatlı olun! Qara meyvəli gəndalaşın yetişmiş meyvələrindən 

və çiçəyindən başqa bütün orqanları zəhərlidir. Qırmızı meyvəli 

gəndalaşın  meyvəsi  isə  çox  zəhərlidir.  Xalq  təbabətində 

soyuqdəymə,  revmatizm,  və  s.  xəstəliklər  zamanı  müalicə 

məqsədilə  meyvə  və  çiçəyindən  hazırlanmış  dəmləmələrdən 

ehtiyatla  istifadə  olunur.  May-iyul  ayında  çıçəkləyir,  meyvələri 

avqust-sentyabr aylarında yetişir.

Cır mərsin (Vaccinium uliginosum) kolunun hündürlüyü 30-

50 sm-ə çatır. Xarici görünüşünə görə qaragiləni xatırlatsa da 

gövdəsi  və  meyvələri  bir  qədər  fərqlənir.  Açıq  rəngli  gövdəsi 

dağ  meşələrinin  daşlı-çınqıllı  yamaclarına  uyğunlaşaraq  turş 

torpaqlara üstünlük verir.

Zoğal  (Cornus L.

3-4  m  hündürlükdə  kol 

bitkisi  olub,  bəzən  8  m 

hündürlükdə  ağac  forma-

sında sıx tikanlı cən gəllik 

əmələ gətirir. Meşə talasında, çay vadisində, dərələrdə bitir. 

Tünd  qırmızı  rəngli  meyvələri  avqust-sentyabr  aylarında 

yetişir və növbəti yaza qədər ağacda qala bilir. Turş meyvələri 

gec yetişir.

Meşənin  meyvə  və  giləmeyvə  bitkiləri  çətin  vəziyyətdə 

aclığın  dəf  edilməsində  köməyə  çata  bilər.  Lakin  meyvələri 

toplayan  zaman  ehtiyatlı  olmaq  lazımdır.  Kolların  üzərində 

müxtəlif zəhərli həşəratların sancmasına məruz qala bilərsiniz. 

Ən çox arılar, gənələr, zəhərli hörümçəklər yarpaqların arasında 

gizlənə  bilər.  Giləmeyvələri  torplayarkən  diqqətlə  nəzərdən 

keçirmək, zəhərli meyvələrə və bitkilərə toxunmamaq lazımdır. 



24

Meşənin bəzəyi olan göbələklər çoxlarının diqqətini cəlb edir. Səyahətçilər və istirahətə gələnlər 

göbələk  toplamaq  həvəsinə  düşürlər,  lakin  bu  zaman  zəhərli  göbələkləri  tanımadıqlarına  görə 

səhvə  yol  verirlər.  Nəticədə  ağır  zəhərlənmə  hadisəsi  baş  verir.  Əgər  həyatınızı  təhlükə  altında 

qoymaq  istəmirsinizsə,  göbələyin  zəhərli  və  ya  zəhərsiz  olmasını  ayırd  edə  bilmirsinzsə,  yaxşısı 

budur  ki,  onlara  toxunmayasınız.  Zəhərlənmənin  qarşısını  almaq  üçün  heç  vaxt  yeməli  göbələyi 

çiy halda yemək olmaz. Göbələkləri ayırd etmək üçün bu bitkiləri yaxşı tanımaq lazımdır. Ağacların 

gövdəsində parazit həyat sürən qov göbələklərinə əl vurmaq olmaz. Bu zəhərli göbələyin kökləri 

ağacın daxilindəki şirəni soraraq onun qurumasına səbəb olur. Göbələyin alt hissəsində sporangilər 

tumurcuqlanaraq ağacın bütün ətrafını bürüyür və nəticədə gövdənin qırılmasına səbəb olur. Bəzən 

qov  göbələyinin  rəngarəngliyi  insanları  cəlb  edir  və  onu  qoparıb  evə  aparmağa  çalışırlar. Yadda 

saxlayın ki, bu göbləyin qoxusu insanda kəskin baş ağrılarına səbəb olur. Yol kənarında hətta yeməli 

göbələklər də zəhərli ola bilər.

Meşədə bitən bəzi bitkilərin zəhərli meyvələri insan üçün təhlükəlidir:

• 

Аdi gərməşоv - Viburnum lantana L.



• 

Qаfqаz хədicəgülü - Galanthus caucasicus (Baker) Grossh.

• 

Qızılçubuq qızıl səbət - Solidago virgaurea L.



• 

Hirкаn şümşadı - Buxus hyrcana Pojark.

• 

Аvrоpа gərməşоvu - Euonymus europaea L.



• 

Hаmаr güyənə - Polygonatum glaberrimum C.Koch

• 

Erкəк аyıdöşəyi - Dryopteris filix-mas (L.) Schott



• 

Uzunbuynuzcuqlu südləyən - Euphorbia macroceras Fisch.et C.A.Mey.

• 

Ziyilоtu - Chelidonium majus L.



• 

Şərq кəpənəкçiçəyi - Aconitum orientale Mill.

• 

Аyıqulаğı və ya кеçiqulаğı - Verbascum thapsus L.



• 

Qаfqаz хаnımоtu - Atropa caucasica Kreyer

• 

Qаfqаz cаnаvаrgiləsi - Daphne caucasica Pall.



• 

Pаslı üsкüкоtu - Digitalis ferruginea L.

• 

Оtvаri gəndəlаş - Sambucus ebulus L.



Qarğagözü, canavargiləsi və ya yalançı dəfnənin, daş sarmaşığı, inciçiçəyinin zəhərli meyvələrinə, 

bat-bat, badyan, dəlibəngin yarpaqlarına və gövdəsinə toxunmaq təhlükəlidir. Belə bitkiləri tanımaq 

və biliklərinizi yoldaşlarınızla bölüşmək çox vacibdir.


25

Diqqət zəhərlidir!

Аdi gərməşоv

Qаfqаz хаnımоtu

Qаfqаz cаnаvаrgiləsi

Аyıqulаğı

Pаslı üsкüкоtu

Оtvаri gəndəlаş

Şərq кəpənəкçiçəyi

Uzunbuynuzcuqlu 

südləyən


Qаfqаz хədicəgülü

Qızılçubuq qızılsəbət

Hirкаn şümşadı

Hаmаr güyənə



26

İçməli suyu haradan

əldə etməli?

M

eşədəki  su  hövzələrindən  içməli  su  əldə  etmək  üçün  ilk  növbədə  suyun  təmizliyinə  əmin 



olmaq  lazımdır.  Susuzluğu  dəf  etmək  üçün  yalnız  bulaq  suyundan  istifadə  edin.  Əgər  su 

mənbəyinin  yaxınlığında  tələf  olmuş  heyvanlara  və  balıqlara  rast  gəlmisinizsə  bu  sudan  istifadə 

etmək həyat üçün təhlükəlidir. Çay və göllərin suyu içmək üçün yararsızdır. Yalnız yolu azıb, çıxılmaz 

vəziyyətdə qaldıqda suyu qaynadıb istifadə etmək olar. 

Fövqəladə hallarda susuzluğu aradan qaldırmaq üçün bir çox üsullar vardır. İçməli suyun ən sadə 

üsulla təmizlənməsi üçün qalın (yaxşı olar ki, kətan) parçanın içərisinə qum, xırdalanmış ağac kömürü 

və kiçik daşlar doldurulur. Torbanın aşağı hissəsində dəlik açılır. Su bu sadə süzgəcdən süzülərək 

qarışıqlardan təmizlənir. Adətən müxtəlif su mənbələrindən əldə olunan suyu zərərli qarışıqlardan 

təmizləmək üçün süzgəcdən, gümüş qaşıqlardan, yod məhlulundan (bir litr suya 8-10 damcı) istifadə 

olunur və sonra mütləq qaynadılır.

Qarışqa yuvası, vəhşi arı pətəkləri içməli suyun yaxınlıqda (təxminən 1 km-ə qədər məsafədə) 

olmasına dəlalət edir. Suyu daha sadə bir üsulla da əldə etmək olar. Su çatışmazlığı olduqda hər hansı 

ağacın sıx yarpaqlı budağına polietilen paket keçirilir və ağzı kip bağlanır. Bitkinin buxarlandırdığı su 

paketin içərisində damcı şəklində toplanır. Bitkinin növündən asılı olaraq 1 saat ərzində 50-80 ml su 

toplamaq mümkündür. 

Ağac və kolların yoğun yaş budaqlarından vitaminli su almaq olar. Bunun üçün yaş budaqların 

yoğun  hissəsi  tonqalın  üzərində  maili  yerləşdirilir.  Budağın  ensiz  hissəsinin  altına  stəkan  və  ya 

polietilen paket qoyulur. İstiliyin təsiri altında yaş budaqdan ayrılan su stəkana toplanır. Bu məqsədlə 

cökə, söyüd ağaclarının budaqları daha yararlıdır. Ümumiyyətlə, söyüd bitən torpaqda qrunt sularının 

səthə yaxın olması məlumdur.

Durğun su mənbələrindən toplanan suyu təmizləyib süzmək və qaynatmaq lazımdır. Toplanmış su 

ehtiyatını isti havada mütləq qaynadılmış halda içmək olar. Su isti havada tez bir zamanda köhnəlir 

və həyat üçün təhlükəli hala düşür. İsti havada bədənin su itkisinin qarşısını almaq məqsədilə birbaşa 

günəş şüalarından qorunmaq, fiziki hərəkətləri azaltmaq və geyimi islatmaq tələb olunur.

Beləliklə,  meşədə  azan  insan  öz  səhhətini  qorumaq  üçün  ilk  növbədə  içməli  su  mənbələrini 

axtarıb tapmalı və kifayət qədər su ehtiyatı toplamalıdır. Dağ meşələrində suyu dərələrdə, qayaların 

çatlarında axtarmaq məqsədəuyğundur. Qış aylarında iri qayanın üzərinə qoyulan təmiz qar günəşli 

havada tezliklə əriyir və bir neçə dəqiqə ərzində 1 litr içməli su toplamağa imkan yaranır.



27

Yüklə 393,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin