АЗЯРБАЙЪАН РЕСПУБЛИКАСЫ QİÇS, ВЯРЯМ ВЯ МАЛЙАРИЙА ИЛЯ МЦБАРИЗЯ ЦЗРЯ
ЮЛКЯ ЯЛАГЯЛЯНДИРМЯ КОМИССИЙАСЫ
|
QİÇS, ВЯРЯМ ВЯ МАЛЙАРИЙА ИЛЯ МЦБАРИЗЯ ЦЗРЯ ГЛОБАЛ ФОНД
|
2010 – 2011- ci İLLƏR ÜÇÜN
QİÇS-lə MÜBARİZƏ ÜZRƏ
QRANT MÜSABİQƏSİ ELAN EDİR
QİÇS, VƏRƏM VƏ MALYARİYA İLƏ MÜBARİZƏ ÜZRƏ QLOBAL FOND (QF) 2002-ci ilin yanvar ayında adı çəkilən xəstəliklərlə mübarizəyə yönəldilmiş proqramlara əlavə maliyyələşdirmə vasitəsi kimi yaradılmışdır. QF-nin vəzifəsi QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə əlavə resurslar cəlb etmək və onları ən mühüm və ehtiyac duyulan istiqamətlərə yönəltməkdir. Qlobal Fond səhiyyənin beynəlxalq səviyyədə maliyyələşməsinə tamamilə yeni mövqedən yanaşır, dövlət, vətəndaş cəmiyyəti, özəl sektor və xəstəliyə məruz qalmış insanlar cəlb olunmaq şərti ilə çoxsektorlu əməkdaşlığı dəstəkləmək prinsipi ilə işləyir. 2002-ci ildən etibarən Qlobal Fondun dəstəyi ilə 2.8 milyon insan antiretrovirus müalicə, 120 milyon insan müayinə və məsləhətlər, 4.9 milyon kimsəsiz və zərərə məruz qalmış uşaq qayğı və yardım xidmətləri, 930000 İİV-müsbət qadın anadan uşağa İİV-in ötürülməsinə qarşı müalicə almışdır.
AZƏRBAYCAN RESPUBLİKASI QİÇS, VƏRƏM VƏ MALYARİYA İLƏ MÜBARİZƏ ÜZRƏ ÖLKƏ ƏLAQƏLƏNDİRMƏ KOMİSSİYASI Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 noyabr 2004-cü il tarixli razılığına uyğun olaraq QF layihəsinə nəzarət etmək məqsədilə yaradılmışdır. Tərkibinə nazirliklər, Elmi – Tədqiqat Tibb mərkəzləri, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar və fondlar daxil edilmişdir.
AÇIQ CƏMİYYƏT İNSTİTUTU YARDIM FONDU təhsil, sosial, hüquq islahatları sahəsində layihələri dəstəkləməklə yanaşı çətin və mübahisəli məsələlərin alternativ həllini təklif etmək, açıq, demokratik və hüquqi cəmiyyətin inkişafına dəstək vermək məqsədilə Azərbaycanda 1996-cı ildən etibarən fəaliyyət göstərən özəl qrant ayıran təşkilatdır. Ölkə Əlaqələndirmə Komissiyasının üzvüdür.
Qlobal Fondun 9-cu Raundu çərçivəsində 2010 – 2015-ci illər üçün nəzərdə tutulmuş “Azərbaycanda İİV/QİÇS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi layihəsi” aşağıdakı istiqamətləri dəstəkləyir:
-
İİV epidemiyasına qarşı mübarizədə milli imkanların artırılması
-
Gənclər arasında İİV haqqında məlumatlılıq səviyyəsinin artırılması
-
Penitensiar sektorda HİV xidmətlərinə çıxışın genişləndirilməsi
-
İİV -ə münasibətdə risk qrupuna aid olan əhali arasında zərərin azaldılması layihələrinin genişləndirilməsi
-
İİV -ə aid prioritet istiqamətlərdə araşdırmaların aparılması
-
İİV -ə nəzarətin, müayinələrin və laborator diaqnostikasının gücləndirilməsi
-
Anadan uşağa İİV -in ötürülməsinin profilaktikasının genişləndirilməsi
-
İİV -lə yaşayan şəxslərə ARV müalicənin təmin edilməsi, qayğı və yardımın gücləndirilməsi
ACİ – YF Qlobal Fond layihəsində İİV -ə münasibətdə risk qrupuna aid olan əhali arasında zərərin azaldılması layihələrinin genişləndirilməsi və HİV-lə yaşayan şəxslərə qayğı və yardımın gücləndirilməsi layihələrinin təşkilatçısı və işraçısı qismində çıxış edir. Bu məqsədlə o, aşağıdakı fəaliyyətlər və mövzular üzrə layihələri qəbul edir:
-
İİV -ə münasibətdə yüksək risk qrupuna aid olan narkotik istifadəçiləri arasında zərərin azaldılması (www.osi.az) layihələrinin tətbiqi – büdcəsi layihələrin risk qrupu nümayəndələrinin əhatə imkanından asılı olaraq 20000 – 30000 AZN 1 il müddətinə. Cəmi 14 layihənin maliyyələşdirilməsi nəzərdə tutulur.
-
Riskli davranış tətbiq edən qadınlar arasında zərərin azaldılması (www.osi.az) layihələrinin tətbiqi – büdcəsi layihələrin risk qrupu nümayəndələrinin əhatə imkanından asılı olaraq 20000 – 30000 AZN, 1 il müddətinə. Cəmi 14 layihənin maliyyələşdirilməsi nəzərdə tutulur.
-
Yüksək risk qrupu nümayəndələri üçün İcma Mərkəzlərinə yardım – büdcəsi 25000 AZN 1 il müddətinə. Küçə uşaqları, zorakılığa məruz qalmış uşaqlar və cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmış uşaqları əhatə etmək şərti ilə cəmi 2 layihənin maliyyələşdirilməsi nəzərdə tutulur.
-
Narkotik istifadəçiləri və riskli davranış tətbiq edən qadınların qarşılıqlı yardım və İİV-lə yaşayan şəxslərə dəstək məqsədilə İcma Mərkəzlərinin yaradılması – büdcəsi 25000 AZN 1 il müddətinə. Cəmi 2 layihənin maliyyələşdirilməsi nəzərdə tutulur.
-
İİV-lə yaşayan şəxslərə qarşılıqlı yardım qruplarının yaradılması və icma əsaslı palliativ yardımın göstərilməsi – büdcəsi 11000 AZN 1 il müddətinə. Cəmi 3 layihənin maliyyələşdirilməsi nəzərdə tutulur.
Cəmi 35 layihənin maliyyələşdirilməsi nəzərdə tutulur.
Büdcə aşağıdakı istiqamətlər üzrə işlənilə bilər: icarə haqqı və digər xərclər 30%, maaş və kontrakt xidmətləri 70%. Müsabiqədə uğur əldə etmiş təşkilatlar xüsusi təlim və çap materialları ilə təmin ediləcəklər.
Layihələrin müzakirəsi zamanı QİÇS xəstələrin, İİV+ şəxslərin, risk qrupu nümayəndələri ilə çalışan QHT təşkilatlarının və icmaların iştirakı üstünlük qazandıran faktor kimi qiymətləndirilir. Müsabiqədə hökumət və yerli qeyri-hökumət təşkilatları iştirak edə bilər.
Layihələr
-
Azərbaycan dilində
-
Çap və elektron şəkildə, Times New Roman
-
12 ölçü şrift ilə fəaliyyət planı, təsviri hissəsi 4 səhifədən artıq olmadan
-
25 oktyabr, 2010-cu il, saat 17.00-a qədər
aşağıdakı ünvanda qrant qeydiyyatından keçirilməlidir:
Bakı, AZ1110, Həsən Əliyev küçəsi, 117A, ACİ – YF qəbul şöbəsi. Qrant qeydiyyatı üzrə kontakt şəxs: Nərminə Rəsizadə
Layihələr üzrə məsləhətləşmələr aşağıdakı ünvanlarda aparılacaq:
7 oktyabr - Lənkəran şəhəri, Qala Xiyabanı küçəsi, 30, Lənkəran şəhəri Biznes Tədris Mərkəzinin konfrans zalı). 10.00 – 13.00
8 oktyabr - Sumqayıt: 1-ci mikrorayon, bina 45B (Səməd Vurğun adına kitabxananın arxası), Qanunun Aliliyi Sumqayıt Regional Hüquq Resurs Mərkəzi. 15.00 – 17.00
11 oktyabr - Şirvan şəhəri: Rəsulzadə küçəsi, 23V, QHT-lərin Resurs Mərkəzi.12.00 – 15.00
12 oktyabr – Naxçıvan şəhəri, Nizami küçəsi, 41. “Sağlam Gələcək Uğrunda” İctimai Birliyi.
14 oktyabr – Gəncə şəhəri, Mirəli Qaşqay küçəsi, 10. “Kamil Vətəndaş” maarifləndirmə mərkəzi. 11.00 – 14.00
15 oktyabr - Mingəçevir: Heydər Əliyev prospekti 68/18. Mingəçevir regional QHT, Resurs və Təlim Mərkəzi. 10.00 – 13.00
5, 7, 12, 14, 19, 21 oktyabr. Bakı şəhəri, Həsən Əliyev küçəsi, 117A, ACİ – YF konfrans zalı. 14.00 – 17.00
Təsdiq olunmuş layihələrin qısa təsviri və ümumi büdcəsi ACİ – YF illik hesabatları və saytında səhiyyə proqramı bölümündə ildə iki dəfə yeniləşdirmək şərti ilə açıqlanacaq.
Əlavə məlumat üçün: Leyla İmanova - telefon 5643475 (Əlavə 213) e-mail: limanova@osi-az.org
Şərafət İsmayılova - telefon 5643475 (Əlavə 214) e-mail: sismaylova@osi-az.org
Dostları ilə paylaş: |