Avropada İntibah dövrü fəlsəfəsi İntibah mədəniyyətinin əsas cəhətləri


İntibah dövründə sosial-siyasi və fəlsəfi fikir



Yüklə 19,25 Kb.
səhifə3/6
tarix16.04.2022
ölçüsü19,25 Kb.
#55572
1   2   3   4   5   6
Avropada İntibah dövrü fəlsəfəsi

3. İntibah dövründə sosial-siyasi və fəlsəfi fikir

Yeni dövr cəmiyyətin mahiyyəti, insanın təbiəti haqqında yeni təsəvvürlər yaratdı.

>/XV əsrin birinci rübündə humanistcəsinə fikirləşən Avropa ziyalıları arasında Niderland mütəfəkkiri Eraztn Rotterdamlı (1469-1536) xüsusi yer tutur. O, əsaslandırmağa çalışırdı ki, Müqəddəs kitab - Bibliya - tarixi mənşəyə malikdir, yəni sadə deyimlə insan tərəfindən yaradılıbdır. Erazm hesab edirdi ki, insanın günahdan azad edilməsi ümumiyyətlə Allahdan asılıdır, lakin onun bu dünyadakı əməlləri özünə məxsusdur və bu işlərə görə insan şəxsən məsuliyyət daşıyır.

Rotterdamlı göstərirdi ki, əsl alicənablıq insana ailədən, ictimai mənşədən gəlmir. Alicənablıq mənəvi kateqoriya olsa da anadangəlmə hadisə deyil, çox gərgin əxlaqi və intellektual zəhmət hesabına qazanılır. Müəyyən səbəblərə görə pis tərbiyə olunmuş və nəfsin qulu olan insan heyvandan da aşağıdır. Erazm yazırdı: «Beləliklə, insan qəribə heyvan kimi iki və yaxud üç olduqca müxtəlif hissələrdən ibarətdir: nə isə ilahi (numen) mənşəli ruh (anima) və dilsiz heyvan kimi bədən. Bədənimiz ilə biz başqa növdən olan heyvanlardan nəinki üstün deyilik, hətta bütün cəhətlərdən onlardan xeyli aşağıyıq. Ruhumuz isə İlahiyə o qədər yaxındır ki, biz mələklərin yaxınlığından uçub keçərək Allaha qovuşa bilərik».^^

İntibah dövründə siyasi ideoloqların ən görkəmlisi floren- siyalı Nikkolo Makiavellidir (1469-1527). O, öz əsərlərində sübut etməyə çalışırdı ki, insan fəaliyyətinin əsas sövqedici motivi eqoizm və maddi maraqdır. O, deyirdi ki, insanlar Öz atasının ölümünü daha tez unudur, nəinki əmlakdan məhrum olmağı.

• Makiavelli dünyəvi dövlətin zəruriliyini əsaslandırır, dövlət hakimiyyətinin teoloji olmasına qarşı hüquqi dünyagörüşünü qoyur, hüquq qaydalarını dinin tələblərindən ayırır, axırıncılara əsasən əxlaqi məna verirdi.

Makiavelli təsdiq edirdi ki, dövlət öz məqsədlərini həyata keçirmək üçün hər cür vasitədən istifadə edə bilər. Məsələn, din və yaxud əxlaq yalnız o zaman dəyərli olur ki, onlar dövlət hakimiyyətinə kömək edir. Əks halda onlar ümumiyyətlə lazım deyil. Öz hakimiyyətini qurmaq və möhkəmləndirmək

üçün hökmdar hətta zidd vasitələrdən də istifadə edə bilər (immoralizm). Çünki məqsəd vasitəyə haqq qazandırır.

Vasitəyə haqq qazandıran məqsədlər Makiavelliyə görə bunlardır: xaricilərin hökmranlığından azad olmaq, sabitlik və yaxud qanunun hakimiyyəti, tərəqqi, şöhrət. Xeyirxahlıq sözün həqiqi mənasında həmin məqsədə çatmaq üçün zəruri və əlverişli olan adətlərin cəmidir. Məhz həmin məqsədlər, bizim hərəkətlərimizi xeyirxah edir. Bu məqsədlərə çatmağa kömək edən nə varsa, hamısı insan üçün gözəl nemətdir. Belə məqsəd bütün vasitələri məqbul sayır. Xeyirxahlıq vətəndaş ləyaqətindən, vətənpərvərlikdən, hamının birgə eqoizmindən başqa bir şey deyil.

Göstərmək lazımdır ki, Makiavellidə ziddiyyətli fikirlər çoxdur. Məsələn, o deyirdi: «...Xeyirxah olmaq və dönmədən ona əməl etmək zəruridir, lakin xeyirxah kimi görünmək faydalıdır. Başqa sözlə, özgələrinin gözündə müstəqil, sözünə düz, şəfqətli, səmimi, imanlı kimi görünmək lazımdır və həqiqətən belə olmalısan».^^ Başqa yerdə isə o qətiyyətlə deyir ki, hökmdar üçün xeyirxah olmaq zərərlidir.

Avropa ölkələrinin xalq kütlələri - kəndlilər və sənətkarlar da öz ideoloqlannı irəli sürmüşlər. Onlardan biri və ən məşhuru Almaniyada «xalq reformasiyası»nın böyük təmsilçisi Tomas Miintserdir (1490-1525). Onun siyasi proqramı xüsusi mülkiyyətin ləğvini, əmlakın ümumiləşdirilməsini, zümrə fərqlərinin, xalqa yad dövlət hakimiyyətinin dəyişdirilməsini, ümumi bərabərliyin tətbiq edilməsini nəzərdə tuturdu.

Cəmiyyətin yenidən qurulmasının daha dərin prinsiplərini ingilis humanisti Tomas Mor (1478-1535) «Utopiya» kitabında əsaslandırmışdır. O, utopik sosializmin ilk təmsilçisi idi. Krala qarşı çıxdığı üçün onu edam etmişlər.

T.Mor xüsusi mülkiyyəti xalqın bütün bəlalarının və ümumiyyətlə bütün şər işlərin səbəbi hesab edirdi. «Utopiya»da təsvir edilən ictimai quruluşun əsas əlaməti xüsusi mülkiyyətin olmamasıdır. Bu xəyali adada cəmiyyətin bütün üzvlərinin hər birinin öz vəzifəsi var. Dövlət istehsal olunan bütün məh

sulun insanlar arasında bölünməsinin hesabını aparır, istehsalın təşkili ilə yerli icmalar məşğul olurlar.

Nəzəri utopik sosializmin başqa görkəmli nümayəndəsi Tomazo Kompanella (1568-1639) olmuşdur. O, 1605-ci ildə özünün əsas əsərini - «Günəş şəhəri» kitabını yazır. «Utopi- ya»da olduğu kimi burada da xüsusi mülkiyyət yoxdur, insanlar icmalar şəklində yaşayır; əmək icma üzvlərinin nəinki vəzifəsi, həm də tələbatıdır, çünki əməyə hörmət uşaq vaxtından öyrədilir.

B.Rassel haqlı olaraq deyirdi: «İtaliya İntibahı fəlsəfə sahəsində bütövlükdə əhəmiyyətli əsərlər yaratmadı. Bu böyük fəlsəfi düşüncələrdən daha çox qədim qaynaqları yenidən üzə çıxarmaq dövrü idi. O cümlədən katolik məktəblərində Aristotel davamçılarına cavab vermək üçün Platonu yenidən öyrənməyə başlayırlar».^ Onun fikrincə təbii-elmi biliklər, incəsənət və arxitektura sahəsində nailiyyətlər daha çox olmuşdur.




Yüklə 19,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin