Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


İsveç XX əsrin 80-90-cı illərində



Yüklə 2,21 Mb.
səhifə114/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   186
İsveç XX əsrin 80-90-cı illərində. 80-ci illərin əvvəllərində ölkədə vəziyyət yenidən pisləşdi. Xarici borclar artdı, inflyasiya, məşğulluq problemi kəskinləşdi. Burjua partiyalarının hakimiyyəti dövründə qiymətlər 80% qalxdı, real əək haqqı 10 % aşağı düşdü. Ölkədə işsizlik artdı. Sənaye istehsalı 4,5% aşağı düşdü. Bütün sənaye sahələrində gerilik müşahidə olundu. 1982-ci ilin sonunda əmək qabiliyyətli əhalinin 4%-i, yəni 180 min adam işsiz idi.

Siyasi mübarizə də kəskinləşdi. Tətil hərəkatı artdı. İstehsal obyektlərinin 85%-i iflic vəziyyətində idi. 1909-cu ildən sonra birinci belə ciddi əmək konflikti yarandı. Lakin tezliklə kompromis əldə edildi. Vəziyyətin mürəkkəbliyi riksdağı 1980-ci ilin avqustunda sessiya çağırmağa məcbur etdi. Feldin hökuməti «sərt qənaət» proqramını irəli sürdü.

1982-ci il sentyabrın 17-də parlament seçkilərində burjua partiyaları məğlubbiyyətə uğradılar. 1982-ci ilin oktyabrında U.Palma sosial-demokratlar və bitərəflərdən ibarət hökumət təşkil etdi. Birinci vəzifə ölkəni iqitsadi böhrandan çıxartmaq idi. «Əməkçilərin fondu»nun təşkil edilməsi haqqında qanun layihəsi təklif edildi. Burjua partiyaları bu qanun layihəsini rədd etdilər. Onların fikrincə, bu İsveçin «sosialisləşdirilməsi» demək idi. Əslində bu vəsait yığmaq məqsədini daşıyırdı. Həqiqətdə isə hökumət «sərt qənaət» siyasətini davam etdirirdi. 1983-cü ildən tədricən iqtisadiyyatda canlanma baş verdi.

1985-ci ilin sentyabrında keçirilən parlament seçkilərində yenə də sosial-demokratlar qələbə qazandılar. Seçkilər göstərdi ki, xalq hakimiyyəti burjua partiyalarına vermək istəmir. U.Palmenin 1986-cı ildə öldürülməsindən sonra partiya və hökumətin lideri İ.Karlsson oldu.

80-ci illərdə antimüharibə hərəkatı gücləndi. 1982-ci ilin mayın 15-də Höterberqdə sülh tərəfdarlarının iri etiraz nümayişləri oldu. 100 min adam iştirak etdi. Stokholmda «Sülh-marşı 1982» başladı, Helsinki-Moskva – Minskə qədər davam etdi. 1985-ci U.Palme beynəlxalq Lenin mükafatına layiq görüldü. O bu mükafatı xalqlar arasında sülhü möhkəmlətməkdəki xidmətlərinə görə aldı.

Beynəlxalq məsələlərdə İsveç təcavüzkar dairələri müdafiə etmədi. İsveç Mərkəzi Avropada nüvəsiz zona yaratmaq təşəbbüsü ilə çıxış etdi. 1984-1986-cı illərdə Stokholmda etibarın, təhlükəsizliyin və tərkisilahın möhkəmləndirilməsi tədbirləri ilə əlaqədar konfrans keçirildi. İsveç 1982-ci ildə İsrailin Livana, 1983-cü ildə ABŞ-ın Qrendaya təcavüzünü, Çilidə Xuntalın hakimiyyətini pislədi. İsveçin xarici siyasətinin mərkəzində ölkənin təhlükəsizliyi məsələsi dururdu. 1981-ci ilin iyunun 3-də İsveç Şimali Avropa ölkələrinə məsləhət gördü ki, Şimali Avropada nüvəsiz zona təşkil etsinlər və gələcəkdə bütün Avropa qitəsini atom silahından azad zona etsinlər. Polşa və Əfqanıstan məsələsində İsveç SSRi-nin yox, Qərbin mövqeyini müdafiə etdi. Bundan başqa 1981-ci ilin oktyabrında Sovet sualtı qayıqlarının İsveçin su ərazisində görünməsi ilə əlaqədar İsveçdə bəzi dairələr Sovet hərbi təhlükəsini uydurdular. SSRİ ilə İsveç arasında ancaq 80-ci illərin ortalarında münasibətlər normallaşdı. 1985-ci ildə Rıjkov İsveçə getdi. 1986-da baş nazir Karlsson SSRİ-yə gəldi. İsveç 1995-ci ildən Avropa Şurasının üzvü oldu.

1998-ci ildə keçirilən parlament seçkilərində Sosial-demokratlar yenə də qələbə qazandılar. U.Personun başçılığı altında sosial-demokrat hökuməti təşkil edildi. İsveçdə əhalinin həyat səviyyəsi yüksəkdir. Ölkədə yaxşı təşkil edilmiş sosial müdafiə sistemi vardır. O, Avropada işsizlik səviyyəsi ən aşağı olan ölkələrdən biridir. İsveçlilərin hamısının azad mənzilləri, şəxsi avtomobilləri, məzuniy­yətlərini xaricdə keçirmək imkanları var. Sosial-demokratlar parlamentdə və siyasi meydanda əhəmiyyətli mövqelərini qoruyub saxlayır, onun liderləri isə «İsveç modeli»nin gələcəyinə inanırlar.


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin