Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


Meksika XX əsrin 50-60-cı illərində



Yüklə 2,21 Mb.
səhifə86/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   186
Meksika XX əsrin 50-60-cı illərində. 1952-ci ilin prezident seçkilərində İnstitut inqilab partiyasından namizəd irəli sürülmüş Ruis Kartines (daxili işlər naziri idi) qalib gəldi. Ona dünyada demokratik hərəkatın artmasını və Meksika xalqının antiimperialist əhval-ruhiyyəsini nəzərə almaq lazım gəldi. Korrupsiya əleyhinə tədbirlər görüldü. Qadınlar kişilərlə bərabər hüquq aldılar.

Meksika bir qədər müstəqil xarici siyasət yeritməyə başladı. Meksika ABŞ-la hərbi yardım haqqında pakt bağlamaqdan imtina etdi. Uranın alınması və digər strateji materialların üzərində ABŞ inhisarlarının müstəsna hüququ ilə razılaşmadı. Onun su ərazisindən ABŞ-ın balıqçı gəmiləri qovuldu. ABŞ Meksika qoşununu Koreyaya göndərməyi bacarmadı. Meksika hökuməti 1953-cü ildə Koreya məsələsinin sülh yolu ilə həll edilməsi haqqında sovet təklifini müdafiə etdi. Meksika Qvatemalada Arbenesin hökumətinin ABŞ tərəfindən devrilməsinə qarşı çıxış etdi.

50-cı illərin sonunda Meksika iqtisadiyyatında enmə əmələ gəldi. Zəhmətkeşlər qiymətlərin armtasına qarşı mübarizəni gücləndirdilər. Mübarizənin gedişində müstəqil həmkarlar ititfaqı yarandı.

50-ci illərdə Meksikanın kənd təsərrüfatının inkişafı sürətləndi. 1940-cı illə müqayisədə 1960-cı ildə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3 dəfə artdı. Meksika özünü ətlə, taxılla və digər ərzaq məhsulları ilə təmin etdi. Kənddə kapitalist münasibətləri inkişaf etməyə başladı. Lakin ölkədə 2,5 milyon kəndli torpaqsız idi. Fəhlə sinfinin sayı 6,5 milyona çatdı. Kənd təsərrüfatında 3 milyona yaxın fəhlə var idi.

Meksikada bu dövrdə maliyyə-sənaye və aqrar oliqarxiyası gücləndi. Bu dövrdə Meksikada 24 milyarder vardı. Bununla birlikdə Meksikanın xarici kapitaldan, ilk növbədə ABŞ-dan asılılığı qalmaqda idi. 60-cı illərdə ölkənin ABŞ-a borcu 4,8 mlrd. dollar idi. Xarici ticarətdə böyük kəsir var idi.

1958-ci ildə İnstitut inqilab partiyasının namizədi Lopes Mateos prezident seçildi. Onun hökuməti bir sıra islahatlar keçirdi, dövlət bölməsi genişləndirildi. 1961-ci ildə 80%-i ABŞ inhi­sarlarına aid olan elektro-energetika sənayesi milliləş­dirildi. Metallurgiya kompaniyasının səhmləri ABŞ-dan alındı. Kino sənayesi milliləşdirdi. Dağ-mədən sənayesində xarici inhisar­ların hüquqları məhdudlaşdırıldı. Kredit, qiymətlərin nizama salınması sahəsində tədbirlər görüldü.

Hökumət aqrar islahatda da dərinə gedərək 16 milyon hektar torpağı kəndlilərə satdı. Boş torpaqların icarəyə götürülməsi haqqında qanun ləğv edildi. Qolçomaq təsərrüfatı inkişaf etməyə başladı.

Konstitusiyaya bir neçə əlavə edildi. «Zəhmətkeşlərin müəssisəsinin gəlirinin bölünməsində iştirakı», «Minimum əmək haqqı», «Qadın əməyinin kişilərlə bərabər ödənilməsi», «Yeniyetmələrin əməyinin məhdudlaşdırılması» haqqında qanunlar qəbul edildi.

Xarici siyasətdə Mateos müstəqil antiimperialist xətt götürdü. Sosialist ölkələri ilə əlaqələr genişləndirildi. 1964-cü ildə ABŞ-ın təzyiqi ilə təkcə Meksikadan başqa, bütün Latın Amerikası ölkələri Kuba ilə diplomatik əlaqələri kəsdilər. Mateos Latın Amerikasını nüvəsiz zona etmək təklifi ilə çıxış etdi.

1961-ci ildə demokratik qüvvələr «Milli azadlıq uğrunda hərəkat» təşkilatını yaratdılar. 1963-cü ilin yanvarında bir milyon adamı birləşdirən Müstəqil kəndli mərkəzi meydana gəldi. 1964-cü ildə Meksika qadınlarının milli ittifaqı, 1966-da Demokratik tələbələr milli mərkəzi təşkil edildi. Müstəqil prezident seçmək məqsədi ilə 1963-cü ildə Xalq Seçki cəbhəsi təşkil edildi. O kəndli lider Ramona Dansosa Palotinonu irəli sürdü. Lakin sol qüvvələrdə birlik yox idi. Sosialist partiyası İİ P-ni müdafiə etdi.

1964-cü ildə keçirilən seçkilərdə İİ P-nin namizədi daxili işlər naziri Dias Ordas prezident seçildi. O, əvvəlkilərin siyasətini davam etdirdi. Milli kapitalı artırmaq üçün tədbirlər görüldü. 1965-ci ilin yanvarında kortesdə belə bir qanun qəbul edildi ki, ölkənin maliyyə-kredit əməliyyatlarında xaricilərin iştirakı qadağan edilsin. Kənd təsərrüfatına kredit buraxıldı. Fəhlə hərəkətinə qarşı Ordas hökuməti sərt tədbirlər gördü. 60-cı illərin sonunda Meksikada sosial vəziyyət pisləşdi. 1968-ci ilin payızında tələbələrin çıxışları başladı. Lakin bütün çıxışlar yatırıldı.

Meksikanın təşəbbüsü ilə 1968-cü ildə Latın Amerikası sərbəst ticarət assosiasiyası təşkil edildi. Meksika 1965-ci ildə ABŞ-ın Dominikan Respublikasına müdaxiləsini pislədi və Amerika dövlətlərinin birgə silahlı qüvvələrinin yaranmasına qarşı çıxış etdi.




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin