Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


İtaliya XX əsrin 80-ci illərində



Yüklə 2,21 Mb.
səhifə63/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   186
İtaliya XX əsrin 80-ci illərində. 80-ci illərin əvvəl­lərində İtaliya sənaye məhsulu istehsalı 9% aşağı düşdü. İşsizlərin sayı 2,5 milyon oldu. İtaliyada vəziyyətin ağır­laşmasına 1980-cı ildə İtaliyanın cənubunda güclü zəlzələnin olması da təsir etdi. Zəlzələ nəticəsində çoxlu dağıntı və insan itkisi oldu. İtaliya iqtisadiyyatında canlanma bir də 1984-cü ildə nəzərə çarpmağa başladı.

80-ci illərdə İtaliyaya daxili siyasi vəziyyətin qeyri-sabitliyi xarakterik idi. Hökumətin başçısı Forlani iqtisadi vəziyyəti düzəldə, terrorun, alverçiliyin, korrupsiyanın qarşısını ala bilmədi. İtaliyada irimiqyaslı siyasi münaqişələr başlandı. Gizli yalançı mason təşkilatı olan «Təbliğat - 2»nin irticaçılığı ifşa olundu. Bu hərəkatda XDP və digər hakim partiyaların görkəmli xadimlərinin, yüksək hərbi rütbəli zabitlərin iştirak etdiyi aydın oldu. Hökumət istefa verməyə məcbur oldu. 1981-ci ilin iyun ayında təşkil edilmiş yeni hökumətə respublikaçı S.Spadolini rəhbərlik etdi. Özlərinin 35 illik hakimiyyətindən sonra ilk dəfə Xristian-demokratlar baş nazir kürsüsünü digər partiyaya güzəştə getdilər. Bu ölkədə XDP-nin nüfuzunun zəiflədiyini göstərdi. Lakin bu hökumət də hakimiyyətdə çox qala bilmədi. Ölkədə siyasi vəziyyət gərginləşdi. Sosialist partiyası hökuməti məcbur etdi ki, ölkədə təcili parlament seçkiləri keçirsin. 1982-ci ildə dövlət büdcəsindən 600 milyard lir ayrıldı ki, iri kompaniyalara güzəştli kredit verilsin. Ərzaq məhsullarının, mənzil, nəqliyyat, elektrik enerjisi, telefon, o cümlədən, benzin, qaz, tibbi xidmətin qiyməti artırıldı. Bu isə ölkədə sosial şəraitin kəskinləşməsinə gətirib çıxartdı. 1982-ci ilin aprelində Romada A.Moponun öldürülməsi ilə əlaqədar məhkəmə prosesi oldu. 1983-cü ildə ölkənin 62 əyalətində axtarış nəticəsində 400 cinayətkar ünsür tutuldu. Onların mühakiməsi göstərdi ki, XDP Siciliya mafiyası və Neapol «ağcaqanadları» ilə əlaqədardır. 1983-cü ilin yanvarında keçirilən tətillərdə 8 milyon, mayında keçirilən tətillərdə isə 14,5 milyon adam iştirak etdi. Tətillər nəticəsində həmkarlar ittifaqları əmək haqqının mütəhərrik şkalasının saxlanılmasına, kollektiv müqavilələr bağlamaq ixtiyarına nail oldular.

1982-ci ilin mayında bir neçə məsələ, o cümlədən, qadınların əleyhinə yönəldilmiş analıq hüququnu müəyyən etmək məsələsi ilə əlaqədar ölkədə referendum keçirildi.

1983-1987-ci illərdə mafiyaya qarşı, katolik kilsəsinin imtiyazlarının məhdudlaşdırılması uğrunda müba­rizə gücləndi. Palermoda 500 nəfərə yaxın adam məhkəmə kürsüsündə əyləşdi.

1983-cü ilin iyun ayının 26-27-də keçirilən növbə­dənkənar parlament seçkilərində XDP cəmi 38,3% səs aldılar. Kommunistlər əvvəlki səslərini saxlaya bildilər. Sosialistlərin vəziyyəti xeyli yaxşılaşdı. Sosialist Kraksi hökumət təşkil etdi. Sosialistlər kommunistlərlə ittifaqı rədd edib koalisiyalı hökumət təşkil etdilər.

1984-cü il Avropa parlamentinin seçkilərində XDP daha çox səs aldı.

Kraksi hökuməti üç il hakimiyyətdə qaldı. Vəziyyət sabit deyildi. Hökumətin XDP-dən asılılığı hər an hiss edilir­di. 1986-cı ilin əvvəllərində hökumət qanun layihələrini müza­kirə edərkən azlıqda qaldığına görə həmin ilin yayında istefaya getdi.

1986-cı ilin iyulunda belə bir razılıq alındı ki, Kraksi o şərtlə hökumətə başçılıq edə bilər ki, istənilən anda xristian-demokratlara öz yerini güzəştə getsin.

Kapitalist ölkələrinin çoxunda kommunist partiyala­rının nüfuzlu siyasi qüvvəyə çevrilə bilməməsinin səbəblərini ilk dəfə açıq şəkildə İKP-nin baş katibi Palmiro Tolyatti (1893-1964) göstərmişdi. Onun ideyasını yeni baş katib Enriko Berlinquer (1922-1984) inkişaf etdirdi. Onun baxışları «avrokom­munizm» adı aldı və bir çox kommunist partiyalarının liderləri tərəfindən müdafiə olundu. Onlar sosializmin zorakı mübarizə üsullarına əsaslanan, həqiqi demokratiyadan uzaq olan, insan hüquqlarına və bəşəri dəyərlərə etinasızlıq göstərən, parti­yanın rolunu mütləqləşdirən, bütün dövlət strukturlarını onunla əvəz edən «Sovet modeli»nə tənqidi yanaşmadan onu kor-koranə təqlid etməyi kommunist hərəkatının zəifləməsinin başlıca səbəbləri hesab edirdilər. «Avrokommunistlər» SSRİ-nin Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin daxili işlərinə qarışmasını, xüsusən 1968-ci ildə Varşava Müqaviləsi ölkə­ləri qoşunlarının Çexoslavakiyaya yeridilməsini müha­kimə etdilər. Onlar göstərirdilər ki, Sovet İttifaqı özünün inqilabi­ləşdirici rolunu itirib. «Avrokommunistlər» bütün kommunist partiyalarını xalqa geniş hüquqlar vəd edən və ancaq dinc mübarizə vasitələrini qəbul edən demokratik sosializmi özləri­nin məqsədi saymağa çağırırdılar.

1983-cü ilin martında İKP-nin XVI qurultayı oldu. 1985-ci ildə Berlinquer öldü, İKP-nin baş katibi A.Nata seçildi. 1986-cı ildə İKP-nin 1,6 milyon üzvü var idi.

İtaliya bu dövrdə ilk növbədə AİB çərçivəsində iqtisadi, elmi-texniki, mədəni əməkdaşlığı davam etdirirdi. 80-ci illərdə İtaliya razılıq verdi ki, orta mənzilli ABŞ raketləri onun ərazisində yerləşdirilsin. İtaliya firmalarına 1986-cı ildə icazə verildi ki, ABŞ-ın «Strateji müdafiə təşəbbüsü» proqramında iştirak et­sinlər. İtaliya Moskva olimpiadasını baykot etmək kampani­yasına qoşuldu. ABŞ-ın Polşaya tətbiq etdiyi sanksiyaya İta­liya da razılıq verdi. Bu dövrdə «Antonovun işi» ilə əlaqədar olaraq İtaliya-Bolqarıstan münasibətləri pisləşdi. Antonov Romadakı aviasiya kompaniyasında işləyirdi. Heç bir sübut olmadan onu Roma papasına qarşı sui-qəsd hazırlamaqda təqsirləndirib həbs etdilər. O, bolqar vətəndaşı idi. 1985-ci ildə Romada keçirilən məhkəmə prosesində o, bəraət aldı və Bolqarıstana getdi.


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin