Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


İsveç XX əsrin 50-60-cı illərində



Yüklə 2,21 Mb.
səhifə112/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   186
İsveç XX əsrin 50-60-cı illərində. İsveç «soyuq muharibə» dövründə çox böyük gəlir əldə etdi. ABŞ-ın Koreyadakı müharibəsi İsveçin hərbi sənayesinə stimul verdi, ixrac artdı. Əgər 1946-cı-1950-ci illərdə topdansatış milli məhsul 44% artmışdırsa, 1960-cı ildə bu rəqəm 60%-ə qalxdı.

Dövlət-ishisarçı kapitalizmin mövqeyi gücləndi. Onun əsas nümayəndələri Vandenberq, Yunsonov, Bonerov, Brustyomov, Vener-Qrenov ailələri idi. Qulluqçuların xüsusi çəkisi 50-ci illərdə 34% artdı. Sahibkarların sayı 25% azaldı. Bu istehsalın mərkəzləşməsi və təmərküzləşməsi ilə əlaqədar idi.

İqitsadi yüksəliş ilk növbədə maliyyə oliqarxiyasına iri gəlir gətirdi. Zəhmətkeşlərin vəziyyəti də bir qədər yaxşılaşdı. 50-ci illərlə real əmək haqqı 35% artdı. 60-cı illərdə sənayedə saathesabı əmək haqqı 2 dəfə artdı. Zəhmətkeşlərin mənafeyi naminə bir sıra sosial tədbirlər həyata keçirildi.

İsveç hökumətinə başçılıq edən sosial-demokratların mövqeyi gücləndi. 1951-ci ilin payızında sosial demokratlarla Kəndli ittifaqı partiyası (qırmızı yaşıl koalisiya) ikipartiyalı koalisiya yaratmaq haqqında razılığa gəldilər. Onlar istehsalın ayrı-ayrı sahələrinin milliləşdirilməsindən imtina etdilər. Xarici siyasət sahəsində hər iki partiya bitərəfliyi müdafiə etdilər.

Erlander hökuməti yenə də əvvəlki siyasətini davam etdirirdi. İsveç həmkarlar İttifaqı Mərkəzi Birliyi və sahibkarlar İttifaqı əmək haqqı şkalasının artmasını dayandırdı. 1951-ci ildə üçhəftəlik pulu ödənilən məzuniyyət verildi. 1955-ci ildə xəstəliyinə görə sığorta verildi. İsveç özünün şərq yarımkürəsində dəmir filizi yataqlarının milliləşdirilməsi haqqında qanun qəbul etdi. 1957-ci ildən 45 saatlıq iş həftəsi tətbiq edilməyə başladı. Əməyə görə pensiya məsələsi ilə əlaqədar 1957-ci ilin oktyabrın 13-də referendum keçirildi. 1957-ci ilin oktyabrında aqrarilər hökumət koalisiyasından çıxdılar, sosial-demokratlar birpartiyalı hökumət təşkil etdilər.

1957-ci ilin sonu 1958-ci ilin birinci yarısında İsveçdə iqitsadi vəziyyət pisləşdi. İqtisadi və siyasi böhran başlandı. 1958-ci ilin aprelin 25-də riksdağın ikinci palatası pensiyalar haqqında qanun layihəsini qəbul etməkdən imtina etdi. Bundan sora Erlander hökuməti riksdağı buraxdı və yeni növbədənkənar seçkilər təyin etdi. Sosial demokratlar yenə əksəriyyət qazandılar. 1958-ci ilin mayında pensiya haqqında qanun əksəriyyət səslə qəbul edildi. Bir sıra sosial tədbirlər həyata keçirildi. Sosial təminat haqqında qanun qəbul edildi. Doqquz illik təhsil məcburi oldu. 1963-cü ildən 40 saatlıq iş həftəsinə keçildi. 1964-cü ilin yanvarından çoxuşaqlı, aşağı təminatlı ailələrə müavinat iki dəfə artırıldı. Yarımmilyon qulluqçunun maaşı 5% artırıldı. 1968-ci ildən pensiyalar da 38% artırıldı. Bununla bərabər, daşınmaz əmlakı 100 min krondan çox olanlara vergilər də artırıldı. Bu tədbirlər sosial- demokratların nüfuzunu artırdı. 1968-ci ildə keçirilən seçkilərdə yenidən sosial demokratlar 50 % səs aldılar.

1969-cu ildə Erlander istefaya getdi. Hökumətə və partiyaya Ulof Palma başçılıq etdi. Bu vaxta qədər o maarif naziri idi. 1969-cu ildə riksdağın iki palatadan bir palataya keçməsi haqqında islahat bəyənildi. Lakin Ölkədə yenə də «sinfi sülh» yox idi. 1951-ci ilin martında Qteberqlə, Stokholmda böyük iqtisadi tətillər oldu. Sahibkarlar əmək haqqını orta hesabla 20% artırmağa məcbur oldular.50-60-cı illərin iqtisadi inkişafı İsveçin yüksək inkişaf etmiş sənaye dövləti olduğunu sübut etdi.

İsveç yenə də bitərəfilik, Qərb yönümlü siyasəti əsas götürürdü. Koreyada ABŞ təcavüzünü bəyəndi. 50-ci illərin əvvəllərində hərbi xərclər artırıldı. Şimal rayonunda və Baltik dənizində hərbi təlimlər keçirildi.

1952-ci İsveç Şimal Şurasına daxil oldu. Atom silahı əleyhinə çıxdı, 1956-cı ildə Misirdə təcavüzü pislədi. 1953-cü ilin yazından sovet-İsveç münasibətləri yenidən normaya düşdü. 1961-ci ilin oktyabrında İsveçin xarici işlər naziri E.Unden «atomsuz dövlətlər klubu» («Unden planı») təklifi ilə çıxış etdi. İsveç ABŞ-ın Hind-Çində təcavüzünə qarşı çıxdı. Vyetnamda sülh uğrunda mübarizəyə həsr edilmiş Stoklholmda beynəlxalq konfrans keçirildi. 1969-da o Vyetnamla diplomatik münasibətlər yaratdı. İngilisdilli olan ölkələrə 500 milyon kron kömək etdi.


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin