Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


«SOYUQ MÜHARİBƏ»YƏ SON QOYULMASI



Yüklə 2,21 Mb.
səhifə173/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   169   170   171   172   173   174   175   176   ...   186
«SOYUQ MÜHARİBƏ»YƏ SON QOYULMASI
80-cı illərin II yarısında M.S.Qorbaçovun SSRİ-də hakimiyyəti gəlməsi ilə SSRİ, dünya sosializm sistemi, eləcə də bütün dünyada sosial-siyasi proseslərdə dərin dəyişikliklər başlandı. Bu isə SSRİ-nin və dünya sosializm sisteminin dağılmasına, «soyuq müharibə»nin qurtarmasına, dünyanın iki qütbə parçalanmasına son qoyulmasına səbəb oldu.

SSRİ və dünya sosializm sisteminin dağılmasına səbəb olan amillər içərisində ən mühümləri, onların iki sistemin mübarizəsi şəraitinə uyğunlaş–mağı bacarmaması, mülkiyyətçilik hissi qanına hopmuş insan psixologiyasına uyğun gəlməməsi, burjua təbliğat maşınının daha güclü, daha təcrübəli və daha yaşlı olması, ETİ-nin verdiyi nəticələr, nüvə fəlakəti və insan nəslinin qırılmasından dünya birliyini xilas etmək zərurəti daha mühüm yer tutur. «Güclülər həmişə qalibdirlər» və «Qaliblər heç vaxt mühakimə olunmurlar» tezislərinin rəhbər tutulduğu bir dünyada yaşadığını dərk edən SSRİ hərbi -iqtisadi istehsal və silahlanma sahəsində daha ABŞ-a tab gətirə bilmədiyindən Qərblə Şərq arasında ziddiyyətləri yumşaltmaq xəttini götürdü. Bu məqsədlə SSRİ və ABŞ arasında bir sıra görüşlər (1985-ci ilin noyabrında Cenevrədə, 1986-cı ilin oktyabrında Reykyavikdə, 1987-ci ilin dekabrında Vaşinqtonda) keçirildi. 1987-ci ilin dekabrın 8-də orta və yaxın mənzilli raketlərin ləğv olunması barədə saziş imzalandı. İki il sonra sovet qoşunları Əfqanıstandan çıxarıldı. Bu elan edilməmiş müharibədə 15 mindən çox sovet əsgəri həlak oldu, 35 mini yaralandı, 300 nəfərdən çox itkin düşdü. Əfqan xalqının ümumi itgisi 2 milyona yaxın idi.

SSRİ və ABŞ dövlət başçılarının (M.Qorbaçov və C.Buş) 1989-cu il dekabrın 2-3-də Malta görüşlərindən sonra beynəlxalq münasibətlərdəki gərginlik tamamilə zəiflədi.

1989-cu ilin noyabrında « Berlin hasarı» söküldü. 1990-cı il (31 may -3 iyun) Vaşinqton zirvə görüşündə Almaniyanın birləşməsi məsələsi müzakirə olundu. Görüşdən sonra ABŞ SSRİ-nin təhlükəsizliyinə müdaxilə etməyəcəyi barədə bəyanat verdi. Sovet rəhbərliyi isə öz növbəsində Cənubi və Mərkəzi Afrikada, habelə İran körfəzində, Cənub-Şərqi Asiyadakı regional münaqişələrə yumşaq münasibət bəsləyəcəyi öhdəliyini götürdü. 1989-1990-cı illərdə Mərkəzi və Cənubi-Şərqi Avropa ölkələrində böyük dəyişikliklər nəticəsində kommunist rejimindən liberal-demokratizm idarəçiliyi yoluna keçildi.

Öz müqəddəratını təyin etmək hüququnu azad surətdə həyata keçirən alman xalqı Almaniyanın birləşdirilməsinə cəhd göstərirdi. Sovet rəhbərliyinin tutduğu yol bunun üçün əlverişli şərait yaratdı.

1990-cı ilin fevralında İkinci Dünya müharibəsindəki qalib dövlətlər – Böyük Britaniya, SSRİ, ABŞ və Fransa ilə iki alman dövləti arasında «2 üstəgəl 4» danışıq mexanizminin yaradılması haqqında razılıq əldə edildi. 1990-cı ilin sentyabrın 12-də Moskvada altı ölkənin xarici işlər naziri «Almaniya ilə münasibətlərin qəti nizama salınması haqqında» müqavilə imzaladı. Müqavilədə qeyd edildi ki, birləşdirilmiş Almaniyanın xariclə sərhədi ADR və AFR sərhədləridir və onların qəti xarakterini təsdiq edir. Tərəflər etiraf etdilər ki, birləşmiş Almaniyanın başqa dövlətlərə heç bir ərazi iddiası yoxdur və gələcəkdə də belə iddialar irəli sürülməyəcək. Hər iki dövlət öz bəyanatlarında sülhü qoruyacaqlarını, həmçinin nüvə, bioloji və kimyəvi silahlar istehsalından və onlara sahib olmaq və sərəncam verməkdən imtina etdiklərini bildirdilər. Birləşmiş Almaniyanın silahlı qüvvələri 3-4 il ərzində 370 min nəfərə qədər ixtisar edilməli idi. 1994-cü ilin sonuna qədər Sovet qoşunları ADR və Berlin ərazisindən çıxarılmalı, orada yalnız məhəlli alman hərbi hissələri yerləşdirilməli idi. Alman torpağında olduqları müddətdə Böyük Britaniya, ABŞ və Fransanın qoşunları Berlində yerləşməli idi. SSRİ NATO-nun öz fəaliyyətində dəyişikliklər edəcəyini nəzərə alaraq birləşmiş Almaniyanın NATO-ya daxil olmasına razılıq verdi.

Almaniyanın birləşdirilməsi ilə əlaqədar dörd dövlətin Berlin və bütövlükdə Almaniya haqqında hüquq və məsuliyyətləri bitmiş oldu. Böyük Britaniya, SSRİ, ABŞ və Fransa hökumətləri Almaniya haqqında müharibə vaxtı və müharibədən sonrakı dövrün dördtərəfli saziş və qərarlarının icrasının dayandırıldığını bildirdi. Birləşmiş Almaniya özünün daxili və xarici siyasət məsələlərində tamamilə dövlət müstəqilliyinə nail oldu. Müqavilə İkinci Dünya müharibəsinin və mühari­bədən sonrakı dövrün nəticələrini qəti olaraq yekunlaşdırdı. Almaniya birləşən­dən sonra 1990-cı ilin noyabrın 9-da SSRİ və AFR «Mehriban qonşuluq, partnyorluq və əməkdaşlıq haq­qın­da» Müqavilə bağladılar. Bu müqavilə təhlükəsizlik siste­min­də yeni münasibətləri müəyyənləşdirdi. O, bir-birinə, ya­xud üçüncü dövlətə qarşı birinci olaraq hərbi qüvvələrdən istifadə etməyi istisna etdi, həmçinin onlardan biri təcavüzün obyekti olsa, ona hərbi kömək göstərməyi vəd etdi. Bu sənəd etibarlı və məsuliyyətli partnyorluq istiqamətində ikitərəfli münasibətlərdə ciddi dönüş demək idi. Sovet qoşunlarının keç­miş ADR ərazisindən çıxarılmasının təxsisatlar yolu ilə təmin edilməsi haqqında SSRİ və AFR arasında saziş əldə edildi. Bununla əlaqədar AFR Sovet İttifaqı qarşısında öz üzərinə böyük maliyyə öhdəliyi görürdü.

SSRİ və ABŞ dövlət başçılarının Vaşinqton (1990) və Moskva (1991) görüşləri «Soyuq müharibə»yə son qoyulma­sın­da çox mühüm addımlar oldu. 1990-cı ilin noyabrında ATƏM-in iştirakçısı olan ölkələrin nümayəndələrinin Parisdə zirvə görüşündə Yeni Avropa üçün xartiya qəbul olundu. O, tarixdə “Paris xartiyası” adlandırılır. Xartiyada Avropa ölkələ­rinin çoxtərəfli əməkdaşlığını genişləndirmək proqramı müəy­yən edilmişdi. Paris forumu Avropada da qarşıdurmanın bitdi­yini və dövlətlərarası münasibətlərdə yeni dövrün bağlandığını bəyan etdi. O, «Ümumavropa evi» yaratmaq ideyası irəli sürürdü.

90-cı illərin əvvəli üçün Avropada qalan iki sosialist döv­ləti – Yuqoslaviya və Çexoslovakiya da dağıldı. Onların yerin­də yeni müstəqil dövlətlər meydana gəldi.

Beləliklə, 1946-cı ildən etibarən davam edən «soyuq müharibə»yə son qoyuldu.




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin