Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


Kuba XX əsrin 70-90-cı illərində



Yüklə 2,21 Mb.
səhifə18/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   186
N.S.Xruşşovun Sov.İKP MK-nın Baş katibi olduğu dövründə SSRİ-nin xarici siyasəti. 1953-cü ildə Stalinin vəfatından sonra Xruşovun hakimiyyətə gəlməsi ilə xarici siyasətdə mühüm dəyişikliklər baş verdi. 1949-1953-cü illərdə SSRİ-nin xarici işlər naziri (XİN) olmuş Vışinsikinin «Prokuror» doktrinası Xruşovun «Mülayimləşmə» dokrinası ilə əvəz olundu. Bu dövrdə Koreyada sülhə nail olundu, Yuqoslaviya ilə münasibətlər nizama salındı. 1954-cü ildə atom SSRİ-nin silah cəbhəxanasına daxil edildi. 1954-cü ildə SSRİ-nin yaxından iştirakı ilə Fransa Vyetnamın müstəqilliyini tanıdı. 1955-ci ildə olmuş Cenevrə konfransında SSRİ Eyzenhauerin «aşıq səma» dokrinasını qəbul etmədi. 1954-cü ildə SSRİ Port-Artur hərbi bazasını yenidən Çinə, hərbi-strateji məqsədlər üçün götürdüyü Xanko yarımadasını Finlandiyaya qaytardı.

Sosialist dövlətləri arasında münasibətlərin möhkəm­lənməsində 1955-ci ilin mayında yaradılmış Varşava müqa­viləsi təşkilatı mühüm mərhələ oldu. Buraya Yuqoslaviyadan başqa, Aropanın bütün sosialist ölkələri daxil oldular.

Sovet xarici siyasətinin mühüm istiqamətlərindən biri də Hindistanla dostluq münasibətlərinin yaradılması oldu.

«Mülayimləşmə» SSRİ-nin Qərb ölkələri ilə müna­sibət­lərinə də təsir göstərdi. 1954-cü ildə ABŞ, Böyük Britaniya, Fransa və SSRİ xarici işlər nazirlərinin müşavirəsi oldu. Müşa­virədə Hindistan, Koreya, Almaniya problemini və Avropada kollektiv təhlükəsizlik məsələsini müzakirə etdilər. Qərb dövlət­ləri NATO-nun müdafiə xarakterini təbliğ etdikdə SSRİ bildirdi ki, əgər ABŞ-ın iştirakı ilə Avropada kollektiv təh­lükə­sizlik haqqında müqavilə bağlansa, o, NATO–ya girməyə razılıq verir. SSRİ-nin təklifi rədd edildi.

Dünyanın müharibədən sonrakı quruluşunun ən kəskin problemi Almaniya məsələsi idi. 1955-ci ilə kimi SSRİ-nin alman dövlətlərindən ancaq biri ADR-lə diplomatik müna­sibətləri var idi. 1955-ci ildə Sovet höküməti SSRİ-də olan alman hərbi-əsərlərinin vətənə qaytarılması haqqında qərar qəbul etdi. Lakin alman hərbi əsirlərinin bir qismi, hərbi cinayət­karlığa görə məhkum edilmiş 6 min nəfərdən çox adam SSRİ-də qalmaqda idi. Qərb mətbuatında bu məsələ son dərəcə kəskin şəkil almışdı. SSRİ əsirlərin qanunsuz saxlanılmasında ittiham edilirdi. Onların taleyini yüngül­ləşdirməyi ADR höküməti də xahiş edirdi. 1955-ci ilin sen­tyabrında AFR kansleri Adenauer SSRİ-yə gəldi. Danışıqlarda alman əsirləri məsələsi başlıca müzakirə obyekti idi. Xuruşşov təkid edirdi ki, ADR-i AFR rəsmən tanısın. Yalnız qismən kom­promis əldə edildi. SSRİ ilə AFR arasında diplomatik münasibətlər yarandı. 1957-ci ildə alman hərbi əsirlərinin vətənə qaytarılması haqqında razılıq alındı. Lakin danışıqlar başa çatdıqdan sonra Adenaner bütün alman xalqını təmsil etməyə vəkil edildiyini bildirdi. Buna cavab olaraq SSRİ-də bildirdi ki, o, ADR-in hüquqlarını tanıyır.

Avstriya ilə Dövlət müqaviləsinin bağlanması beynəlxalq sahədə böyük nailiyyət idi. SSRİ əvvəl Avstriya ərazisində dörd dövlətin kiçik qoşun kontingentinin saxlanılmasını təklif edirdi. Lakin Avstriya hökümətindən ölkənin bitərəfliyi haq­qında təminat alaraq digər böyük dövlətlərlə birgə 1955-ci ilin mayında müstəqil, demokratik Astriyanın bərpası haqqında müqaviləni imzaladı.

Stalinin ölümündən sonra Şərqi Avropadakı sosialist dövlətlərin bir çoxu bu sistemdən yaxa qurtarmağa çalışdı. 1953-cü ildə ADR və Polşada, 1956-cı ildə isə Macarıstanda antisovet çıxışları gücləndi. SSRİ Polşa və ADR-ə güzəştə getsə də, Macarıstandakı hadisələri zor gücünə yatırtdı. Orada Yanoş Kadar hakimiyyətə gətirildi.

1956-cı ilin fevralında olmuş partiyanın XX qurultayında SSRİ müasir dövrdə müharibənin qarşısını almaq, dinc yanaşı yaşamaq və müxtəlif ölkələrin sosializmə keçmək formalarının müxtəlifliyi məsələsini yeni tərzdə beynəlxalq aləmə çatdırdı. 1956-cı ilin oktyabrın 19-da SSRİ ilə Yaponiya arasında diplomatik münasibətlər yarandı. Birgə bəyannamənin imzalanması ərəfəsindəki danışılarda Yaponiya ilk dəfə olaraq SSRİ qarşısında «Şimal ərazilərinin» - İturur, Kunaşir, Şikotan adaları və Cənubi Kiril adaları qrupunda Xabomai ada silsiləsiin qaytarılması məsələsini irəli sürdü. Razılığa gəlindi ki, sülh müqaviləsi bağlanarkən Şikotan və Xabomai ada silsiləsi Yaponiyaya verilsin, digər adaların taleyinə isə sonra baxılsın. Lakin ABŞ-la Yaponiya arasında ABŞ-a Yaponiya ərazisində hərbi qüvvələrini və hərbi bazalarını saxlamaq hüquqi verən 1960-cı il müqaviləsindən sonra SSRİ Yapo­niyaya heç bir ərazi verməyəcəyini bildirdi.

1957-ci ildə Yuqoslaviya ilə münasibətlər yenidən pisləşdi. Sovet ideologiyası sosializmin Yuqoslaviya modelini – özünüidarənin geniş inkişafını və bazar münasibətlərinə malik bu modeli kobud sürətdə tənqid etdi. Yuqoslaviya tərfəindən bu kəskin etiraza səbəb oldu. 1957, 1960-cı illərdə keçirilən Kommunist və fəhlə partiyalarının Moskva müşa­virəsində SSRİ sosializmə keçmənin ümumi qanunauy­ğunluqları məsələsini ön plana çəkdi.

1959-cu ilin payızında N.S.Xruşşov ABŞ-a səfər etdi. ABŞ prezidenti ilə danışıqlarda tərk-silah problemləri açıq müzakirə edildi. Amerika prezidenti ilə şəxsi əlaqə beynəlxalq gərginliyin zəifləməsinə kömək edirdi. Diplomatik yolla razılaşdırıldı ki, SSRİ, ABŞ, Böyük Britaniya və Fransa hökümət başçıları 1960-cı ilin mayında görüşsünlər. Lakin SSRİ səmasında ABŞ təyyarəsinin görüşdən bir neçə gün əvvəl vurulması SSRİ-nin orada iştirakdan imtina etməsinə səbəb oldu.



1960-cı ilin payızında Xruşşov BMT-nin tribunasında hələ də qalan müstəmləkə rejimlərinin ləğvi barədə məsələ qaldırmaqla bütün üçüncü dünya ölkələrində SSRİ-nin nüfuzunu xeyli yüksəltdi. 1961-ci ilin avqustunda Xruşşovun «qorxulu iş», dünya siyasətçilərinin «ikinci Çin səddi» adlandırdıqları Berlin divarı çəkildi. 1961-1962-ci illərdə SSRİ –ABŞ qarşıdurması zamanı əsas arena Kuba oldu. 1961-ci ili aprel ayında Amerika gəmilərində Kuba ərazisinə kubalı mühacirlərin hərbi desantı çıxarıldı. Belə şəraitdə SSRİ çox təhlükəli addım ataraq 1962-ci ilin iyun ayında Kubada Sovet atom silahını yerləşdirməsi haqqında Kuba ilə gizli müqavilə imzaladı. Kubada ABŞ-ın böyük şəhərlərinə qarşı yönəldilmiş 62 ədəd orta mənzilli raket yerləşdirildi. Buna cavab olaraq Kennedi hökuməti 1962-ci ilin oktaybrın 22-də Kubanı hərbi-dəniz blokadasına aldı. Hər iki tərəfin qarşılıqlı güzəştə getməsi nəticəsində Karib böhranı dinc yolla aradan qaldırıldı və dünya nüvə müharibəsi təhlükəsindən qurtardı. 1962-ci ildə Karib böhranı zamanı SSRİ özünün sualtı gəmi raketlərini geri çəkməklə, ABŞ isə Kubaya müdaxiləyə cəhd etməyəcəyi və rejimi devirmək üçün səylər göstərməyəcəyi barədə öhdəlik götürməklə yeni dünya müharibəsinin baş verməsinin qarşısını aldılar.Bu hadisədən sonra ABŞ-ın dövlət rəhbərləri SSRİ ilə münasibətləri təhlükəli vəziyyətə çatdırmamağa üstünlük verdilər. Kennedi bildirdi ki, ABŞ mühüm beynəlxalq problemlərin hərbi yolla deyil, dinc vasitələrlə həll edilməsinə və Yer kürəsindəki hər hansı başqa sistemlə dinc yarış aparmağa tərəfdardır. 1963-cü ilin avqustun 5-də ABŞ, SSRİ və İngiltərə arasında nüvə silahının atmosferdə, kosmik fəzada və sualtında sınaqlarının qadağan edilməsi haqqında saziş bağlandı. Xruşşovun dövründə SSRİ ilə Çin arasında münasibətlərin kəskinləşməsinin əsas səbəbi Çinin SSRİ-dən Sov. İKP-nin XX qurultayının «Şəxsiyyətə pərəstiş» haqqında qərarından, Sov. İKP proqramından əl çəkməsini, həmçinin vaxtilə bağlanmış Nerçinski (1689-cu il) və Pekin (1860-cı il) müqaviləsinin şərtlərinə yenidən baxılmasını tələb etməsi və ərazi iddiaları idi. Lakin Xruşşovun dövründə bu məsələlər öz həllini tapmadı. SSRİ Çinin təklifini rədd etdi.


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin