Braziliya XX əsrin 70-ci illərində. Braziliyada 70-ci illərdə iqtisadi rəqabət gücləndi. Sənaye məhsulu istehsalı 1970-ci ildə 10%, 1974-cü ildə 15% artdı. Ölkəyə kapital axını davam edirdi. Braziliyanın topdansatış milli sərvəti 1975-ci ildə 60 mlrd dollar idi. Yüksəliş 1974-cü ilə qədər davam etdi.
«Açıq qapılar» siyasəti yeridilirdi. Bütün bunlar isə Braziliyanı «Xarici kapital üçün cənnətə» döndərdi. Xarici investisiya 1969-cu ildə 1,4 mlrd-dan 1978-ci ildə 13,7 mlrd. dollara çatdı. Eyni zamanda Braziliya iri həcmdə istiqraz və kredit əldə etdi. Bu da onun borclarını 1964-cü ildəki 2,8 mlrd dollardan 1979-cu ildə 47 mlrd dollara çatdırdı. Son nəticədə bu ölkənin maliyyə qəzasına yuvarlandırdı.
1974-cü ildə Braziliyada iqtisadiyyatın inkişafı zəifləməyə başladı. Milli valyutanın kursu aşağı düşdü. 1975-ci ildə dövlət büdcəsində kəsir yarandı, inflyasiya və qiymətlər artdı. Xüsusilə ərzaq məhsulları istehsalı azaldı. Vəziyyəti düzəltmək üçün hökumət idxalı məhdudlaşdırmağa məcbur oldu. Bununla belə, xarici kapital üçün qapılar daha çox açıldı. Xarici inhisarlar neft sahələrinə, tropik meşə massivlərinə sərəncam verməyə başladılar.
70-ci illərdə Braziliyada demokratik qüvvələrin müqaviməti gücləndi. 1971-ci ilin marında Respublika demokratik partiyası yaradıldı. Müxalifət irticaçı qanunların ləğv edilməsini tələb edirdi.
1974-cü il yanvarın 15-də keçirilən prezident seçkilərində APENA partiyası qələbə qazandı. Ernest Qeyzel prezident seçildi. Yeni prezident Braziliya iqtisadiyyatını intensiv inkişaf etdirmək xəttini götürdü. 1975-1979-cu illəri əhatə edən iqitsadi inkişaf planı qəbul edildi. Lakin bu plan müvəffəqiyyət qazanmadı.
70-ci illərin sonunda yenidən narazılıq gücləndi. 1978-ci ilin iyununda Demokratiyanı bərpa etmək uğrunda Milli cəbhə təşkil edildi. Bu hökuməti manevr etməyə məcbur etdi. 1978-ci ilin sentyabrında konstitusiyadan 5 saylı antidemokratik İnstitut aktı ləğv edildi. 1978-ci ildə yeni prezident APENA partiyasından istefada olan general Fiqeyredu seçildi. Parlamentdə də çoxluğu APENA partiyası qazandı.
Sola doğru keçid baş verdi. 1979-cu ilin aprelində minimum əmək haqqının 44-45% artırılması haqqında dekret imzalandı. 1979-cu ilin sentyabrında siyasi amnistiya haqqında qanun verildi. 1977-ci ildə ABŞ-la bağlanmış hərbi saziş ləğv edildi. Siyasi və icitmai qüvvələrin qruplaşması başladı. APENA ilə MDP buraxıldı. 1979-cu ilin mayında Tələbə milli ititfaqı, dekabrında Braziliya trabalist partiyası təşkil edildi (bu partiya APENA ilə, MDP-nin üzvlərindən təşkil edilmişdi).
Dostları ilə paylaş: |