Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


Braziliya XX əsrin 50-60-cı illərində



Yüklə 2,21 Mb.
səhifə90/186
tarix02.01.2022
ölçüsü2,21 Mb.
#1967
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   186
Braziliya XX əsrin 50-60-cı illərində. 1950-ci il pre­zident seçkiləri kəskin mübarizə şəraitində keçdi. Jetulio Varqas antimperialist proqramla çıxış etdiyi üçün qələbə qazandı və prezident seçildi. O, hökumətə müxtəlif partiyaların nümayəndələrini cəlb etdi. Daxili və xarici siyasətində daxili milli, həmçinin daxili və xarici mühafizəkar qüvvələri nəzərə almalı oldu.

50-ci illərdə Braziliyada avtmobil, neft, sement, qara metallurgiya istehsalı artdı. Braziliya aqrar-sənaye ölkəsinə çevrildi.

1951-ci ilin dekabrında Varqas ABŞ-la neftə aid qarşılıqlı səhmdar cəmiyyət yaratmaq təklifi ilə konqresdə çıxış etdi. 1953-cü ilin oktyabrın 3-də konqres onun bu təklifi təsdiq etdi. «Petrobraz» səhmdar cəmiyyəti yaradıldı. Burada neftin 51% döv­lətə, 49%-ı isə Braziiliya xüsusi kompaniyalarına və ayrı-ayrı sa­hibkarlara məxsus idi. Xarici kapital neft sənayesinə buraxıl­madı. O, dövlət inhisarına keçirildi. Bu mütərəqqi qüvvələrin böyük qələbəsi demək idi.

1954-cü ilin aprelində konqresə dövlət elektroenergiya kompaniyası olan «Elektrobraz» səhmdar cəmiyyətinin təşkili haqqında qanun layihəsi təqdim edildi.

Varqasın hakimiyyəti dövründə ölkədə iqitsadi çətinlik­lər artdı. Üç il quraqlıq kəndlərdə minlərlə adamın acından ölməsinə səbəb oldu. Eyni zamanda 70 min latifundiyaçı bütün torpaq sahələrinin 62,33%-ni ələ keçirdi. Kəndli müha­ribələri baş verdi. Hökumət aqrar islahat keçirməyi planlaş­dırmağa məcbur oldu.

Xarici siyasətlə ABŞ-la əlaqələr möhkəmləndirildi. 1952-ci ildə ABŞ-la hərbi yardım haqqında saziş bağlandı. 1954-cü ildə Braziliya ABŞ-ın Qvetamalaya qarşı təcavüzünü bəyəndi. Koreyaya qarşı müharibəyə xalq etiraz etdi. «Milli azadlıq» komitəsinin konfransı 1954-cü ilin aprelində milli azadlıq xartiyasını qəbul etdi.

Belə mürəkkəb şəraitdə Varqas siyasi təcridçilik mövqe­yində durdu. İrticaçı hərbi dairələr ABŞ-ın köməyi ilə başda vitse-prezident Filyo olmaqla qəsd hazırladılar. 1954-cü ilin avqustun 23-də Varqas qəsdçilərdən onun istefasını tələb edən ultimatum aldı və istefaya getməyə məcbur oldu. Yeni höku­mətə Filyo və qəsdçilər daxil oldular. Lakin onlar nefti xarici kompaniyalara verməyi bacarmadılar.

1955-ci ilin oktyabrında keçirilən prezident seçkilərində sosial-demokratların lideri Kubiçek qalib gəldi. Kubiçek hökuməti mühasirə vəziyyətini ləğv etdi. Ölkənin sənayeləş­dirilməsi xəttini götürdü. Lakin bu xəttin reallaşması ancaq ABŞ-dan maliyyə köməyi almaqla mümkün oldu. 60-cı illərdə orta illik sənaye məhsulu istehsalı artdı. Neft çıxarılması 1960-cı ildə 29 milyon 380 min barel oldu. 1950-ci ildə isə cəmi 340 min barel neft çıxarılmışdı. Mərkəzləşmə və təmərküzləşmə getdi. 1% müəssisələr istehsal edilən məhsulun 46,4%-ni verirdi. Kənd təsərrüfatı geridə qalırdı.

1960-cı ilin aprelin 21-də paytaxt Rio-de–Janeyrodan Braziliyaya köçürüldü.

Kubiçek hökuməti müstəqil xarici siyasət yeritməyi bacarmadı. O, ABŞ-la qeyri-bərabər müqavilələri ləğv etsə də, Fernandu-di Naronda adasını hərbi baza adı altında ona satmağa məcbur oldu.

1960-cı ilin oktyabrında keçirilən prezident seçkilərində Milli-demokratik ititfaqın nümayəndələrindən biri, San-Paul ştatının qubernatoru Janio Kuadros qələbə çaldı. O, milli iqitsadiyyatı inkişaf etdirmək xətti götürdü. Xarici istiqrazların ödənilməsi üzərində möhlət qoydu.

Xarici siyasətdə o, müstəqil xətt götürdü, SSRİ ilə ticarət əlaqələrini genişləndirdi. Kubaya qarşı təcavüzü müdafiə etmədi. Bu ABŞ və daxili oliqarxiyanı təmin etmədiyi üçün 1961-ci ilin avqustun 25-də hərbi nazir Deniz və digər irticaçı generallar Kuadrosu istefaya getməyə məcbur etdilər. Buna cavab olaraq vətənpərvər qüvvələr «Milli azadlıq cəbhəsi» təşkil etdilər.

Yeni Prezident Qulart (1961-1964-cü illər) suverenlik xəttini götürdü. Mütərəqqi islahatlar keçirdi. 1961-ci ilin noybarında o, SSRİ ilə diplomatik əlaqələri bərpa etdi. Amerika dövlətləri təşkilatının 1962-ci ildəki konfransında Braziliya Kubanı müdafiə etdi. Fernandu-di Narondanın satılması dayandırıldı. Sağ qüvvələr sakit dayanmasa da, 1963-cü ildə keçirilən refe­rendumda Qulart qələbə qazandı. Prezidentin səlahiyyətlərini məhdudlaşdırmaq haqqında maddə konstitusiyaya əlavə edil­mədi. Bütün bunlar Qularta daha çox sosial-iqtisadi tədbirlər görməyə imkan verdi. O, 1962-ci ilin yanvarında Riu-Qrandi-du-Sulda aqrar islahat keçirilməsi haqqında dekret imzaladı. maliyyə və təhsil sahəsində də islahat keçirildi. 1963-cü ilin dekabrında neft ixracı üzərində dövlət inhisarı qoymaq haqqında dekret verildi. 1964-cü ildə xarici kampaniyaların gəliri 10% həcmində məhdudlaşdırıldı. 500 ha-dan artıq torpağın milliləşdirilməsi haqqında dekret verildi.

Qulartı «ölkəni Moskvaya tabe etməkdə» təqsirləndirdilər. 1964-cü il martın 1-də irticaçı hərbi dairələr Minas-Jerays ştatında antihökumət qiyamı təşkil etdilər. Onları San-Paul və Quanbara ştatının qubernatorları müdafiə etdilər. Qulart qətiyyətsizlik göstərərək ölkəni tərk etdi. Aprelin 2-də hakimiyyət qiyamçıların əlinə keçdi. Aprelin 11-də prezident marşal Kostelo Branko seçildi, 1967-ci ildə isə onu marşal Kosta əvəz etdi. 1965-ci ilin oktyabrın 25-də qəbul edilən İnstitut aktına əsasən pre­zident fövqaladə səlahiyyətlər aldı. O, mühasirə vəziy­yə­tini elan edə, konqresi buraxa bilərdi. 1969-cu ildə prezident general Medisi oldu. Demokratik qüvvələrə qarşı mübarizə başlandı.

1966-cı ildə hökumətin icazəsi ilə iki partiya – Milli Yeniləşmə İttifaqı (APENA) və Braziliya demokratik hərəkat partiyaları yarandı.

1967-ci ildə yeni Konstitusiya qəbul edildi, ölkədə avtoritar rejim gücləndi.

Xarici siyasətdə yenidən Amerika meylli xətt götürüldü. 1964-cü ildə Braziliya Kuba ilə münasibətləri pozdu. Braziliya hərbi hissələrini Dominikan respublikasına göndərdi. Ölkəyə yenidən ABŞ kapitalı axmağa başladı. Gəlirin xaricə ötürülməsinin məhdudlaşdırılması haqqında qanun ləğv edildi. Xaricilər torpaq almaq, qazıntı aparmaq hüququ aldılar. Ölkəyə nəinki ABŞ, hətta AFR, Yaponiya, Fransa, İngiltərə kapitalı da müdaxilə etdi. Bunun əsasında XX əsrin 60-cı illərində ölkədə iqtisadi yüksəliş başladı. Sənaye məhsulu istehsalının artımı 1963-cü illə müqayisədə 1967-ci ildə 3,8%-ə 1968-ci ildə 9%-ə qalxdı. 1968-1970-ci illərdə isə o 12,5% yüksəldi. Kənd təsərrüfatı da yüksək templə inkişaf etməyə başladı. Ölkənin iqtisadi vəziyyətinin xeyli dərəcədə yaxşılaşması qənd, qəhvə, pambıq istehsalının artması ilə də bağlı idi.

Braziliyada «İqitsadi möcüzə» daxili və xarici kapitalistlərə böyük zənginilk gətirdi. Zəhmətkeşlərin isə vəziyyəti ağır idi. 1965-1968-ci illərdə real əmək haqqı 40% aşağı düşdü.




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin