Finlandiya XX əsrin 50-60-cı illərində. 1950-ci ilin əvvəllərində keçirilən prezident seçkiləri ilə əlaqədar siyasi mübarizə kəskinləşdi. 1950-ci ilin fevralın 1-də Paasikivi yenidən prezident seçildi. Baş nazir isə Aqrarilər ittifaqının sədri Kekkonen oldu. 1951-ci ilin yanvarında aqrarilərdən və sosial-demokratlardan ibarət hökumət təşkil edildi. 50-ci illərdə Finlandiyada 19 hökumət böhranı olmuşdu. 1956-cı ilin əvvəllərində keçirilən prezident seçkilərində yenidən mübarizə başlandı. Paasikivi yaşına görə namizədliyini irəli sürmədi. Kekkonen prezident seçildi. O, da Paasikivi kimi SSRi ilə dostluq siyasətini davam etdirirdi ki, bu da tarixdə «Paasikivi-Kekkonen xətti» adlanır.
1958-ci ilin iyulunda parlament seçkiləri ilə əlaqədar mübarizə kəskinləşdi. 1958-ci ilin avqustunda sol sosial-demokrat Faqerholm başda olmaqla hökumət təşkil olundu. Onun tərkibinə İsveç və Fin xalq partiyalarının nümayəndələri daxil oldular. Yeni hökumət demokratiya və sülhsevər siyasətdən əl çəkmək xəttini götürdü. Lakin bu mütərəqqi qüvvələrin böyük narazılığına səbəb olduğu üçün 1959-cu ilin aprelin 13-də Faqerholm istefaya getdi. FSDP-də parçalanma baş verdi. Onun mövqeyi zəiflədi.
50-ci illərin sonu 60-cı illərin əvvəllərində iqtisadi canlanma başladı. İxrac sahələrinin sənaye məhsuları artdı. Kağız və ağac emalı sənayesinin məhsulları çoxaldı. Maşınqayırma və gəmiqayırma sahəsində modernizasiya baş verdi. 60-cı illərdə iqtisadiyyat daha sürətlə inkişaf etdi. Milli ərzaq məhsulları istehsalı orta hesabla ildə 5%, sənaye məhsulları istehsalı isə 7% artdı. İstehsalının mərkəzləşməsi və təmərküzləşməsi başlandı. Ölkədə 75% sənaye kapitalına sahiblik edən 20 varlı ailə 50 iri firmaya rəhbərlik edirdi. Fəhlə sinfinin və muzdlu işçilərin sayı artdı.
1962-ci ilin martında prezident seçkilərində sağ quvvələr məğlub oldular. Ölkə prezidenti yenə də Y.K.Kekkonen seçildi. Sağların siyasəti nəticəsində 1963-cü ildə FSDP-nin sədri V.Tanner istefaya getdi Partiyanın yeni sədri Paassio oldu, o mötədil qanada məxsus idi.
1966-cı ilin martında parlament seçiklərində FSDP digər partiyalarla ilə blokda çoxluq qazandı. Onlar Mərkəz partiyası ilə birlikdə hökumət təşkil etdilər (1965-ci ildən Mərkəz partiyası Aqrar ittifaqı adlanmağa başladı). Yeni hökumətə FSDP-nin lideri Paassio başçılıq etdi. 1968-ci ilin martında hökumətə yenə o partiyadan olan M.Koyvisto başçılıq etməyə başladı. Bu partiyalar 1971-ci ilin martına qədər hakimiyyətdə oldu.
Bu hökumət bir sıra iqitsadi çətinliklərlə toqquşdu. 1968-ci ildə parlament vergi siyasəti haqqında qanunu bəyəndi. Əmək qanunvericiliyi yaxşılaşdırıldı, pensiyaların həcmi, əhalinin bir sıra təbəqələrinə verilən müavinat artırıldı, mənzil tiikntisi genişləndirildi. Lakin inhisarı məhdudlaşdırmaq mümkün olmadı. 50-60-cı illərdə fəhlə sinfinin çəkisi xeyli artmış oldu. 1951-ci ildə həmkarlar ittiffaqları sahibkarla saziş bağladılar. 1969-cu ildə bütün həmkralar ititfaqları Finlandiya həmkarlar ittifaqında birləşdilər.
1950-ci ildə SSRİ ilə Finlandiya arasında ticarət sazişi bağlandı. 1955-ci ildə SSRİ təcili Porkalla – Udd ərazisindən əl çəkdi, oradakı hərbi-dəniz bazasını ləğv etdi. 1962-ci ilin sentyabrında SSRİ Finlandiyaya 50 illiyə Saymen kanalının sovet hissəsini icarəyə verdi.
1961-ci ildə Finlandiya AATA (Avropa Azad Ticarət Asosiasiyası) ilə sərbəst ticarət haqqında saziş bağladı. 1969-cu ildə o, İqtisadi əməkdaşlıq və inkişaf təşkilatına daxil oldu.
1955-də Finlandiya BMT-yə və Şimali Şurasına daxil oldu. 1963-cü ildə Kekkonen təklif etdi ki, Şimali Avropa nüvəsiz zona elan edilsin. 1968-ci ildə Finlandiya atom silahının yayılmaması haqqında müqaviləni imzaladı və seym onu ratifikasiya etdi.
Dostları ilə paylaş: |