Meksika İkinci Dünya müharibəsindən sonrakı ilk illərdə (1945-1950-ci illər). Müharibə dövründə Meksika antihitler koalisiyasının tərəfində iştirak edirdi. Onun iqtisadiyyatının xarakterik xüsusiyyəti bu dövrdə dövlət bölməsinin genişlənməsi və möhkəmlənməsi idi. Neft, metal emalı artdı. Dəniz ticarəti inkişaf etdi, dəmir və şosse yolları çəkilişi, dəniz limanlarının tikilməsi sürətləndi. Zəhmətkeşlər içərisində öz nüfuzunu saxlamaq üçün Meksikanın hakim dairələri «permanent inqilab» ideyasından geniş istifadə edirdilər. Bu ideyanın reallaşması nəticəsində ölkədə sosial ədalət bərpa edilməli idi. Faşizmin darmadağın edilməsi ölkədə demokratik hərəkatın yüksəlməsinə səbəb oldu. Meksika inqilab partiyasında sağlar və sollar arasında mübarizə kəskinləşdi. 1946-cı ildə sağlar İnstitut inqilab partiyasını (İİP) təşkil etdilər. Onun məqsədi Meksiykaya məxsus konstitusiyalı sosializm qurmaq idi. Pariyanın sol qanadının lideri, Avila Kamaço hökuməti dövründə daxili işlər naziri olmuş Migel Alema 1946-cı ilin iyununda prezident seçildi (1946-1952). O, ABŞ meylli siyasət yeritməyə başladı. ABŞ kapitalının ökəyə müdaxiləsi gücləndi. 1947-ci ildə Aqrar kodeksinə əlavələr olundu. İri torpaq sahiblərinin hüquqları genişləndirildi.
Müharibədən sonrakı ilk illərdə Meksikanın iqtisadi vəziyyəti pisləşdi. Zəhmətkeşlərin həyat səviyyəsi aşağı düşdü. Kənd təsərrüfatı fəhləsi şəhər fəhləsinin 25%-i miqdarında əmək haqqı alırdı. 1946-cı ildən başlayan tətillər ancaq 1956-cı ildə dayandırıldı. Fəhlə hərəkatının zəifləməsinin səbəbi sağ rəhbər dairələrin sosial demoqoqiyası və həmkarlar hərəkatının parçalanması idi. 1947-ci ilin martında reformistlər Meksika zəhmətkeşlər Konfederasiyası üzərində nəzarəti həyata keçirməyə başladılar. 1947-ci ilin dekabrında o iki yerə parçalandı. Onların tərkibində 500 min adam var idi.
1949-cu ildə Meksikada sülh uğrunda birinci kontinental konqres, 1951-ci ildə isə sülh tərəfdarlarının milli konqresi keçirildi.
Dostları ilə paylaş: |