Kuba XX əsrin 70-90-cı illərində. Ölkənin imkanlarını nəzərə almadan 70-ci illərdə sənayeləşdirmə kursuna başlanıldı. Mərkəzləşdirilmiş iqtisadiyyatın qeyri-səmərəliliyi onun hərbiləşdirilməsinə yönəldiliən müstəsna tədbirlərlə daha da dərinləşdirildi. Bu, ABŞ tərəfindən təhlükənin aradan qalxmaması ilə izah edilirdi.
80-ci illərin ortalarından etibarən SSRİ və Şərqi Avropa ölkələrində başlanmış dəyişikliklər Kuba rəhbərliyi tərəfindən mənfi qarşılandı. Kommunist partiyasının rəhbər rolunun möhkəmləndirilməsi haqqında çıxış edərkən F.Kastro «Sosializm və ya ölüm!» şüarını elan etdi. O bildirdi ki, sosializmdən imtina edilməsi labüd surətdə Kubanı ABŞ-dan asılı vəziyyətə salar.
Kubanın keçirdiyi ağır iqtisadi vəziyyət 80-ci illərin sonunda – 90-cı illərin əvvəllərində SSRİ-dən (sonra isə Rusiyadan) alınan ərzaq məhsulunun ixtisar olunması ilə mürəkkəbləşdi. Çünki zəruri ərzaq məhsullarının 70%-ə qədəri Kubaya buradan gəlirdi.
Kuba həm də valyuta gəlirindən məhrum oldu. Belə ki, o, Sovet İttifaqından aldığı neftin bir hissəsini yenidən xaricə göndərirdi. 1985-ci ilə qədər mövcud olan azad kəndli bazarları bağlandı.
Partiya, dövlət və hökumət başçısı, silahlı qüvvələrin baş komandanı F.Kastro 2008-ci ilin fevralın 19-da dövlət başçısı vəzifəsindən həmişəlik istefa verdi. Hazırda da o, kubalıların xatirəsi də inqilabın lideri, milli müstəqillik uğrunda imperializmə qarşı mərd mübariz olaraq qalır. 2009-cu ilin fevralında o, vəfat etdi.
MEKSİKA
Dostları ilə paylaş: |