70-ci illərin sonu 80-cı illərin əvvəllərində beynəlxalq münasibətlərin yenidən gərginləşməsi. 70-ci illərin II yarısında gərginliyin zəifləməsi prosesi ləngidi. Bu dövrdə istər ABŞ-da, istərsə də SSRİ-də xarici siyasətin mühüm məsələləri ali rəhbərlərin dar dairəsi tərəfindən həll edilir, qəbul edilmiş qərarların hansı nəticələr verəcəyi dərindən qiymətləndirilmirdi.
SSRİ-nin köhnə orta mənzilli nüvə silahlarını yeniləri ilə əvəz etməsi ABŞ-a və NATO-ya əsas verdi ki, bir sıra Qərbi Avropa ölkələri ərazisində SSRİ-yə və onun müttəfiqlərinə qarşı toplanmış Amerika nüvə raketlərini yerləşdirmək haqqında qərar qəbul etsin və NATO-nun hərbi xərclərinin 3% artırsın. XX əsrin 70-ci illərində Aralıq dənizi rayonunda NATO hərbi qüvvələri 1,2 milyon əsgər və zabitə, 600 min silah daşıyıcılarına, 600 mindən çox tanka, 1200 təyyarəyə malik idi. ABŞ ordusunun 43% -i onun sərhədlərindən kənarda yerləşirdi ABŞ-ın özünün Aralıq dənizi rayonunda 30-dan çox hərbi gəmisi, 200-dən çox döyüş təyyarəsi, 25 min hərbi qulluqçusu var idi. Bir sıra Aralıq dənizi rayonlarında İspaniya, Yunanıstan, İtaliya və Türkiyədə 170 ABŞ bazası və hərbi obyekti var idi ki, onların da 71-ində nüvə silahı saxlanılırdı.
70-ci illərin II yarısı-80-ci illərin əvvəllərində Qərb dünyası ilə qarşıdurma dövründə SSRİ-nin hərbi xərcləri 700 milyard rubl olmuşdu.
Alimlər hesablamışdılar ki, bəşər tarixinin 5 min ili ərzində Yer üzündə cəmi 292 il dinclik olmuşdur. 15513 böyük və ya kiçik müharibələr olmuşdur ki, onlarda 3 milyard 640 min adam qırılmışdı. 70-ci illərdə bəşəriyyət elə bil silah anbarı üstündə əyləşmişdi. Belə ki, Yer kürəsini 16 dəfə öz məhvərindən çıxara biləcək silahlar hazırlanmışdı. Bir adamı öldürmək üçün 15 qram partlayıcı maddə kifayət olduğu halda, hər adama 15 ton partlayıcı maddə düşürdü. Bəşəriyyət hər dəqiqə silahlanmaya 2 milyon dollar xərcləyirdi.
1979-cu ilin dekabrında öz cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək amilini irəli sürərək SSRİ-nin Əfqanıstana qoşun yeritməsi beynəlxalq münasibətlərdə «son tutaşma» adlanan mərhələnin başlanması demək oldu. ABŞ Konqresi SSM-2 müqaviləsini ratifikasiya etmədi. O, 1980-ci ildə SSRİ-də keçiriləcək olimpiadanı baykot etmək taktikasını irəli sürdü və SSRİ-yə qarşı xaç yürüşünə başlamaq» ideyasını təbliğ etdi. Bir çox kapitalist ölkələri də ona qoşuldular.
ABŞ-ın SSRİ-yə münasibətdə yetirdiyi xətt 1981-ci ilin yanvarında Reyqan hökumətinin hakimiyyətə gəlməsi ilə daha da pisləşdi. Ağ ev tərəfindən elan olunmuş strateji silahların artırılması proqramının maliyyələşdirilməsinə nail olmaq üçün «sovet hərbi təhlükəsi», ABŞ və NATO -nun hərbi sahədə «geri qalması kimi» köhnə tezislərdən geniş istifadə olunurdu. 1983-cü ilin martında Reyqan «Strateji müdafiə təşəbbüsü» (SMT) proqramı – müəyyən elementləri kosmosda yerləşdirilən raket əleyhinə uzun müddətli müdafiə proqramı yaradılmasını təklif etdi.
Reallaşdırma imkanları geniş izah olunmayan SMT proqramı «kosmik bəla» qarşısında qorxu hissinin yaranmasına səbəb oldu. Gərginlik 1983-cü ilin payızında kulminasiya nöqtəsinə çatdı. Belə ki, həmin vaxt Uzaq Şərqdə SSRİ-nin hava sərhədinə soxulmuş Cənubi Koreya sərnişin təyyarəsi sovet hərbi təyyarəsi tərəfindən vuruldu.
Mütəxəssislər bu toqquşmaya nüvə müharibəsinin başlanmasının güman edilən nümunələrindən biri kimi baxırdlılar.
Beynəlxalq gərginliyin artması, həmçinin ABŞ-ın başqa dövlətlərin daxili işlərinə qarışması, onların milli müstəqilliyini və suverenliyini məhdudlaşdırılması ilə əlaqədar idi. Yaxın Şərq, Afrika, Hind okeanı ABŞ-ın «həyati mənafe» dairəsi elan olunmuşdu. Pentaqon ABŞ-ın bu regionlarda iştirakını genişləndirmişdi. 70-ci illərin sonu 80-ci illərin əvvəllərində İran, Livan, Liviya, Nikaraqua, Salvador, Qrenada və digər dövlətlər Amerikanın açıq müdaxilə obyktləri oldular. 1983-cü ildə ABŞ cəmisi 100 min əhalisi olan Qrenadaya təcavüz etdi. Dünya meydanında qarşıdurma bəşəriyyətin nüvə uçurumuna sürüklənməsi üçün təhlükə yaratdı.
80-ci illərin ortalarına doğru beynəlxalq münasibətlərdə qəti dönüşə çox mühüm ehtiyac yarandı.
1980-ci ilin sentyabrında İraqla İran arasında başlanan sərhəd münaqişəsi az sonra uzun sürən müharibəyə çevrildi və 1988-ci ilin avqustuna qədər davam etdi. 1990-cı ildə İraqla İran arasında sülh bağlandı. İraq öz qoşunlarını İran ərazisindən çıxartdı. İki dövlət arasında diplomatik münasi–bətlər bərpa olundu.
Dostları ilə paylaş: |