Miqrasiya prosesi. Hazırda Yer kürəsində hər 4-5 gündə 1 milyon insan doğulur, 200-250 min insan isə ölür. Avropa ölkələrində, təkcə İrlandiyadan başqa, son dövrdə doğum son dərəcə azalmışdır. Ona görə də bir çox müəlliflər bildirirlər ki, bu «Qərbin dağılması» əlamətidir.
Yer kürəsinin digər tərəfində (Afrika, Asiya, Latın Amerikasında) isə əhali sürətlə artır. Bu da dünyada miqrasiya prosesinin artmasına səbəb olur. Əvvəllər miqrasiya inkişaf etmiş, ölkələrdən Yer kürəsinin «boş», istifadə olunmayan, az istifadə olunan, zəif inkişaf etmiş, yerlərinə olurdu. İndi isə əksinə, az inkişaf etmiş bölgələrdən inkişaf etmiş ölkələrə əhali axını baş verir: Asiya və Afrika ölkələrindən Avropaya və Şimali Amerikaya, Latın Amerikası ölkələrindən ABŞ-a, MDB ölkələrindən Rusiyaya, Çindən inkişaf etmiş ölkələrə, Rusiyaya və Jənub-Şərqi Asiya ölkələrinə və s. Hazırda ancaq Qərbi Avropada, digər ölkələrdən, əsasən, inkişaf etməkdə olan ölkələrdən 20 milyondan çox adam yaşayır. Bu da onların yaşayışının çətin olması ilə əlaqədardır.
Dostları ilə paylaş: |