QLOBAL PROBLEMLƏR
XX əsr yeni yüzillik üçün bir sıra qlobal problemlər də miras qoymuşdur. Onlardan biri bir sıra ölkələrdə nüvə silahlarının toplanması üzündən istilik-nüvə müharibəsi təhlükəsinin hələ də qalmasıdır. XX əsrdə təhlükəli qlobal problemlərdən biri də təbii ehtiyatların tükənməsi və ekologiya problemdir. Hesablamalara görə, bəşəriyyəti yaşadan məhsuldar toraqların sahəsi hər il 6-7 min hektara qədər itirilir. Səmərəli istismar olunmaması üzündən yeraltı ehtiyatlar da getdikcə tükənir.
XX əsrdə özünü göstərən qlobal problemlərdən biri də demoqrafiya və ərzaq məsələsidir. Əgər XX əsrin əvvəllərində Yer kürəsində bir milyard əhali var idisə, əsrin sonunda onun sayı 6 milyarda çatmışdır. Əhalinin artımı öz növbəsində ərzaq təminatını çətinləşdirir, ərzaq problemi yaradır. Dünyada hər il 13 milyon adam acından ölür. Son məlumatlara görə isə sutkada 18 min adam acından ölür.
XX əsrdə beynəlxalq səciyyə almış terrorizm də dövrümüzün qlobal problemlərindən biri olmuşdur. Qlobal problemlərdən biri də, qorxulu xəstəliklərə qarşı mübarizə problemidir. Həmçinin üçüncü dünya ölkələrinin borc problemi də bəşəriyyəti düşündürən mühüm məsələlərdəndir.
Dostları ilə paylaş: |