Meksika XX əsrin 80-90-cı illərində. 80-ci illərin əvvəllərində iqitsadi vəziyyət pisləşdi. Sənaye istehsalı 10% aşağı düşdü. 1982-ci ildə 1,5 min toxuculuq, 4,4 min ayaqqabı müəssisəsi bağlandı. Ancaq neft sənayesində yüksəliş oldu. Əgər 1981-ci ildə Meksikanın 32,1 milyard dollar xarici borcu var idisə, 1985-ci ildə 100 milyard dollar oldu. Xüsusilə 1985-ci ildə olan zəlzələdən Mexiko çox zərər çəkdi.
1980-ci ildə Lopes Portilyo 1980-1982-ci illər üçün plan irəli sürdü. Planda əhalinin məşğulluğunun artırılması xüsusilə nəzərdə tutulurdu. Maarif və səhiyyyənin inkişafana fikir verilməyə başladı.
1981-ci ildə MKP və sol partiyalar birləşib Meksika vahid sosialist partiyasını təşkil etdilər.
1982-ci ilin iyulundakı prezident seçkiərində yenə İİP-nin namizədi qələbə çaldı. M.Urtado prezident seçildi. Ölkənin düşdüyü çətin vəziyyətdən çıxarmaq birinci dərəcəli vəzifə idi.
1984-1985-ci illərdə ölkədə maliyyə-valyuta çətinlikləri artdı. Neftin qiymətinin aşağı düşməsi Meksika üçün böyük çətinlik törətdi. «Sərt qənaət» siyasəti yeridilməyə başlandı. Xaricdən mal gətiriməsi 61,4% azaldıldı. Ölkə böhrandan 1985-ci ildə yaxa qurtardı 1988-1994-cü illərdə iqitsadi inkişafda ciddi nailiyyətlər əldə etdi. Bu illərdə ölkənin prezidenti Karlos Salinas de Qartori idi.
1994-cü ilin prezident seçkilərində İİP-dən E.Sedilyo qələbə çaldı. 1994-cü ilin sonunda ölkənin maliyyə vəziyyəti kəskin surətdə pisləşdi. Milli valyuta devalvasiya edildi. İqtisadi böhrandan çıxmaq üçün fövqəladə tədbirlər proqramı hazırlandı. Beynəlxalq maliyyə təşkilatları Meksikaya yardım etdilər. 1997-ci ildə ölkə iqitsadi böhrandan qurtardı və yenidən iqitsadi artım başlandı.
90-cı illərdə də prezident idarəsi siyasi sistemin sabitliyinə nəzarət edirdi. Konstitusiyaya görə dövlət başçısına praktiki olaraq qeyri-məhdud səlahiyyətlər və öz varisini irəli sürmək hüququ verilmişdi. Meksikada deyilir ki, «prezident» hər şeyə qadirdir.
Meksika xarici siyasətdə Reyqan xəttindən imtina etdi. 1980-ci ildə Şimali Koreya ilə diplomatik əlaqə yaratdı. Meksika ADR-lə bir sıra müqavilələr bağladı. 90-cı illərdə Meksikanın xarici siyasətinin əsas prinsipləri müstəqillik və başqalarının işinə qarışmamaq idi. 90-cı illərdə ABŞ və Kanada ilə də çoxsahəli münasibətlər inkişaf etdi. 1994-cü ildə onların arasında azad ticarət zonası yaradıldı.
Meksika hazırda dünyada baş verən qloballaşma prosesində yaxından iştirak edir.
Dostları ilə paylaş: |