Avropa İttifaqının Qonşuluq və Tərəfdaşlıq Aləti Şərq Ölkələri Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmə



Yüklə 393,44 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix09.03.2017
ölçüsü393,44 Kb.
#10801
1   2   3   4   5

Ekoturizm səfəri necə

təşkil olunur?

S

on dövrdə ekoloji turizmin inkişafı bütün dünyada təbii sərvətlərin öyrənilməsinə maraq və 



həvəsi daha da artırmışdır. Turizm həvəskarları təbiətin təkrar olunmaz gözəlliyini və zənginliyini 

duymaq, təbiətin qoynunda istirahət etmək üçün uzaq məsafələrə səfər edərək toxunulmamış təbiət 

guşələrini seyr etməyə can atırlar.

Meşələrə  təşkil  olunan  turizm  yürüşlərinə  hazırlıq  mərhələsində  iştirakçıların  təhlükəsizliyini 

təmin etmək üçün bir sira qaydalara əməl etmək zəruridir. Xüsusi qorunan təbiət ərazilərində turizm 

səyahəti üçün xüsusi meşə cığırları təyin olunur. Belə cığırla hərəkət edərkən turislər meşənin flora 

və  faunası,  təbiət  abidələri  ilə  yaxından  tanış  olurlar.  Meşə  cığırları  insanların  pərakəndə  halda 

meşəyə səpələnib, ekosistemə güclü neqativ təsir göstərməsinin qarşısını alır. Müəyyən marşrut üzrə 

bələdçinin rəhbərliyi ilə hərəkət edən səyahətçilər meşə sakinlərinin dinc həyatına mane olmurlar.

Meşə səyahətçiləri əvvəlcədən marşrutun planını tərtib edib ərazinin xəritəsini əldə etməlidirlər. 

Hər bir yürüş iştirakçısının kompası olmalıdır. Bundan əlavə səyahətçilər günəşə, ulduzlara və ya 

təbii  əlamətlərə  əsasən  istiqaməti  düzgün  təyin  etməyi  bacarmalıdır. Yürüşə  başlamazdan  əvvəl 

istiqaməti  kompas  vasitəsilə  təyin  edib  yadda  saxlamaq  lazımdır.  Ətrafa  baxıb  əsas  oriyentir 

obyektlərinin: yol, çay, yaşayış məntəqəsi və s. yerini müəyyən etmək lazımdır.

Səyahətçilər  meşə  cığırı  ilə  bir-birindən  ən  azı  2  metr 

məsafədə  hərəkət  etməlidirlər.  Yol  boyu  tikanlı  kol  və  ot 

bitkilərindən qorunmaq lazımdır. İrəlidə gedən turistlər arxada 

gələn  yoldaşlarının  təhlükəsizliyini  nəzərə  almalıdırlar.  Çox 

vaxt  ehtiyatsızlıq  nəticəsində  səfərdə  olanların  qarşıya  çıxan 

budaqları kənara dartıb buraxması nəticəsində arxadan gələn 

insanlara xəsarət yetirilə bilər.

Meşəyə səyahət zamanı marşrutu öncədən planlaşdırmaq 

lazımdır. Bütün turistlər şəraitə uyğun geyimlə təmin olunmalıdır. 

Batalıqlaşmış ərazidən və ya çaydan keçmək, şəlalənin axarı 

ilə  getmək  lazım  gəlirsə,  ayaqqabıların  möhkəm  və  davamlı 

olmasına diqqət yetirmək lazımdır. Yaxşı olar ki, asanlıqla islanan və daşların üzərində sürüşə bilən 

ayaqqabılardan istifadə olunmasın. Meşənin dərinliyində yaş paltarları və ayaqqabıları qurutmağa 

imkan olmadığı nəzərə alınmalıdır. 



43

Səfər çantası rahat və yüngül olmalıdır. Bütün lazım olan avadanlıq turistlər arasında düzgün 

bölünməlidir.  Bütün  ləvazimat  həm  də  düzgün  qablaşdırılmalıdır.  İqlim  şəraiti  nəzərə  alınmalı, 

isti havada tez xarab olan ərzaq məhsullarından istifadə olunmamalıdır. Buna görə də ət və süd 

məhsullarını səfərə aparmaq məsləhət görülmür. Qida zəhərlənməsinin qarşısını almaq üçün ərzaq 

məhsullarının keyfiyyətinə diqqət yetirilməlidir.

Ekoturizm səyahəti zamanı siz meşələrin qorunmasında yaxından iştirak edə bilərsiniz. Əhalinin, 

o cümlədən meşə istifadəçiləri, ovçular, balıqçılar, məktəblilər, valideynlər arasında ekoloji təbliğat 

və maarifləndirmə işləri aparmaq olar. Bu məqsədlə üzərində müxtəlif şüarlar və xəbərdarlıq işarələri 

olan  xüsusi  lövhələr  hazırlayıb  marşrut  boyu  yerləşdirmək  mümkündür.  Belə  lövhələrdə  meşə 

ehtiyatlarından  davamlı  istifadənin  əhəmiyyəti,  yanğın  təhlükəsizliyi  qaydalarına  riayət,  meşənin 

canlılar aləminə qayğıkeş münasibət barədə müraciətlər meşə istifadəçilərinin diqqətini cəlb edir. Bu 

qayda üzrə gənc turistlər həm meşənin dinc həyatının, həm də insanların təhlükəsizliyinin qayğısına 

qala bilərlər. Məs; “Meşəyə atılan tullantılar bizim sağlamlığımızın itirilməsinə səbəb olur.”, “Meşə 

yanğınlarının qarşısını alın!”, “Qarışqa yuvalarını dağıtmayın!”, “Meşənin nemətləri həm bizim, həm 

də gələcək nəslimizindir!”, “Meşənin sakit həyatını pozmayın!” və s. 

Məktəblilər müxtəlif müraciətnamələr və sorğu vərəqləri 

hazırlayıb  əhali  arasında  yaymaqla  meşələrin  davamlı 

idarə  olunmasına  ictimaiyyətin  diqqətini  artıra  bilərlər. 

Eyni zamanda insanların təhlükəsizliyinin təmin olunması 

qayğısına qalaraq meşədə təhlükəsiz davranış qaydalarını 

təbliğ etməklə ətraf mühitə öz töhfələrini verə bilərlər.

Meşəyə səyahət zamanı müxtəlif təbii materiallar: ağac 

və  kol  bitkilərinin  meyvələrini,  toxumları,  qəribə  formalı 

budaqlar,  ala-bəzək  payız  yarpaqları  diqqəti  cəlb  edir. 

Evə qayıdarkən bu gözəllikdən xatirə olaraq bir nümunəni 

özümüzlə  aparmaq  istəyi  ürəyinizdə  baş  qaldıra  bilər. 

Müəllimin  tapşırığı  ilə  müxtəlif  təbii  materialları  toplayıb 

eksponatların  hazırlanmasında  istifadə  edə  bilərsiniz. 

Güclü  təxəyyülə  malik  uşaqlar  adi  quru  budağa  və  ya 

kötük  parçasına  ikinci  həyat  verərək  maraqlı  sənət 

nümunəsinə çevirə bilər. Müxtəlif toxumlardan, qozalardan 

və budaqlardan hazırlanmış səbətləri, mücrüləri, ağac fiqurları, pannoları, mozaikaları yaradıcılıq 

sərgilərində nümayiş etdirmək olar. Xəzan yarpaqlarından hazırlanan tablolar, herbarilər, qurudulmuş 

meyvə və toxumlar məktəbdə kiçik təbiət guşəsinin yaradılması üçün istifadə oluna bilər.


44

Tullantısız meşə -

sağlam həyat

M

eşəyə  səyahət  xüsusi  diqqət  tələb  edir.  Təbii  maneələrdən  başqa  meşədə  bizi  insanlar 



tərəfindən  süni  olaraq  yaradılan  təhlükələr  də  gözləyir.  Meşənin  qeyri-adi  və  füsunkar 

aləmindən zövq alan insanlar bəzən buranı tərk edərkən özləri ilə gətirdikləri əşyaları və tullantıları 

“unudurlar”. Şüşə qırıntıları, tikanlı məftillər, konserv qutuları və digər kəsici tullantılar həm meşənin 

canlılar aləmi, həm də insanlar üçün təhlükəlidir. Digər tərəfdən belə tullantılar uşaqların da yara və 

zədə almasına səbəb olur. Meşə cığırında “unudulmuş” məftillər səyahətçinin əl-ayağına dolaşıb 

yıxa bilər. Bunları nəzərə alaraq meşədə ehtiyatla hərəkət edib yola diqqət yetirmək lazımdır.

İnsanın sağlamlığı kimi meşədə yaşayan hər bir canlının da sağlamlığı müəyyən şəraitdən asılıdır. 

Bildiyiniz kimi, sağlam ətraf mühit - sağlam həyatın əsasıdır. İnsan öz sağlamlığının qoruduğu kimi 

meşə sakinlərinin də sağlam həyatının qayğısına qalmalıdır. Meşəyə istirahətə və səyahətə gələnlər 

tullantıların ətraf mühitə zərərini anlamalı və meşəni bu zərərli təsirlərdən qorumalıdırlar. 

 İl ərzində meşəyə səyahət edənlərin sayının 

çoxluğunu  nəzərə  alsaq,  məişət  tullantılarının 

acınacaqlı  fəsadlarını  təsəvvür  etmək  olar. 

Ekosistem  üçün  yad  olan  müxtəlif  mənşəli 

tullantıların  ətraf  mühitə  zərərli  təsiri  hamıya 

məlumdur.  Plastik  qablar,  polietilen  məmulatlar 

bitki və heyvanat aləmi üçün böyük təhlükə yaradır. 

Meşədə  atılıb  qalan  plastik  qablar  və  polietilen 

paketlər  100  illər  ərzində  çürümür,  onların 

tərkibindəki  zəhərli  kimyəvi  maddələr  torpağı, 

suyu,  havanı  çirkləndirərək  meşə  ekosisteminin 

sabit  fəaliyətinə  mane  olur.  Məişət  tullantıları 

bəzən  heyvanların  zəhərlənməsinə  və  məhvinə 

gətirib çıxarır. Konserv qutularının iti kənarı, şüşə 

qırıntıları heyvanların pəncələrini kəsib yaralayır. 

Kiçik  heyvanlar  konserv  qutusunun  içərisinə 

daxil  olduqda  təsadüfən  qapağın  bağlanması 

nəticəsində tələf ola bilər. 



45

Bəs  meşədə  atılan  şüşə  qırıntılarının  yandırıcı  təsiri?  Siz  bilirsiniz  ki,  çox  kiçik  şüşə  qırıntısı 

böyük yanğına səbəb ola bilər. Günəşiin yandırıcı şüasını özündə toplayan şüşə qırıntısı quru otu və 

budaqları alışdırır. Meşəni tərk edərkən şüşə qabları özünüzlə aparmalısınız. Qeyd olunduğu kimi 

şüşə butulkalar günəş şüasını toplayaraq meşə yanğını törədə bilər. 

Təsadüfən  yerə  atılan  sönməmiş  siqaret  kötükləri  geniş  miqyaslı  meşə  yanğınına  səbəb  ola 

bilər. İstirahət yerlərində atılıb qalmış siqaret kötüklərinin tərkibindəki nikotin meşə döşənəyindəki 

mikroorqanizmləri məhv edir. Çay və göllərə atılan siqaretlər balıqlar tərəfindən udulur və beləliklə 

zəhərli maddələr qida zəncirinə daxil olur. Belə balıqla qidalanan insanlar zəhərli maddələrin təsiri 

nəticəsində xəstələnirlər. 

Yaxşı  olar  ki,  istirahət  vaxtı  bir  dəfəlik  plastik  qablardan  deyil,  adi  yemək  qablarından  istifadə 

olunsun.  Yemək  yedikdən  sonra  kağız  tullantıları  yandırmaq  qadağandır.  Əgər  bir  dəfəlik  qablar 

kartondan hazırlanıbsa, xəndək qazaraq asanlıqla çürüyən qida tullantıları ilə birlikdə basdırmaq 

olar. Lakin plastik və kimyəvi mənşəli tullantıları mütləq meşədən kənara tullantı üçün ayrılmış xüsusi 

yerlərə aparmaq lazımdır. 

Əgər  meşəni  hər  gəlişinizdə  valehedici  və  gözəl  görmək  istəyirsinizsə,  məişət  tullantılarının 

toplanıb  daşınmasını  təşkil  edin.  İstirahət  yerlərində  qalaqlanmış  məişət  tullantılarından  meşəni 

azad etməklə meşələrin mühafizəsinə öz töhfənizi verə bilərsiniz. Turistlərin və istirahət edənlərin 

köməyi ilə meşədə təmizlik işlərini təşkil edib mühitin sağlamlığını qoruya bilərsiniz.

 “Tullantısız həyat” prinsipinə əməl edərək meşəni görmək istədiyiniz vəziyyətdə qoyub gedin və 

təmizliyə riayət edin. Təbiətə vurulan zərbələr son nəticədə insan həyatına da neqativ təsir göstərir. 

Unutmayın ki, meşənin təmizliyi - bizim sağlam həyatımızdır!



46

Meşənin yanğın 

təhlükəsizliyini necə təmin 

etməli?

M

eşənin ən təhlükəli düşməni yanğındır. Hər il baş verən meşə yanğınlarının əsas səbəbkarı 



məhz  meşə  istifadəçiləri  və  səyahəçilərdir.  Meşə  yanğınlarının  böyük  əksəriyyəti  insanın 

odla ehtiyatsız davranması nəticəsində baş verir. 

Turistlər,  ovçular,  istirahət  edənlər  istənilən  vaxt  meşədə  tonqal  qalamağa  çalışırlar.  Kiçik  bir 

ehtiyatsızlıq və ya səhlənkarlıq nəticəsində tam söndürülməmiş tonqaldan kənara sıçrayan qığılcım 

quru otların alışmasına səbəb olur. Bəzən də meşədə gəzən uşaqlar kibriti yandırıb dəcəllik edirlər. 

Onlar  ilk  baxışda  kiçik  dəcəllik  kimi  görünən  bu  hərəkətin  hansı  fəlakətlə  nəticələnəcəyini  heç 

təsəvvürlərinə belə gətirmirlər. 

Azərbaycan  meşələri  qoruyucu  meşələrə  aid 

olduğuna  görə  burada  tonqal  qalanmasına  icazə 

verilmir.  İstirahət  yerlərində  tonqal  yandırmaq  üçün 

xüsusi  təyin  olunmuş  yerlər  vardır.  Tonqalın  köhnə 

ocaq  yerində  qalanması  məsləhət  görülür.  Köhnə 

tonqaldan  qalmış  kömür  ocağın  yanmasına  kömək 

edir. Tonqalın təyin olunmuş daimi yeri ən azı 2 m2 

meşə döşənəyinin qorunması deməkdir. Xüsusi təyin 

olunmuş  yer  olmadıqda  ağac  və  kollardan  uzaq 

açıq  sahədə  torpağın  üst  qatı  çıxarılır  və  tonqalın 

ətrafında səd kimi qoyulur. Ətrafda 1 metr məsafədə 

torpaq  tör-töküntüdən  təmizlənir.  Yanan  tonqalı 

nəzarətsiz  qoyub  yatmaq  olmaz.  İstirahət  yerini 

tərk  edərkən  tonqal  mütləq  su  ilə  və  ya  torpaqla 

söndürülməlidir.  Yalnız  ocağın  tam  söndürülməsinə 

əmin  olduqdan  sonra  həmin  yeri  tərk  etmək  olar. 

Ocaq tam söndürüldükdən sonra torpaq təbəqəsi öz 

yerinə qaytarılır. Tonqalı söndürərkən ocağı kömürlə 


47

birlikdə belləyib torpağa basdırmaq lazımdır. Əgər yaxınlıqda taxıl zəmisi və ya quru bitki qalıqları 

olan əkin sahəsi varsa, tonqal qalamaq olmaz. Həmçinin qanunsuz meşə qırıntıları aşkar edilmiş 

sahədə od yandırmaq təhlükəlidir. 

Meşə yanğınlarını söndürmək çox çətindir. Yanğınsöndürənlər yanğının yayılmasının qarşısını 

almaq üçün böyük qüvvə və səy göstərirlər. Yanan ərazini su və torpaqla söndürməkdən əlavə eni 

1 metr olan xəndəklər qazılır. Bu yolla yanğının qonşu əraziyə yayılmasının qarşısı alınır. Yanğının 

söndürülməsinə texnika və avadanlıq tələb olunur. İri miqyaslı meşə yanğınlarında müvafiq yanğın 

söndürmə dəstələri ilə birlikdə əhalinin iştirakı ilə könüllü yanğından mühafizə dəstələri də yanğınla 

mübarizəyə cəlb olunur. 

Yanğının yayılmasının qarşısını almaq üçün ətraf tör-töküntüdən təmizlənir və torpaq zolaqları 

hazırlanır.  Belə  torpaq  zolaqlarının  eni  5-10  m-ə  çatır.  Yaşayış  məntəqələrinin  ətrafında  xüsusi 

xəndəklər  qazılıb  su  ilə  doldurulur. Yaşayış  məntəqələrində  təbii  su  hövzələri  olmadıqda  süni  su 

hövzələri yaradılır və burada su ehtiyatı saxlanılır. 1 ha yaşayış ərazisinə 30 m3 su tələb olunur. 

Meşədə güclü yanğın baş verdikdə sutka ərzində növbətçilik təşkil edilərək vəziyyət ciddi nəzarət 

altında saxlanılır. Su hövzələrinin qaydasında olmasına daim nəzarət olunur. Tənəffüs orqanlarını 

zəhərli tüstüdən mühafizə etmək üçün əhaliyə xüsusi tənzif sarğıları paylanır. Yanğına qarşı profilaktik 

tədbir kimi avtomobillərin quraqlıq mövsümündə meşəyə daxil olması qadağan oluna bilər.

Meşədə çox zaman aşağıdan yanmalar baş verir. Bu zaman meşənin alt yarusunda olan kollar, 

ot bitkiləri, meşəaltı, ağacların kökləri, meşə döşənəyi yanıb məhv olur. Aşağıdan yanma çox yavaş 

0,1-3  m/dəq  sürətlə  yayılır.  Güclü  külək  zamanı  yanğın  yuxarıya  doğru  yayılaraq  ağacların  çətiri 

boyu yuxarıdan yanmaya çevrilir. Belə olduqda ağaclar kökündən çətirinə qədər alovlanır. Xüsusən 

də iynəyarpaqlı ağaclar ani olaraq yanar məşələ çevrilirlər. Yuxarıdan yanma zamanı güclü küləkli 

havada  alov  dəqiqədə  80  m  sürətlə  yayıla  bilir.  Yuxarıdan  yanma  sürətlə  yayıldığına  görə  daha 

təhlükəlidir. Lakin aşağıdan yanma bataqlıqlaşmış meşə ərazisində baş veribsə, torf qatında yeraltı 

yanma əmələ gəlir və böyük sürətlə hər tərəfə yayılır. Torf yanma materialı olduğa görə havasız 

şəraitdə torpağın altında uzun müddət yana bilir.

Meşə  yanğını  baş  verdikdə  təxirəsalınmaz  tədbirlər  nəticəsində  meşə  örtüyünü  və  yaşayış 

məntəqələrini xilas etmək mümkündür. Əgər təsadüfən meşədə səyahət zamanı yanğın hadisəsi 

ilə qarşılaşmısınızsa, kiçik sahədə dərhal yanğının söndürülməsi üçün cəhd göstərmək olar. Lakin 

yanğın  artıq  geniş  sahəni  bürümüşdürsə,  turistlər  dərhal  öz  yoldaşlarını  və  əlaqədar  təşkilatları 

xəbərdar etməlidirlər. Bu halda yanğının söndürülməsindən daha çox insan həyatının xilas edilməsinə 

çalışmaq lazımdır. Çünki müvafiq texnika və avadanlıq olmadan böyük sahədə baş verən yanğınları 

söndürmək çox çətindir. 

Meşədə ən kiçik alışma və ya yanğın hadisəsini aşkar etdikdə dərhal insanları yanğın ərazisindən 

uzaqlaşdırmaq və 112 və ya 101 nömrəli telefonlarla əlaqə yaradıb Fövqəladə Hallar Nazirliyinin 

Dövlət Yanğından Mühafizə Xidmətinə, xüsusi təyinatlı yanğından mühafizə dəstəsinə xəbər vermək 


48

gərəkdir. Bu zaman yanğının dəqiq yeri və orada olan insanların sayı haqqında məlumat verilməlidir. 

Fövqəladə hallar zamanı ilk növbədə təcili xəbər verilməlidir. 

Meşədə yanğın hadisəsi ilə üzləşdikdə dərhal küləyin əksi istiqamətində həmin yeri tərk etmək 

lazımdır. Bu zaman yanğının yayılma istiqamətinə perpendikulyar olaraq hərəkət etmək, üzü və əlləri 

yaş dəsmalla örtmək tələb olunur. Vəziyyətdən ən yaxşı çıxış yolu kimi su hövzələrinin yaxınlığında 

sığınacaq tapıb gözləmək olar. Əgər yanğının əhatəsindən çıxmaq mümkün deyildirsə, su hövzəsinin 

içərisində  durmaqla  və  ya  torpağın  üzərinə  uzanıb  üst  geyimi  islatmaqla  yanğından  qorunmağa 

çalışmaq lazımdır. 

Əgər istirahət yerini sizdən əvvəl tərk etmiş insanların tam söndürmədikləri ocağı aşkar etmisinizsə 

və alov çox kiçik sahəni əhatə edirsə, onu dərhal söndürmək lazımdır. Alovu yaşıl budaqlarla, kətan 

parça və ya digər qalın örtüklə çırpmaq, ayaqlarla möhkəm tapdamaq, torpaq və su ilə söndürmək 

olar. Əlbəttə, alovun sürətlə yayıldığı hallarda təkbaşına onun öhdəsindən gəlmək qeyri-mümkündür. 

Dərhal həmin yeri tərk edib əlaqədar təşkilatlara xəbər vermək lazımdır. Küləyin əksinə və ya alovun 

yayılmasına perpendikulyar istiqamətdə təhlükəli ərazini tərk etmək lazımdır. Nəzərə almaq lazımdır 

ki, alov hiss olunmadan küləyin əksi istiqamətdə də yayıla bilər. 

Yanğın təhlükəsizliyi qaydalarına əməl etməklə meşə yanğınlarının qarşısını almaq mümkündür. 

Meşəyə turizm səyahətinə hazırlaşan hər kəs yanğın təhlükəsizliyi qaydalarını bilməli və bu qaydalara 

əməl  etməlidir.  Turistlər  təyin  olunmuş  yerdə  tonqal  qalayan  zaman  yaxınlıqda  su  hövzəsinin 

olmasına əmin olmalıdırlar. Ağacların altında tonqal qalamaq olmaz, çünkü bu zaman bitkilər məhv 

ola bilər. Ən təhlükəli hallardan biri siqaret çəkmək hesab olunur. İnsan səhhəti üçün təhlükəli olan 

bu zərərli vərdiş meşənin canlı aləmi üçün fəlakət mənbəyinə çevrilir. Bəzən səhlənkarlıqla meşə 

cığırına atılan bir siqaret günlərlə sönməyən və ya çox çətinliklə söndürülən meşə yanğını yaradır. 

Küləkli, quru və isti havada kiçik qığılcımdan yaranan fəlakət təbii meşəni məhv edir.

Avtomobilin  və  digər  nəqliyyat  vasitələrinin  yaxınlığında  da  tonqal  yandırmaq  olmaz.  İstirahət 

yerini tərk edərkən ilk növbədə tonqalın tam söndürüldüyünə əmin olmaq lazımdır. Buna görə ocağı 

su ilə və ya torpaqla söndürüb, közərti tam sönənə qədər gözləmək lazımdır, çünki küləkli havada 

közərən kömür yenidən alışa bilər.



Meşədə aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır:

 



Uşaqların kibritlə və ya alışqanla oynaması yolverilməzdir

 



Meşədə siqaret çəkmək olmaz;

 



Meşənin yaxınlığında məişət tullantılarını, quru otları yandırmaq olmaz;

 



Tonqalın və ya motosiklin mühərrikindən çıxan qığılcım yanğın törədə bilər;

 



Benzin, sürtgü yağları və digər alışa bilən məhlullarla isladılmış materiallar yanğın mənbəyi 

ola bilər;



49

 



Şüşə qablar və şüşə qırıntıları optik linza kimi günəş şüalarını bir nöqtədə toplayaraq quru 

otu alışdıra bilər;

 

Meşənin yaxınlığındakı yaşayış məntəqələrində elektrik xətlərinin qısa qapanması zamanı 



baş verən yanğın hadisəsi zamanı alov sürətlə böyük ərazini əhatə edə bilər;

 



Meşədə tonqalı yalnız xüsusi təyin olunmuş yerdə yandırmaq olar;

 



İstirahət başa çatdıqdan sonra tonqalı söndürmək lazımdır;

 



Asanlıqla alışan maye doldurulmuş qabları atmaq olmaz.

Yanğın  təhlükəsizliyi  qaydalarını  hər  kəs  bilməli  və  bu  qaydalara  əməl  etməlidir.  Meşənin 

təhlükəsizliyini  qorumaqla  siz  öz  təhlükəsizliyinizin  qayğısına  qalırsınız.  Unutmayın  ki,  meşənin 

ətrafında yaşayan insanların gündəlik həyatı meşənin sərvətlərindən asılıdır. Yanğın baş verən meşə 

sahəsinin bərpa olunmasına on illərlə, bəzən yüz illərlə vaxt tələb olunur. Yenidən bərpa olunan meşə 

sahəsi əvvəlki kimi bioloji müxtəlifliyə, bitki və heyvan növlərinin zənginlyinə malik olmur. Buna görə 

də meşənin təkrarolunmaz misilsiz zənginliyini qorumaq istəyiriksə, yanğın təhlükəsizliyinə riayət 

etməli və başqalarına da meşədə odla ehtiyatlı davranmağı tövsiyə etməliyik. Belə olduqda meşə - 

təmiz havanı, saf suları, zəngin təbii nemətlərini və gözəlliyini sizdən əsirgəməz.


50

Meşənin canlılar aləmini 

qoruyun!

M

eşə müxtəlif bitkilərin, heyvanların və həşəratların yaşayış yeridir. Biz, insanlar isə çox vaxt 



meşənin müvəqqəti qonaqları oluruq. Uşaqlar meşədə qaçmağı, tullanmağı və şənlənməyi 

çox sevirlər. Nəzərə almaq lazımdır ki, şən və səs-küylü istirahət meşə sakinlərinin sakit həyatını 

pozub  yaşayış  yerlərindən  didərgin  sala  bilər.  Bəzən  quş  yuvalarını  aşkar  etdikdə  uşaqlar  qeyri-

iradi olaraq balaları ələ götürüb, oxşamağa çalışırlar. Unutmayın ki, insan əli dəyən yuvanı quşlar 

tezliklə tərk edib gedirlər. Buna görə də meşədə yuva gördükdə binokl vasitəsilə uzaq məsafədən 

müşahidə etmək və yaxud fotoaparat vasitəsilə şəklini çəkmək olar. Bundan sonra dərhal həmin 

yerdən uzaqlaşıb, balaları narahat etməməyə çalışın.

Meşədə  qaçmaq  və  bərkdən  danışmaq  olmaz.  Siz  cığırdan  kənara  çıxıb  qaçarkən  meşə 

döşənəyində yaşayan bir çox həşəratları narahat edib, qarışqa yuvalarlnı dağıdıb, nadir göbələkləri 

və bitki növlərini tapdaya bilərsiniz. Səs-küy, ümumiyyətlə, meşənin bütün sakinlərini narahat edir 

və onların sakit həyatını pozur. Bundan başqa meşə cığırı ilə hərəkət edərkən ehtiyatlı olmaq, quru 

budaqları qırmaq olmaz. Təsadüfən qırılmış budaq sıçrayıb yoldaşlarınızın üzünə və digər bədən 

nahiyələrinə dəyib xəsarət yetirər. Cığırla hərəkət edən dəstədə irəlidə gedənlər budaqları kəskin 

hərəkətlə aralayıb buraxdıqda da arxada gələnləri yaralaya bilərlər. Ehtiyatsız hərəkət etməklə də 

siz bir çox meşə canlılarının həyatına son qoya bilərsiniz. Buna görə də kolların arasından ehtiyatla 

keçməli, yoldaşlarınızın və kiçik canlıların təhlükəsizliyini təmin etməlisiniz.

Təbiətdə hər bir canlının öz yeri və mövqeyi vardır. Bizim zəhərli hesab etdiyimiz bitki və həşəratlar 

çox  zaman  ekoloji  sistemin  qida  zəncirində  mühüm  rol  oynayaraq,  digər  canlıların  qida  və  şəfa 

mənbəyidir. Eyni zamanda canlı orqanizmlərin sayının tənzimlənməsində xüsusi yer tutur. Məsələn, 

tayqa  meşələrində  yaşayan  nəhəng  sığınlar  daxili  xəstəlikləri  müalicə  etmək  üçün  ən  zəhərli 

göbələkdən hesab olunan milçəkqapandan istifadə edirlər. Xəstə sığınlar bu göbələklə qidalanaraq 

qısa müddətdə sağalırlar. Bəzi zəhərli göbələklərin tərkibində olan maddələrdən insanların müalicəsi 

üçün istifadə olunan dərman vasitələri hazırlanır. Yəqin ki, ilan zəhəri və ya arı zəhərinin müalicəvi 

təsiri barədə hamının məlumatı vardır. Bununla yanaşı belə zəhərli bitkilərə və ya həşəratlara rast 

gəldikdə  müəyyən  qədər  özünüzü  qorumağa  və  həmin  yeri  tərk  etməyə  çalışın.  Tanış  olmayan 

bitkilərin meyvə və toxumlarına, həşəratlara toxunmayın.

Meşədə yaşayan ən kiçik kəpənəklər, böcəklər və digər həşəratların yanında insan özünü nəhəng 

və çox güclü hiss edir. Lakin bu heç kəsə haqq vermir ki, digər canlıların həyatını pozsun. Bəzən gözəl 

naxışları, incə, zərif quruluşu, rəngarəng parlaq libası ilə diqqəti cəlb edən həşəratları kolleksiya ücün 


51

toplamağa çalışırlar. Unutmayın ki, həşəratların kolleksiya xatirinə məhv edilməsi qəti qadağandır. 

Bəzi bitki və heyvan növlərinin təbiətdə sayı o qədər azalmışdır ki, onların adı Azərbaycanın “Qırmızı 

Kitab”ına daxil edilib və qorunur. Bu canlıların təsadüfən kolleksiya üçün toplanması onların sayının 

tükənməsinə səbəb olur. Ona görə də yaxşı olar ki, meşədə fotoaparat vasitəsilə “foto-ova” çıxasınız 

və heyranedici məqamları foto obyektiv vasitəsilə yaddaşa həkk edəsiniz. Meşədə keçirdiyiniz xoş 

dəqiqələr barədə foto-təəssüratlarınızı sonradan böyük məmuniyyətlə dostlarınızla bölüşə bilərsiniz.

Meşədə ehtiyatsız və təcavüzkar hərəkətlərə yol verən insan ilk növbədə nadir bitki və heyvan 

növlərinin bioloji müxtəlifliyi üçün böyük təhlükə yaradır. Meşədə düzgün davranış qaydalarına riayət 

etmədikdə insan öz sağlamlığını və həyatını da təhlükə altına qoyur. Meşənin nemətlərindən istifadə 

edərkən ilk növbədə meşə qanunvericiliyini bilmək və müvafiq tələblərə əməl etmək lazımdır.

Azərbaycan meşələri birinci kateqoriyalı qoruyucu meşələrə aid olduğuna görə meşə qırmaları 

qadağandır. Meşə məhsullarından meşəyə ziyan vurmadan istifadə olunmalıdır. Məsələn; göbələkləri 

toplayarkən  kökündən  qoparmaq  olmaz,  onların  yerüstü  hissəsi  bıçaqla  kəsilməlidir.  Göbələyin 

torpaqda  qalmış  mitselilərindən  yeni  göbələklər  inkişaf  edir.  Meyvə  və  giləmeyvə  bitkilərinin 

budaqlarını qırmaq, bıçaqla kəsmək, ağacların və kolların gövdəsini zədələmək olmaz. 

Nadir  bitkilərin  toplanması  qəti  qadağandır.  Bəzən  meşənin  kənarında  və  ya  meşə  talasında 

təsadüf olunan dağlaləsi, süsən, inciçiçəyi, səhləb və digər bitkilərin gözəl çilçəkləri səyahətçilərin 

böyük marağına səbəb olur və kütləvi şəkildə toplanır. Xalq təbabətində istifadə olunan nadir bitkilər 

müntəzəm tədarük olunur. Bu zaman kökündən qoparılan bitkilərin sayı təbiətdə sürətlə azaldığına 

görə  təbiətə  böyük  zərər  vurulur.  Nadir  bitkilərin  sayı  və  yayıldığı  ərazilər  ildən-ilə  azalır.  Bunun 

qarşısını  almaq  üçün  “Qırmızı  Kitaba”  daxil  olan  bitkilərin  məskunlaşdığı  yerlərdə  xəbərdarlıq 

lövhələrinin qoyulması vacibdir. Əhali arasında ekoloji təbliğat apararaq nadir bitkilərin əhəmiyyəti 

və qorunması haqqında məlumatlandırmaq lazımdır. 

Nadir çiçəklərin toplanması onların bərpaolunma qabiliyyətinin zəifləməsinə və sayının getdikcə 

azalmasına  səbəb  olur.  Nəsli  tükənməkdə  olan  bitkilərin  toxumlarını  yalnız  mütəxəssislərin  ciddi 

nəzarəti  altında  az  miqdarda  toplayıb  məktəb  tədris-təcrübə  sahəsində  artırmaq  olar.  Artırılan 

bitkiləri yenidən təbiətə qaytarmaqla siz Azərbaycan florasının zənginliyinin qorunmasında iştirak 

edə bilərsiniz. Yadda saxlamaq lazımdır ki, təbiətdə bütün canlılar müəyyən təbii qanunauyğunluqla 

inkişaf edir. Yalnız insanların təcavüzkar hərəkətləri və hərisliyi səbəbindən meşənin ehtiyatlarına 

hədsiz dərəcədə zərər vurulur.

Meşənin yaxınlığında yaşayan əhalinin saxladığı mal-qara sürüləri də meşələrə ciddi ziyan vurur. 

Mal-qaranın  özbaşına  otarıldığı  yerlərdə  meşə  döşənəyi  tapdanır,  kolları  və  ağacların  budaqları 

qırılır. Tapdanıb bərkimiş torpağın su və hava keçiriciliyi azalır. Ağac və kol bitkilərinin inkişafı zəifləyir, 

zədələnmiş  gövdə  və  budaqlara  düşən  zərərvericilər  və  virus  xəstəlikləri  yayılır.  Bundan  əlavə 


52

meşə döşənəyində  yaşayan  müxtəlif mikroorqanizmlər  məhv olur. Torpağın üzərinə  tökülən quru 

yarpaqlar, budaqlar və digər tör-töküntünün çürüməsi və parçalanması prosesi pozulur. Torpağın üst 

təbəqəsində humus qatı sıradan çıxır. 

Mal-qara sürüsünün keçdiyi yerlərdə ağac və kolların budaqları qırılır, budaqların ucları gəmirilir. 

Nəticədə, meşənin bu hissəsində işıqlanma artır və seyrəkləşmə baş verir. İşıqlanma pəncərələri 

yaranan  ərazidə  meşənin  florasına  aid  olan  bitkilərin  tükənməsi  və  ekosistem  üçün  “yad  olan” 

işıqsevən çəmənlik bitkilərinin yayılması surətlənir. İnsanın təsərrüfat fəaliyyətinin meşəyə zərərli 

təsirinin qarşısını almaq üçün ciddi tədbirlərin görülməsi tələb olunur.

Meşənin  inkişaf  qanunauyğunluqlarını  öyrənməklə  mənfi  təsirləri  azaltmaq  və  zəngin  bioloji 

müxtəlifliyii qorumaq bizim başlıca vəzifəmizdir. 


53


Yüklə 393,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin