İki başlanğıcın sintezi yollarında
«Dünyanın qapalılığı» probleminin təhlili belə bir məsələ doğurur ki, tədricən bütün Yer kürəsinin sivilizasiyası formalaşmaq üzrədir. Şərqlə Qərbin sintezi gedir. Bu günkü Avropa svilizasiyasından danışarkən unutmaq olmaz ki, bu mədəniyyət özü qədim Roma, Yunanıstan, Qədim İran, orta əsrlər Ərəb Şərqi mədəniyyətinin təməli üzərində bərqərar olmuşdur. Qərb və Şərq başlanğıclarının üzvü sintezi bəşəriyyətin inkişafının magistral yoludur. Hazırda dünyada unifikasiya, vahid şəklə salınma prosesi gedir. Dünya birliyinin yaranması ilə bərabər həm də hər bir xalq öz milli dəyərlərini, adət və ənənələrini də yüksək qiymətləndirir. Qloballaşma prosesi XX əsrin 80-ci illərindən dünyanı sürətlə əhatə etməsinə baxmayaraq milli özünəxaslığa hörmət meyli nəinki aradan qalxır, əksinə, hər bir xalqın mədəniyyətində, dilində, psixologiyasında özünü daha çox büruzə verir.
Dostları ilə paylaş: |