Çili hərbi xuntanın hakimiyyəti dövründə (1973-1998-ci illər). Çilidə hərbi xunta hakimiyyətə gəldikdən sonra kütləvi təqiblər başlandı. Siyasi partiyaların fəaliyyəti dayandırıldı. Xalq Birliyi hökumətinin islahatları ləğv edildi. Lakin bu tədbirlər rejimə qarşı müxalifət qüvvələrinin birləşməsi prosesini gücləndi. Kilsə də müxalifətə keçdi. Xunta müxalifətlə razılığa gəlməyə cəhd göstərdi. Kommunist partiyasından başqa digər partiyaların fəaliyyəti bərpa olundu. Xunta beynəlxalq aləmdən təcrid olundu. 1981-ci ildə qəbul edilmiş konstitusiya ölkədə avtoritar rejimi möhkəmləndirdi. İqtisadi liberallaşdırma siyasəti yeridilməyə başladı.
1988-ci il oktyabrın 5-də keçirilmiş referendumda ölkə prezidentliyinə yeganə namizədi kimi general Pinoçet irəli sürülsə də, onun nəticələri diktatorun xeyrinə olmadı. Çililərin böyük əksəriyyəti Pinoçetin 1998-ci ilədək prezidentlik səlahiyyətinin uzadılmasını istəmədi. 1989-cu ildə prezident Eylvi (1989-1994), 1994-cü ildə isə E.Frey (1994-2000) seçildi. Onlar milli barışıq və ölkədə vətəndaş sülhü siyasətini yeritdilər. Sosial meylli iqtisadi strukturun yaradılması proqramı qəbul edildi. 90-cı illərdə Çilidə sürətli iqtisadi inkişaf başladı. Əhalinin sosial vəziyyəti yaxşılaşdı.
1998-ci ildə xalq general Pinoçetin törətdiyi cinayətlərinə görə onun mühakimə olunması tələbini irəli sürdü. Lakin o, yaşının çoxluğuna və xəstəliyinə görə mühakimə olunmadı.
Dostları ilə paylaş: |