Meksika XX əsrin 70-ci illərində. Ölkənin siyasi həyatında yenə də əsas rol İİ P-yə məxsus idi. 1970-ci ilin iyunun 5-də parlament və prezident seçkiləri keçirildi. Luis Eçeverriya prezident seçildi. O da islahatları davam etdirdi. 70-ci illərin birinci yarısında Meksika iqtisadiyyatının inkişafı surətləndi. 1970-ci illə müqayisədə 1975-ci ildə sənaye məhsulu istehsalı 6% artdı. 1970-ci ilin aprelində «Əmək haqqı haqqında», 1973-cü ildə «Sosial təminat haqqında» qanun qəbul edildi. 1970-ci ildə verilən dekretə görə qara metallurgiya, sement, aliminium sənayesi sahəsində xarici kapital 49%-dən çox olmamalı idi.
1965-ci ildən 1970-ci ilə qədər 373,6 min kəndli 23 milyon ha torpaq aldı.Aqrar islahat haqqında qanuna əsasən 1972-ci ildən kənd təsərrüfatının sənayeləşdirilməsi və intensivləşdirilməsi başlandı. Meksika hökuməti proqramlaşdırılmış iqtisadiyyat xətti həyata keçirməyə başladı. 1974-cü ilin dekabrında Milli İnkişaf İnstitutu təşkil edildi. 1974-cü ilin yanvarında əmək haqqı 22% artırıldı, qiymətlər üzərində nəzarət qoyuldu. Bu perezidentin nüfuzunu artırdı.
Bununla bərabər inflyasiya da artdı. 70-ci illərin əvvəllərində ölkədə 4 milyon işsiz var idi. 70-ci illərin ortalarında Meksika da dünyada başlanan iqitsadi böhranının təsiri altına düşdü. Sənaye istehsalı azaldı. Kənd təsərrüfatı məhsulları 3,5 % aşağı düşdü.
1976-cı ildə keçiriləcək prezident seçkiləri ərəfəsində müxtəlif sosial qrupların fəallığı artdı. Ölkənin siyasi həyatına 1974-cü ildə yaradılmış Meksika zəhmətkeşlər partiyası, 1975-ci ildə təşkil edilmiş Zəhmətkeşlərin sosialist partiyası daxil oldu.
1975-ci ilin əvvəllərində Meksika Çin ilə diplomatik əlaqələri yaratdı.
1976-cı ilin iyulun 4-də keçirilən prezident seçkilərində İİR-nin namizədi Xose Lopes Portilyo prezident seçildi. Bu vaxt ölkədə iqitsadi inkişaf tempi zəifləmişdi, inflyasiya, işsizlik artmışdı. 1976-cı ilin sentyabrından bütün malların qiyməti 25% artdı. Eyni zamanda ölkədə milliləşmə, «meksikalaşma» prosesi getdi.
1977-ci ilin dekabrında parlament seçki islahatı haqqında qanunu bəyəndi. Demokratik hüquqlar artdı. 1978-ci ilin oktyabrında Meksika Konsitusiyasına «Layiqli və sosial əhəmiyyətli əmək hüququ haqqında» maddə əlavə edildi.
1975-ci ildə 250 min həmkarlar ititfaqı üzvü Müstəqil həmkarlar birliyi təşkil etdilər.
Sosialist və inkişaf etməkdə olan ölkələrlə münasibətlər yaxşılaşdı. 1979-cu ildə o, Nikaraqua demokratik hökumətini tanıdı.
Dostları ilə paylaş: |