2. Nikolay Kuzanlının fəlsəfəsi
İntibah dövrünün istedadlı filosoflanndan biri N.Kuzanlıdır (1401-1464). Onun fəlsəfi fikirlərini ilahiyyat təlimlərindən ayırmaq çətindir. Bu mənada o hələ orta əsr ənənələrini ifadə edir və fəlsəfə ilə ilahiyyatı bir-birindən ayırmırdı.
Allahı təbiətə yaxınlaşdıran N.Kuzanlı, təbiətə ilahi sifətlər verir, birinci növbədə onun məkanda sonsuz olduğunu göstərirdi. İlahiyyatçı-sxolastik dünyagörüşündə isə kainatın sonlu olduğu göstərilirdi.
N.Kuzanlının fikrincə idrak prosesi insan biliyinin sonsuz olaraq təkmilləşdirilməsi deməkdir. O, idrakın müxtəlif mərhələlərini fərqləndirirdi. Birinci mərhələ duyğulardır; burada əşyaların duyulan obrazı yaranır. Yüksək mərhələ isə düşüncədir.
Sokratm «özünü dərk et!» kəlamı ilə razılaşan N.Kuzanlı yazırdı: «Hər şey ilə ən çox maraqlanan insan üçün ən mükəmməl idrak öz biliksizliyi haqqında ən yüksək biliyə malik olmasıdır; öz biliksizliyini görən hər kəs daha bilikli O1UD>.^® Onun fikrincə insan ağılı həqiqəti tamamilə dərk edə bilməz: «Beləliklə, həqiqət haqqında biz dəqiq yalnız onu bilirik ki, o əlçatmazdır: bizim ağlımız həqiqətə necə olduğundan nə çox, nə də az ola bilməyən mütləq zərurətə çatmaq imkanı kimi yanaşır».^'
Dostları ilə paylaş: |