Fəsil XII – Konvensiyaya düzəlişlər
Maddə 44 – Düzəlişlər
1
Tərəfin hazırkı Konvensiyaya düzəliş edilməsi ilə bağlı irəli sürdüyü istənilən təklif Avropa
Şurasının Baş Katibinə təqdim edilir və onun tərəfindən isə, Avropa Şurasının üzv
Dövlətlərinə, Konvensiyanın istənilən Tərəfinə, Avropa İttifaqına, və 45-ci maddənin 1-ci
bəndinin müddəalarına uyğun olaraq hazırkı Konvensiyanı imzalamaq üçün dəvət edilmiş
istənilən dövlətə və 46-cı maddənin 1-ci bəndinin müddəalarına uyğun olaraq hazırkı
Konvensiyaya qoşulmaq üçün dəvət edilmiş istənilən Dövlətə paylanılır.
2
Tərəfin təklif etdiyi istənilən düzəliş Cinayət Problemləri üzrə Avropa Komitəsinə (CDPC)
verilir və o, Nazirlər Komitəsinə həmin təklif edilən düzəliş barədə öz rəyini təqdim edir.
3
Nazirlər Komitəsi təklif edilən düzəlişi və CDPC-nin təqdim etdiyi rəyi nəzərdən keçirir və
qeyri-üzv Dövlətlər - Tərəflərlə məsləhətləşmə apardıqdan sonra düzəlişi qəbul edə bilər.
4
Nazirlər Komitəsinin qəbul etdiyi istənilən düzəlişin mətni hazırkı maddənin 3-cü bəndinə
uyğun olaraq qəbul edilməsi üçün Tərəflərə təqdim edilir.
5
Hazırkı maddənin 3-cü bəndinə uyğun olaraq qəbul edilən istənilən düzəliş bütün
Tərəflərin Baş Katibi düzəlişi qəbul etmələri haqda məlumatlandırdıqları tarixdən bir ay
müddəti başa çatdıqdan sonrakı ayın birinci günü qüvvəyə minir.
Fəsil XIII – Yekun müddəalar
Maddə 45 –İmza və hüquqi qüvvəyəminmə
1
Hazırkı Konvensiya Avropa Şurasının üzv Dövlətləri, onun işlənib hazırlanmasında iştirak
etmiş üzv olmayan Dövlətlərin, eləcə də Avropa İttifaqının imzalaması üçün açıqdır.
2
Hazırkı Konvensiya ratifikasiya, qəbuledilmə və ya təsdiq üçün açıqdır. Ratifikasiya,
qəbuledilmə və ya təsdiq üçün sənədlər Avropa Şurasının Baş Katibinə saxlamaq üçün
təqdim edilir.
3
Hazırkı Konvensiya Avropa Şurasının ən azı 3 üzvü daxil olmaqla 5 imzalayan tərəfin
əvvəlki paraqrafın müddəalarına uyğun olaraq Konvensiyanın müddəalarını qəbul etdikləri
haqda razılıqlarını bildirdikləri tarixdən sonrakı üç ay müddəti başa çatdıqdan sonra gələn
ayın birinci günü qüvvəyə minir.
4
1-ci paraqrafda göstərilən istənilən Dövlətlə və ya sonradan Konvensiyanın müddəalarını
qəbul etməyə razılıq vermiş Avropa İttifaqı ilə bağlı, Konvensiya ratifikasiya, qəbuletmə və
ya təsdiq sənədi saxlamaq üçün təqdim edilən tarixdən sonrakı üç ay müddəti başa
çatdıqdan sonra gələn ayın birinci günü qüvvəyə minir.
22
CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007
_________________________________________________________________________________________
Maddə 46 – Konvensiyaya qoşulma
1
Hazırkı Konvensiya qüvvəyə mindikdən sonra Avropa Şurasının Nazirlər Komitəsi hazırkı
Konvensiyanın Tərəfləri ilə məsləhətləşmə apardıqdan və onların yekdil razılıqlarını
aldıqdan sonra Konvensiyanın işlənib hazırlanmasında iştirak etməmiş Avropa Şurasının
üzv olmayan Dövlətini Avropa Şurası Nizamnaməsinin 20.(d) maddəsində nəzərdə tutulan
əksər səsçoxluğu ilə qəbul edilmiş qərar, və Nazirlər Komitəsi tərkibinə daxil olmaq
səlahiyyətinə malik Müqavilə Dövlətlərinin nümayəndələrinin yekdil səsçoxluğu əsasında
hazırkı Konvensiyaya qoşulmağa dəvət edə bilər.
2
Konvensiyaya qoşulan istənilən Dövlətlə bağlı, Konvensiya qoşulmaya dair sənədin Avropa
Şurasının Baş Katibinə saxlanmaq üçün verildiyi tarixdən üç ay başa çatdıqdan sonra gələn
ayın birinci günü qüvvəyə minir.
Maddə 47 – Ərazi tətbiqetməsi
1
İstənilən Dövlət və ya Avropa Cəmiyyəti imzalanma və ya öz ratifikasiya, qəbuletmə, təsdiq
və ya qoşulma sənədini saxlamaq üçün təqdim edən zaman hazırkı Konvensiyanın tətbiq
edildiyi ərazi və ya əraziləri göstərə bilər.
2
Hər hansı tərəf istənilən sonrakı tarixdə Avropa Şurasının Baş Katibinə ünvanlanan
bəyannamə göndərməklə hazırkı Konvensiyanın bəyannamədə göstərilən və Konvensiya
adından beynəlxalq münasibətlərinə və öhdəlik həvalə edilməsinə məsuliyyət daşıdığı
digər əraziyə tətbiq edə bilər. Bu cür ərazi ilə bağlı Konvensiya Baş katib tərəfindən bu cür
bəyannamə alındığı tarixdən üç ay müddəti bitdiyi tarixdən sonrakı ayın birinci günü
qüvvəyə minir.
3
Yuxarıdakı iki paraqraf üzrə edilən bəyannamə və bu cür bəyannamədə göstərilən
istənilən ərazi ilə bağlı məsələ Avropa Şurasının Baş Katibinə bildirişlə geri götürülə bilər.
Bu cür gerigötürmə bildirişin Baş Katib tərəfindən alındığı tarixdən üç ay müddəti
bitdikdən sonrakı ayın birinci günü qüvvəyə minir.
Maddə 48 – Qeyd-şərtlər
Dəqiq şəkildə müəyyən edilən qeyd-şərtlər istisna olmaqla hazırkı Konvensiyanın istənilən
müddəası ilə bağlı heç bir qeyd-şərt edilə bilməz, . Hər hansı qeyd-şərt istənilən vaxt geri
götürülə bilər.
Maddə 49 – İmtina
1
Hər hansı Tərəf istənilən vaxt Avropa Şurasının Baş Katibinin adına bildiriş ünvanlamaqla
hazırkı Konvensiyadan imtina edə bilər.
2
Bu cür imtina bu cür bildirişin Baş Katib tərəfindən alınması günündən üç ay müddəti
bitdikdən sonrakı ayın birinci günü qüvvəyə minir.
23
CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007
_________________________________________________________________________________________
Maddə 50 – Bildiriş
Avropa Şurasının Baş Katibi Avropa Şurasının üzv Dövlətlərinə, konvensiyanı imzalayan
istənilən Dövlətə, istənilən Dövlətə, Avropa İttifaqına, 45-ci maddəyə uyğun olaraq hazırkı
Konvensiyanı imzalamaq üçün dəvət edilmiş istənilən Dövlətə və 46-cı maddənin
müddəalarına uyğun olaraq hazırkı Konvensiyaya qoşulmaq dəvəti almış istənilən Dövlətə
aşağıdakılar barədə məlumat verir:
a
istənilən imza;
b
ratifikasiya, qəbuledilmə, təsdiq və ya qoşulma haqda istənilən sənədin saxlamaq üçün
təhvil verilməsi;
c
45 və 46-cı maddələrə uyğun olaraq hazırkı Müqavilənin qüvvəyə mindiyi istənilən
tarix;
d
44-cü maddəyə uyğun olaraq qəbul edilmiş istənilən düzəliş və bu cür düzəlişlərin
qüvvəyə mindiyi tarix;
e
48-ci maddə üzrə edilən istənilən şərtləndirmə;
f
49-cu maddənin müddəalarına uyğun olaraq edilən istənilən imtina;
g
hazırkı Konvensiya ilə bağlı istənilən digər qanun, bildiriş və ya məlumat.
Yuxarıdakıların təsdiqi olaraq aşağıda imzalarını təqdim etmək kimi lazımi səlahiyyət
verilmiş şəxslər hazırkı Konvensiyanı imzalamışlar.
Lanzarotedə, 25 oktyabr 2007-ci il tarixdə, ingilis və fransız dillərində tərtib edilmişdir, hər
iki dildə olan mətn eyni hüquqi qüvvəyə malikdir, bir nüsxədə Avropa Şurasının
arxivlərinə saxlanmaq üçün təqdim edilir. Avropa Şurasının Baş Katibi təsdiq edilmiş
nüsxələri Avropa Şurasının hər bir üzv Dövlətinə, hazırkı Konvensiyanın işlənib
hazırlanmasında iştirak edən üzv olmayan Dövlətlərə, Avropa Cəmiyyətinə və hazırkı
Konvensiyaya qoşulmaq üçün dəvət edilmiş istənilən Dövlətə təqdim edir.
Dostları ilə paylaş: |