60-CI İLLƏRDƏ BEYNƏLXALQ GƏRGİNLİYİN YENİDƏN ARTMASI
SSRİ-də N.S.Xruşşovun hakimiyyətə gəlməsi ilə (1953-cü il, sentyabr) beynəlxalq münasibətlərdə yaranan mülayimləşmə uzun çəkmədi. Berlin (1961) və Karib hövzəsi (1962) böhranları beynəlxalq münasibətlərdə yenidən gərginliyi artırdı. 1961-ci ilin avqustunda Berlin şəhərinin qərbi ilə şərqi arasında 165,7 kilometrlik hasar çəkildi ki, Xruşşov bunu «qorxulu iş» Qərb isə «II Çin səddi» adlandırdı.
1962-ci ilin oktyabrında SSRİ ABŞ-ın Kubaya müdaxilə təhlükəsinin qarşısını almaq üçün Karib dənizində sualtı raketlər yerləşdirdi. Bu gərginliyin artmasına səbəb oldu. Bu üçüncü dünya müharibəsi (həm də nüvə müharibəsi) təhlükəsi yaratdı. Tarixə «Karib böhranı» adı ilə daxil olmuş və «soyuq müharibənin zirvə nöqtəsi hesab edilən bu münaqişə hər iki tərəfin, ilk növbədə isə SSRİ-nin güzəştə getməsi nəticəsində nizama salındı.
60-cı illərdə beynəlxalq gərginliyin ən qızğın nöqtələrindən biri də 1968-ci ildə tarixə «Praqa baharı» kimi daxil olmuş Çexoslovakiya hadisələri oldu Çexoslovakiyada mövcud quruluşa qarşı baş verən çıxışlar SSRİ başda olmaqla Varşava müqaviləsinin iştirakçısı olan dövlətlərinin (Rumıniyadan başqa) qoşunlarının 1968-ci ilin avqustunda oraya yeridilməsi nəticəsində yatırıldı.
SSRİ ilə Çin arasındakı soyuq münasibətlər 1969-cu ildə Amurdakı Damansk adası rayonunda insan tələfatına səbəb olan silahlı toqquşmaya gətirib çıxarmışdı.
60-cı illərdə beynəlxalq münasibətlərin gərginləşməsinə səbəb olan amillərdən biri də Kipr böhranı idi. 1960-cı ildə İngiltərə Kiprə müstəqillik versə də, burada İngiltərə, Türkiyə və Yunanıstan problemli məsələlərin həllinə münasibətdə eynqi hüquqa malik oldular. Kiprin əhalisinin 80% -ni yunanlar, 20%-ni isə türklər təşkil edirdi. Adada türk icmasının sıxışdırılması 1963-cü ilin dekabrında yunan-türk silahlı toqquşmasına gətirib çıxardı. Türklərə qarşı vəhşiliklər törədən yunanlar, onları əsrlərlə yaşadıqları torpaqlardan qovmağa çalışırdılar. 1964-cü ilin martında BMT TŞ-nın qərarı ilə adaya BMT qoşunları gətirildi. Lakin bu adada sakitlik yaratmadı. 1974-cü ilin iyulunda Kipri Yunanıstana birləşdirməyə (enozis) çalışan hərbçilər qanuni hökuməti devirdilər. Buna cavab olaraq Türkiyə adaya qoşun çıxararaq Kipr türklərini təqib və enozisdən, yəni Kiprin türk əhalisinin rəyi olmadan bu ərazinin zorla Yunanıstana birləşdirilməsindən xilas etdi. Adanın şimal ərazəsində Şimali Kiprıs Türk cumhuriyyəti yaradıldı. 2004-cü ilin aprelin 24-də Kiprdə BMT-nqin baş katibi Kofe Annanın planına əsasən Federativ Kipr respublikasının yaradılması ilə əlaqədar referendum keçirildi. Ancaq adanın yunan əhaləsi buna rəy vermədi.
Dostları ilə paylaş: |