Braziliya XX əsrin 80-90-ci illərində. 80-ci illərin əvvəllərində ölkədə 18 mln. ton polad istehsal edilirdi. İldə 1 milyon avtomobil buraxılırdı. Ölkədə 115 mln. baş iri buynuzlu mal-qara var idi. İxracın 40%-ni kənd təsərrüfatı verirdi (qəhvə, soya, tütün, qənd, sitrus bitkiləri, pambıq, mal əti, ev quşları). Qəhvə istehsalına görə Braziliya birinci yerini saxlayırdı. Hər il biri 60 kq-dan 20 milyon kisə qəhvə ixrac edilirdi. Bu təxminən bütün dünya ölkələrinin ixrac etdiyi qəhvəyə bərabər idi. Daxili topdansatış məhsul istehsalına görə Braziliya (1984-də 228 mlrd dollar) kontinentdə digər dövlətləri qabaqlayırdı. Həmçinin qızıl valyuta ehtiyatlarına görə də o birinci yeri tutrudu (8,2 mlrd. dollar). Amazonka yanındakı raoynların inkişafına xüsusi diqqət verilirdi. Transamazon magistral yolu çəkildi ki, uzunluğu 800 km. idi. Karajezdə dəmir filizi yataqlarında 18 milyon ton dəmir çıxarıldı ki, bu da ölkədə çıxarılan dəmir filizinin 60% demək idi.
80-ci illərin əvvəllərində istehsal aşağı düşdü. Kənd təsərrüfatında durğunluq başlandı.Ölkədə işləyən əhalinin 44 %-i, yəni 21,3 milyonu işsiz idi.
Xarici borclar 1980-ci ildə 53,8 mlrd. dollardan, 1983-ci ildə 100 mlrd. dollara çatdı. 1981-ci ildə Braziliyaya 13 milyard dollar həcmində xarici kapital daxil oldu. Gəlirlərdən tutulan vergilər artırıldı. 1979-cu ildə liberllaşdırma prosesi başlandı. Buna qarşı ultrasol qüvvələr çıxış edərək terror təşkil etdilər. Senzura zəiflədi. 1980-ci idə Sosial-demokrat partiyası əsasında Braziliya zəhmətkeşlər partiyası yaradıldı. 1983-cü ilin avqustunda Zəhmətkeşlərin vahid həmkarlar mərkəzi yaradıldı. Bütün bunlar mübarizədə birləşmək məqsədini güdürdü.
1984-cü ildə Braziliya demokratik hərəkat (BDH) partiyası yaradıldı. Onun lideri Tanskredu Nevis prezident seçildi, lakin vəzifəsinə başlamamış öldü. Vitse-prezident Joze Sarney 1985-ci ildə prezident oldu. O, liberal cəbhənin rəhbəri idi. O, koalisiyalı hökumət təşkil etdi. Demoarktik rejim bərpa olunmağa başladı. 1985-ci ilin mayında birbaşa prezident seçkiləri keçirildi.
Sarneyin prezidentliyi dövründə ölkədə 1,5 milyon yeni iş yeri açıldı. 1987-ci ildən sosial ehtiyaclara 4 mlrd. dollar pul ayrıldı. 1986-cı ilin noyabrında Müəssislər Məclisinə seçkilər keçirildi ki, yeni respublikanın konstitusiyasını hazırlasın. 1988-ci ildə Braziliyanın yeni konstitusiyası qəbul edildi. Ölkədə idarəçilik sisteminin formasına aid ilk referendum keçirildi. Braziliya sənaye-aqrar dövlətinə çevrildi. 90-cı illərin əvvəllərində maliyyə böhranı başlandı, istehsal aşağı düşdü. Xarici borclar artdı. İnflyasiyaya qarşı proqram hazırlandı və bu «real plan» adlandı. Real devalvasiya edildi, iqitsadiyyat 90-cı illərin ortalarında sabitləşməyə başladı.
1990-92-ci illərdə prezident Fernando Kollar de Melo oldu. 1992-ci ildə isə Franeci oldu.
Argentina ilə 1980-ci ildə atom enerjisindən istifadə haqqında saziş bağlandı. Belə bir saziş İraqla da bağlandı. 1981-ci ildə Nikaraqua, 1982-ci ildə Ekvadorla saziş bağlandı. 1982-ci ildə Reyqan Braziliyaya gəldi. 1983-cü ildə Braziliya və ABŞ kosmosda raketlərdən istifadə haqqında saziş bağladılar. Brazaliya Latın Amerikası ölkələri içərisində kosmosa ilk süni peyk göndərən ölkə idi.
1994-cü ilin prezident seçkilərində sosial-demokrat Kordoza qələbə çaldı. Onun dövründə Latın Amerikası, Asiya, Afrika ölkələri ilə əlaqələr inkişaf etdi. 1998-ci ildə o, ikinci dəfə ölkənin prezidenti seçildi.
Dostları ilə paylaş: |