FİNLANDİYA
Finlandiya İkinci dünya müharibəsindən sonrakı ilk illərdə.İkinci dünya müharibəsi dövründə Finlandiya Hitler koalisiyasının tərəfində idi. 1944-cü ilin sentyabrın 19-da SSRİ və Böyük Britaniya ilə saziş bağladı və müharibədən çıxdı. Müharibə nəticəsində ölkənin kənd təsərrüfatı 30% azaldı.
Müharibədən sonra ölkədə siyasi dəyişiklik baş verdi. Faşist təşkilatları, müharibə dövrünün fövqaladə qanunları ləğv edildi. FKP açıq fəaliyyətə başladı. Mütərəqqi qüvvələrin birləşməsində 1944-cü ilin oktyabrın 24-də yaradılmış Fin demokratik ititfaqı mühüm rol oynadı. Bu dövrdə təşkil edilmiş Gənclərin və qadınların Federasiyası da onun tərkibinə daxil oldu. Ölkədə Finlandiya Həmkarlar ittifaqının Mərkəzi birliyinin rolu da artdı.
Bu dövrdə ölkədə ən nüfuzlu partiyalardan biri olan Finlandiya sosial-demokrat partiyasının nüfuzu xeyli gücləndi. 1945-ci ilin əvvəllərində onun sıralarında 30 min adam var idi.
Barışıq əldə edilidkdən sonra Finlandiyada U.Kastrenin başçılığı ilə hökumət təşkil edildi. 1945-ci ilin noyabrının 12-də onu Paasikivi əvəz etdi. O, Aqrarilər İttifaqı partiyasının üzvü idi (o cümlədən Kekkonen də bu partiyanın üzvü idi).
1945-ci ilin fevralında başlıca müharibə canilərinin müəyyən edilməsi üzrə Təhqiqat komissiyası yaradıldı.
1945-ci ilin martında keçirilən parlament seçkilərində Mütərəqqi qüvvələr qələbə çaldılar. Aprelin 17-də Paasikivinin başçılığı ilə yeni hökumət təşkil edildi. 1945-ci ildə parlament torpaq qanununu bəyəndi. 1953-cü ildə kəndlilər 2054 min ha torpaq aldılar.
Xarici siyasətdə böyük dəyişiklik baş verdi. 1945-ci ilin avqustun 6-da SSRİ ilə Finlandiya arasında diplomatik münasibətlər bərpa edildi.
1946-cı il martın 4-də Mannerheym prezident vəzifəsindən istefa verdi. Martın 9-da bu kürsüyə Paasikivi əyləşdi. Yeni hökumətə FSDP-nin sədri Mauno Pekkala başçılıq etdi. Qısa müddətdə hökumət sosial vəziyyətə aid 20 qanun qəbul etdi. 1947-ci ilin yazında hökumət gizli silah anbarlarının təşkilatçıları üzərində məhkəmə prosesinə başladı. İrticaya məxsus 1300 anbar aşkar edildi.
1947-ci ilin fevralın 10-da antifaşist ititfaqın 10 ölkəsi Finlandiya ilə sülh müqaviləsi bağladı. 1946-da Sovet hökuməti Finlandiyanın təzminat ödəməsi müddətini 2 il uzatdı. Hər il onun miqdarı 1,5 dəfə azaldıldı. 1948-ci ildə isə onun miqdarı 50% azaldıldı. 1948-ci ilin aprelin 6-da SSRi ilə Finlandiya arasında dostluq əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə bağlandı.
Sağ qüvvələr Pekkala hökumətinin daxili və xarici siyasətinə qarışmağa başladılar. Onlar hökuməti iqtisadi çətinlikləri aradan qaldırmamaqda günahlandırır, antikommunist əhval-ruhiyyəni qızışdırır, belə bir şayə yayırdılar ki, güya kommunistlər çevriliş etmək istəyirlər. 1948-ci ilin mayında sosial-demokratlar və aqrarilər hökumətdə qalmaqdan imtina etdilər. 1948-ci il mayında keçirilən parlament seçiklərində FSDP 11 mandat itirdi. Aqrarilər 56 yer, sosial-demokratlar 54 yer aldılar. Finlandiyada birpartiyalı sosial-demokrat hökuməti təşkil edildi. Baş nazir Faqerholm oldu. Yeni hökumət «üçüncü yol» platformasını irəli sürdü. SSRİ ilə ticarət azaldı, ABŞ-la isə genişləndi. Mütərəqqi təşkilatların fəaliyyəti məhdudlaşdırıldı. Müharibənin günahkarları həbsdən buraxıldı. Mühafizəedici polisiya təşkil edildi. O, burjuaziyanın mənafeyini müdafiə edirdi. Faşist təşkilatçıları yenidən dirçəlməyə başladılar. Kommunistər və digər mütərəqqi şəxslər dövlət müəssisələrindən qovuldular.
40-cı illərin sonunda iqtisadi vəziyyət 1941-ci illə müqayisədə 2 dəfə pisləşdi. 1949-cu ilin yayında meşə sənayesinin 5 min fəhləsi tətil etdi.
Dostları ilə paylaş: |