BMT VƏ ONUN FƏALİYYƏTİ
1945-ci ilin oktyabrın 24-də təsis edilmiş BMT beynəlxalq münasibətlər sistemində yeri olan bir təşkilatdır.
Əgər yaranarkən BMT-nin 50 üzvü vardırsa, indi onların sayı 192-yə çatmışdır.BMT-nin başlıca məqsədi Yer kürəsində sülhün qorunması, millətlər arasında dostluq və qardaşlıq əlaqələrinin yaradılması və möhkəmləndirilməsi, insanların həyat səviyyəsinin və rifahının yaxşılaşdırılması, hüquq və vəzifələrinin qorunub təmin edilməsidir.
Təşkilatın fəaliyyəti altı əsas orqan – Baş Məclis, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Hamilik Şurası, Beynəlxalq ədalət məhkəməsi və katiblik tərəfindən həyata keçirilir.
BMT-nin mərkəzi orqanı Baş Məclisdir. Burada bütün dövrlər qeyd-şərtsiz olaraq eyni səsvermə hüququna malikdir. O, ildə bir dəfə toplanır. Onun sədri hər il yenidən seçilir.
Təhlükəsizlik şurası yalnız sülh və təhlükəsizlik məsələləri ilə məşğul olur. Onun beş daimi üzvü (ABŞ Böyük Britaniya, Rusiya, Fransa, Çin) və Baş Məclis tərəfindən iki il müddətinə seçilən on üzvü (3-ü Afrikadan, 2-ci Asiyadan, 2-ci Latın Amerikasından, 2-ci Qərbi Avropa, Kanada, Avstraliya və Yeni Zellandiya, 1-i Şərqi Avropadan) vardır. TŞ-da mühüm qərarın qəbul edilməsi üçün doqquz üzv onun lehinə səs verməlidir. Lakin beş daimi üzvdən biri qətnamənin əleyhinə çıxış edərsə (veto hüququ) qətnamə qəbul edilmir.
BMT-nin gündəlik fəaliyyətini Baş katibin rəhbərlik etdiyi katiblik həyata keçirir. BMT-də rəsmi olaraq ingilis, ərəb, çin, fransız, rus və ispan dilləri işlənir. BMT-nin Baş Qərargahı Nyu-York şəhərində yerləşir.
BMT-nin ali orqanları ilə yanaşı, sonradan beynəlxalq həyatın müxtəlif sahələrində fəaliyyət göstərən xüsusi bölmələri yaradılmışdır. 1948-ci ildə yaradılmış mədəniyyət və elmin inkişafı ilə məşğul olan YUNESKO belə–lərindəndir. Nüvə silahının qarşısına almaq və atom enerjisini qoruyub saxlamaq məqsədini güdən BMT-nin 1957-ci ildə atom enerjisi üzrə Beynəlxalq nümayəndəliyinin (NAQATE) yaradılması da mühüm əhəmiyyətə malikdir
BMT insan hüquqlarının qorumaq işini özünün əsas vəzifəsi hesab etmiş və edir. Bu BMT-nin Baş Məclisinin 1948-ci ildə qəbul etdiyi “İnsan haqlarının Ümumi Bəyannaməsi”ndə öz məntiqi təcəssümünü tapmışdır.
BMT tərəfindən 1948-ci ildən 1991-ci ilə qədər olan dövrdə sülhü qorumaq məqsədilə 23 əməliyyat keçirilmişdir. BMT həmişə dövlətlərarası münaqişələrin həll edilməsi və qaydaya salınmasına çalışır.
Dostları ilə paylaş: |