Maddə 16 –Müdaxilə proqramları və tədbirlərindən yararlanan şəxslər
1
Hər bir Tərəf daxili hüququna uyğun olaraq, hazırkı Konvensiyaya uyğun olaraq müəyyən
edilmiş istənilən qanun pozuntusuna görə cinayət qaydasında təqib edilən şəxslərin 15-ci
maddənin 1-ci bəndində göstərilən proqram və ya tədbirlərdən yararlana bilmələrini təmin
edir, bu şərtlə ki, onlar müdafiənin hüquqlarına xələl gətirməmiş və ya bu hüquqlara zidd
olmamış olsun və xüsusilə də, günahsızlıq prezumpsiyası prinsiplərinə aid normalar lazımi
qaydada nəzərə alınmalıdır.
2
Hər bir Tərəf daxili hüququna uyğun olaraq, hazırkı Konvensiyaya uyğun olaraq müəyyən
edilmiş istənilən qanun pozuntusuna görə ittiham edilən şəxslərin 15-ci maddənin 1-ci
bəndində göstərilən proqram və ya tədbirlərdən yararlanmalarını təmin edir.
3
Hər bir Tərəf daxili hüququna uyğun olaraq, müdaxilə proqramları və ya tədbirlərinin
cinayət məsuliyyəti yarandığı yaşdan aşağı olan şəxslər daxil olmaqla seksual xarakterli
cinayət əməli törətmiş uşaqların inkişaf tələbatlarına uyğun işlənib hazırlanmalarını və ya
qəbul edilmələrini təmin edir, bunun da məqsədi onların seksual davranış problemlərinin
həll edilməsi ilə bağlıdır.
Maddə 17 – Məlumat və razılıq
1
Hər bir Tərəf daxili hüququna uyğun olaraq, 16-cı maddədə istinad edilən və müdaxilə
proqramları və ya tədbirlərinin şamil edildiyi şəxslərin bu təklifin səbəbləri haqda
məlumatlı olmalarını və faktları tam bilərək proqram və ya tədbirə razılıq vermələrini təmin
edir.
2
Hər bir Tərəf daxili hüququna uyğun olaraq, müdaxilə proqramı və ya tədbirlərinin təklif
edildiyi şəxslərin onlardan imtina edə bilmələrini və mühakimə olunmuş şəxslərin
imtinadan yaranacaq mümkün nəticələr haqda məlumatlı olmalarını təmin edir.
Fəsil VI – Maddi cinayət hüququ
Maddə 18 – Seksual xarakterli hərəkətlər
1
Hər bir Tərəf aşağıda göstərilən qəsdən törədilmiş cinayətəgörə cinayət məsuliyyətini
təmin etmək üçün bütün lazımi qanunvericilik və ya digər tədbirləri görür:
a
milli qanunun müvafiq müddəalarına uyğun olaraq seksual xarakterli fəaliyyət üçün
qanunla müəyyən edilmiş yaşa çatmamış uşağa qarşı seksual xarakterli hərəkətlər
etmək ;
9
CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007
_________________________________________________________________________________________
b
uşaqla aşağıdakı hallarda seksual xarakterli hərəkətlər etmək :
– güc və ya hədənin tətbiq edilməsi; yaxud
–
uşağın etibarından, onun üzərində səlahiyyətdən və ya təsirdən sui-istifadə
edilməsi, habelə ailə daxilində; yaxud
–
xüsusilə də, uşağın köməksizliyindən sui-istifadə edilməsi, eləcə də uşaq əqli və ya
fiziki cəhətdən zəif olduqda, yaxud da asılı vəziyyətdə olduqda.
2
Yuxarıdakı 1-ci bəndin məqsədinə gəldikdə, hər bir Tərəf uşağın seksual xarakterli hərəkət
etməsinin edildiyi yaş həddini müəyyən edir.
3
1.a bəndinin müddəaları həddi-buluğa çatmamış uşaqlarınrazılığa əsaslanan seksual
xarakterli əlaqəyə şamil edilmir.
Maddə 19 –Uşaq fahişəliyi ilə bağlı cinayət əməlləri
1
Hər bir Tərəf aşağıda göstərilən qəsdən törədilmiş cinayət əməlin görə cinayət
məsuliyyətini təmin etmək üçün bütün lazımi qanunvericilik və ya digər tədbirləri görür:
a
uşağın fahişəliyə cəlb edilməsi və ya uşağın fahişəliyə sövq edilməsi;
b
uşağın fahişəliklə məşğul olmağa və ya bundan mənfəət əldə etməyə məcbur edilməsi
və ya bu cür məqsədlər üçün onun başqa cür istismar edilməsi;
c
uşaq fahişəliyi xidmətlərindən istifadə edilməsi.
2
Hazırkı maddənin məqsədləri üçün “uşaq fahişəliyi” termini pul və ya istənilən növ
mükafatın və ya ödənişin edildiyi, yaxud vəd verildiyi, və bu cür mükafatın, vədin və ya
ödənişin uşağa, yaxud üçüncü şəxsə edilməsi, yaxud edilməməsindən asılı olmayaraq
seksual xarakterli fəaliyyətlər üçün uşaqdan istifadə edilməsi faktını bildirir.
Maddə 20 –Uşaq pornoqrafiyası ilə bağlı cinayət əməlləri
1
Hər bir Tərəf aşağıda göstərilən qəsdən törədilmiş cinayət əməlinə görə cinayət
məsuliyyətini təmin etmək üçün bütün lazımi qanunvericilik və ya digər tədbirləri görür:
a
uşaq pornoqrafiyasının istehsalı;
b
uşaq pornoqrafiyasının təklif edilməsi və ya təqdim edilməsi;
c
uşaq pornoqrafiyasının yayılması və ya ötürülməsi;
d
uşaq pornoqrafiyasının şəxsi istifadə və ya başqa şəxs üçün alınması;
e
uşaq pornoqrafiyasına malik olma;
f
qəsdən
informasiya
və
kommunikasiya
texnologiyaları
vasitəsilə
uşaq
pornoqrafiyasının əldə edilməsi.
10
CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007
_________________________________________________________________________________________
2
Hazırkı maddənin məqsədləri üçün , “uşaq pornoqrafiyası” termini real və ya qeyri-real
açıq-aydın seksual hərəkətlər edən uşağı göstərən, yaxud başlıca olaraq seksual məqsədlər
üçün uşağın cinsiyyət orqanlarını nümayiş etdirən istənilən materialı bildirir.
3
Hər bir Tərəf pornoqrafik materialın istehsalı və saxlanması ilə bağlı 1.a və e. bəndlərini tam
və ya qismən aşağıdakı hallarda tətbiq etməmək hüququnu özündə saxlaya bilər :
–
müstəsna olaraq mövcud olmayan uşağın qeyri-real və realistik təsvirlərindən ibarət
materiallar halında;
–
18-ci maddənin 2-ci bəndində müəyyən edilən yaşa çatmış uşaqların iştirakı və
təsvirlərin uşaqların razılığı ilə onların özləri tərəfindən və yalnız öz şəxsi istifadələri
üçün hazırlanması və sahib olunması halında.
4
Hər bir Tərəf 1.f bəndini tam və ya qismən tətbiq etməmək hüququnu özündə saxlaya bilər.
Maddə 21 – Uşağın pornoqrafik hərəkətlərdə iştirakı ilə bağlı cinayət əməlləri
1
Hər bir Tərəf aşağıda göstərilən qəsdən törədilmiş cinayət əməlin görə cinayət
məsuliyyətini təmin etmək üçün bütün lazımi qanunvericilik və ya digər tədbirləri görür:
a
uşağın pornoqrafik hərəkətlərdə iştiraka cəlb edilməsi və ya uşağın bu cür hərəkətlərə
sövq edilməsi;
b
uşağın pornoqrafik hərəkətlərdə iştiraka məcbur edilməsi və ya uşağın bu məqsədlə
başqa cür istismar edilməsi;
c
uşağın iştirak etdiyi pornoqrafik hərəkətlərdə qəsdən iştirak etmək.
2
Hər bir Tərəf 1.c bəndini uşaqların cəlb edilməsi və ya məcbur edilməsini əhatə edən 1.a və
ya b. bəndlərinə məhdudlaşdıra bilərlər.
Maddə 22 – Uşaqlara qarşı əxlaqsız hərəkətlər
Hər bir Tərəf 18-ci maddənin 2-ci bəndində müəyyən edilən yaş həddinə çatmamış uşağa
qarşı seksual xarakterli məqsədlər üçün qəsdən seksual xarakterli əxlaqsız hərəkətlər
edilməsi, yəni hətta uşaq bu hərəkətlərdə iştirak etməsə belə, seksual xarakterli səhnələri
müşahidə etməyə məcbur edilməsinə görə cinayət məsuliyyəti tətbiq edilməsi ilə bağlı
lazımi qanunvericilik və ya digər tədbirləri görür.
11
CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007
_________________________________________________________________________________________
Maddə 23 – Seksual xarakterli məqsədlər üçün uşaqların təqib edilməsi
Hər bir Tərəf yetkin şəxsin informasiya və kommunikasiya texnologiyaları vasitəsilə qəsdən
18-ci maddənin 2-ci bəndində müəyyən edilən yaş həddinə çatmamış uşağı ələ keçirmək
niyyətində olan, yaxud uşağa qarşı 18-ci maddənin 1.a bəndində, yaxud 20-ci maddənin 1-
ci bəndində müəyyən edilən cinayət əməllərinin istənilən birini törətmək məqsədi güdən
şəxslərə qarşı və bu cür təkliflər praktik olaraq bu cür görüşün baş tutmasına yönəldiyi
hallara qarşı cinayət məsuliyyəti tətbiq edilməsi ilə bağlı lazımi qanunvericilik və ya digər
tədbirləri görür.
Maddə 24 – Əlbirlik, yaxud təhriketmə və cəhd
1
Hər bir Tərəf cinayət əməlinin qəsdən, əlbir şəkildə, Konvensiyaya uyğun olaraq müəyyən
edilmiş cinayət əməllərinin istənilən birinə təhriketmə \ vəya ona cəhd olduğunu
müəyyən etmək üçün lazımi qanunvericilik və ya digər tədbirlər görür.
2
Hər bir Tərəf hazırkı Konvensiyaya uyğun olaraq müəyyən edilən cinayət əməllərinin
qəsdən törədildiyini və ya törədilməsinə cəhd göstərildiyini müəyyən etmək üçün lazımi
qanunvericilik və ya digər tədbirlər görür.
3
Hər bir Tərəf 20-ci maddənin 1.b, d. e. və f. bəndlərinə,21-ci maddənin 1.c. bəndinə, 22-ci və
22-ci maddələrə uyğun olaraq müəyyən edilmiş cinayət əməllərinin tam və ya qismən 2-ci
bəndə tətbiq etməmək hüququnu özündə saxlayır.
Maddə 25 – Yurisdiksiya
1
Hər bir Tərəf hazırkı Konvensiyaya uyğun olaraq müəyyən edilmiş istənilən cinayət əməli
ilə əlaqədar yurisdiksiyanı müəyyən etmək üçün lazımi qanunvericilik və ya digər tədbirlər
görür, əgər bu cür cinayət əməlləri:
a
onun ərazisində baş veribsə; yaxud
b
həmin Tərəfin bayrağı altında uçan təyyarənin göyərtəsində baş veribsə; yaxud
c
həmin Tərəfin qanunları üzrə qeydiyyata alınmış hava gəmisinin göyərtəsində baş
veribsə; yaxud
d
öz vətəndaşlarının biri tərəfindən törədilibsə; yaxud
e
onun ərazisində daimi yaşayış yeri olan şəxs tərəfindən törədilibsə.
2
Hər bir Tərəf istənilən hazırkı Konvensiyaya uyğun olaraq müəyyən edilmiş və onun
vətəndaşlarından biri tərəfindən törədilmiş, yaxud onun ərazisində daimi yaşayış yeri olan
şəxs tərəfindən törədilmiş cinayət əməli ilə bağlı yurisdiksiyaya malik olmaq məqsədilə
lazımi qanunvericilik və ya digər tədbirlər görür.
3
Hər bir Tərəf imzalama və ya ratifikasiya, qəbuletmə, təsdiq və ya daxilolma sənədini təhvil
verən zaman Avropa Şurasının Baş Katibinə ünvanlanan bəyannamə ilə bəyan edə bilər ki,
hazırkı maddənin 1.e bəndində müəyyən edilən yurisdiksiya qaydalarını tətbiq etməmək və
ya konkret hallarda və ya şəraitlərdə tətbiq etmək hüququnu özündə saxlayır.
12
CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007
_________________________________________________________________________________________
4
Hazırkı Konvensiyanın 18, 19-cu maddələrinə və, 20-ci maddənin 1.a bəndinə və 21-ci
maddənin 1.a və b. bəndlərində nəzərdə tutulan cinayət əməllərinin təqibi məqsədilə hər bir
Tərəf 1.d bəndi ilə bağlı yurisdiksiyasını əməllərə törədildikləri yerdə cinayət məsuliyyəti
tətbiq edilməliolub-olmamasının asılı olmadan tətbiq edilməsi üçün bütün lazımi
qanunvericilik və ya digər tədbirləri görür.
5
Hər bir Tərəf imzalama və ya ratifikasiya, qəbuletmə, təsdiq və ya daxilolma sənədini təhvil
verən zaman Avropa Şurasının Baş Katibinə ünvanlanan bəyannamə ilə bəyan edə bilər ki,
vətəndaşı adətən onun ərazisində yaşadığı hallarda hazırkı maddənin 4-cü bəndini 18-ci
maddənin 1.b. bəndinin ikinci və üçüncü abzaslarına uyğun olaraq müəyyən edilmiş
cinayət əməllərinə tətbiq etməmək hüququnu özündə saxlayır.
5
Hazırkı Konvensiyanın 18, 19-cu maddələrinə, 20-ci maddəsinin 1.a bəndinə və 21-ci
maddəsinə uyğun olaraq müəyyən edilmiş cinayət əməllərinin təqibinə gəldikdə, hər bir
Tərəf yurisdiksiyasının 1.d və e. bəndləri ilə bağlı cinayət təqibinin yalnız qurbanın
müvafiq ərizə təqdim etməsi və ya ərazisində cinayət əməlinin törədildiyi dövlətdən
bildiriş daxil olması şərtinə bağlı olmaması üçün bütün lazımi qanunvericilik və ya digər
tədbirləri görür.
7
Hər bir Tərəf, güman edilən cinayətkar onun ərazisində olarsa və onu yalnız vətəndaşlıq
məsələsi ilə bağlı digər Tərəfə ekstradisiya etmirsə, hazırkı Konvensiyaya uyğun olaraq
müəyyən edilən cinayət əməlləri ilə bağlı yurisdiksyanı müəyyən etmək üçün lazımi
qanunvericilik və ya digər tədbirlər görür.
8
Birdən artıq Tərəf hazırkı Konvensiyaya uyğun olaraq müəyyən edilən cinayət əməli ilə
bağlı yurisdiksiya iddiası irəli sürərsə, aidiyyəti Tərəflər vəziyyətdən asılı olaraq cinayət
təqibini həyata keçirmək üçün ən müvafiq yurisdiksiyanı müəyyən etmək üçün
məsləhətləşmə aparırlar.
9
Beynəlxalq qanunun ümumi qaydalarına xələl gətirmədən, hazırkı Konvensiya Tərəfin
daxili hüququna uyğun olaraq həyata keçirdiyi hər hansı cinayət yurisdiksiyasını istisna
etmir.
Maddə 26 – Hüquqi şəxslərin məsuliyyəti
1
Hər bir Tərəf hüquqi şəxsin hazırkı Konvensiyaya uyğun olaraq müəyyən edilən və onun
xeyrinə müstəqil və ya bu hüquqi şəxsin hər hansı orqanı tərkibində fəaliyyət göstərən
istənilən fiziki şəxs tərəfindən, və bu fiziki şəxs həmin hüquqi şəxs daxilində aşağıdakı
səlahiyyətlərlə aparıcı mövqe tutarsa, törədilən cinayət əməllərinə görə hüquqi şəxsin
cinayət məsuliyyətinə cəlb edilməsi üçün lazımi qanunvericilik və ya digər tədbirlər görür:
a
hüquqi şəxsi təmsil etmək səlahiyyəti;
b
hüquqi şəxs adından qərar qəbul etmək səlahiyyəti;
c
hüquqi şəxs daxilində nəzarəti həyata keçirmək səlahiyyəti.
2
1-ci bənddə artıq nəzərdə tutulan hallardan başqa, hər bir Tərəf hüquqi şəxsin birinci
bənddə göstərilən fiziki şəxs tərəfindən nəzarət olmaması səbəbindən həmin hüquqi şəxsin
mənafeyinə onun göstərişi ilə istənilən fiziki şəxsin hazırkı Konvensiyaya uyğun olaraq
müəyyən edilmiş cinayəti törətməsinə imkan yarandığı halda cinayət məsuliyyətinə cəlb
edilməsi imkanını təmin etmək üçün lazımi qanunvericilik və ya digər tədbirlər görür.
13
CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007
_________________________________________________________________________________________
3
Tərəfin hüquqi prinsiplərə əməl etməsi şərtilə, hüquqi şəxsin məsuliyyəti cinayət, mülki və
ya inzibati məsuliyyət ola bilər.
4
Bu cür məsuliyyətin tətbiqi cinayət əməlini törətmiş fiziki şəxslərin cinayət məsuliyyətlərinə
xələl gətirmir.
Maddə 27 – Sanksiya və tədbirlər
1
Hər bir Tərəf hazırkı Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayət əməllərinin
onların ağırlığı nəzərə alınmaqla səmərəli, uyğun və kəsərli şəkildə cəzalandırılmasını
təmin etmək üçün lazımi qanunvericilik və digər tədbirləri görür. Bu sanksiyalar
ekstradisiyaya əsas verən azadlıqdan məhrumetmənin daxil olduğu cəzaları ehtiva edir.
2
Hər bir Tərəf 26-cı maddəyə uyğun olaraq məsuliyyətə cəlb edilmiş hüquqi şəxslərin cinayət
və ya qeyri-cinayət qaydasında tətbiq edilən pul cərimələrinin və ya digər tədbirlər də daxil
olmaqla səmərəli, uyğun və kəsərli sanksiyaların tətbiq edilməsi üçün lazımi qanunvericilik
və digər tədbirləri görür:
a
dövlət imtiyazlarından və ya yardımından məhrumetmə;
b
kommersiya fəaliyyəti ilə məşğul olmaq hüququndan müvəqqəti və ya daimi
məhrumedilmə;
c
məhkəmə nəzarətinin tətbiq edilməsi:
d
ləğvetməyə dair məhkəmə qərarı.
3
Hər bir Tərəf aşağıdakılar üzrə lazımi qanunvericilik və digər tədbirləri görür:
a
aşağıdakıların tutulma və müsadirəsinin təmin edilməsi:
– hazırkı Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayət əməllərinin
törədilməsi üçün istifadə edilən mallar, sənədlər və digər vasitələr;
– bu cür cinayət əməllərinin törədilməsi nəticəsində əldə edilən gəlirlər, yaxud
dəyəri bu cür gəlirlər uyğun gələn əmlak;
b
hazırkı Konvensiyaya uyğun olaraq müəyyən edilmiş istənilən cinayət əməlinin
törədilməsi zamanı istifadə edilən müəssisənin, xoş məramlı üçüncü tərəflərin
hüquqlarına xələl gətirmədən müvəqqəti və ya birdəfəlik bağlanması, yaxud uşaqlarla
təmasda olmaqla bağlı peşəkar və ya könüllü fəaliyyət göstərən və bu zaman cinayət
əməlinə yol vermiş cinayətkarın müvəqqəti və ya birdəfəlik işdən kənarlaşdırılmasının
təmin edilməsi;
4
Hər bir Tərəf cinayətkarlarla bağlı digər tədbirlər qəbul edə bilər, məsələn valideyn
hüququndan məhrumetmə, yaxud mühakimə olunan şəxslər üzərində nəzarətin təmin
edilməsi.
5
Hər bir Tərəf cinayət yolu ilə əldə edilmiş gəlirlərin və ya hazırkı maddəyə uyğun olaraq
müsadirə edilmiş əmlakın hazırkı Konvensiyaya uyğun olaraq müəyyən edilən istənilən
14
CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007
_________________________________________________________________________________________
cinayət əməlinin qurbanları üçün preventiv və yardım proqramlarının maliyyələşdirilməsi
üçün xüsusi fonda ayrılmasını təmin edə bilər.
Maddə 28 – Ağırlaşdırıcı hallar
Hər bir Tərəf cinayət əməllərinin tərkib hissəsi kimi müəyyən edilmədikləri təqdirdə
aşağıdakı halların, daxili qanunvericiliyin müvafiq müddəalarına uyğun olaraq hazırkı
Konvensiyaya müvafiq müəyyən edilmiş qanun pozuntuları ilə bağlı sanksiyalar müəyyən
edilən zaman ağırlaşdırıcı hallar kimi baxılmalarını təmin etmək üçün lazımi qanunvericilik
və ya digər tədbirləri görür:
a
qurbana ciddi fiziki və ya əqli ziyan vurmuş cinayət əməli;
b
işgəncə və ya ciddi zorakılıq əməlləri ilə müşayiət olunan cinayət əməlləri;
c
cinayət əməli xüsusilə köməksiz qurbana qarşı törədiləndə;
d
cinayət əməli ailə üzvü, uşaqla yaşayan şəxs və ya səlahiyyətindən sui-istifadə edən
şəxs tərəfindən törədildikdə;
e
cinayət əməli birlikdə hərəkət edən bir neçə şəxs tərəfindən törədildikdə;
f
cinayət əməli mütəşəkkil cinayət qrupu tərəfindən törədildikdə;
g
cinayətkar əvvəllər eyni xarakterli cinayət əməlinə görə mühakimə olunubsa.
Dostları ilə paylaş: |