Avropada intibah dövrünün fəlsəfəsi Yeni dövr fəlsəfəsinin mahiyyəti və onun nümayəndələri XVII əsr İngilis fəlsəfəsi



Yüklə 267 Kb.
səhifə3/5
tarix02.09.2022
ölçüsü267 Kb.
#63389
növüMühazirə
1   2   3   4   5
fəlsəfə Mühazirə 4

3. XVII əsr İngilis fəlsəfəsi
Tomas Hobbs (1588-1679). Yeni Dövr ingilis fəlsəfəsinin görkəmli nümayəndələrindən biri Hobbs idi. O, ingilis fəlsəfəsində materialist ən"ənənin davamçısı kimi tanınmışdır. Hobbs Bekon materializmini sistemləşdirdi, fəlsəfənin ilahiyyata tabe etdirilməsinə qarşı onun mübarizəsini davam etdirərək onu daha da kəskinləşdirdi. Hobbs, həmçinin, Bekon materializminin teist qalıqlarını aradan qaldırdı. (Teizm Allahın mütləq şəxsiyyət kimi mövcudluğunu e"tiraf etmək, bütün dünyəvi hadisələrdə onun birbaşa iştirakını qəbul etmək deməkdir). Hobbs "Təbii və siyasi qanunların elementləri" (1640), "Leviafan" (1651) adlı əsərlərində, "Vətəndaş haqqında" (1642), "Cisim haqqında" (1655). "İnsan haqqında" (1658) trilogiyasında özünün fəlsəfi, sosial-siyasi baxışlarının şərhini vermişdir. O, fəlsəfə tarixində ilk dəfə mexaniki materializmin tamamlanmış sistemini yaratmışdır.
Hobbs fəlsəfənin əsas məsələsinin idealistcəsinə və dualistcəsinə həllinə qarşı mübarizə aparırdı. Onun fikrincə, "dünya cisimlərin məcmusundan ibarətdir. Dünyada qeyri-cismani heç nə mövcud deyildir". Dünya cismanidir, yə"ni "dünyada ancaq cisim var, cisim yoxdursa, deməli, heç nə yoxdur". Hobbsun tə"liminə görə, ayrı-ayrı cisimlərdən materiya təşkil olunmuşdur. Materiya əbədidir, onun təşkil olunduğu ayrı-ayrı cisimlər isə müvəqqətidir, onlar meydana gəlir və yox olur. Lakin bir mexaniki materialist kimi Hobbs materiyaya sırf kəmiyyət xarakteristikası verirdi. Onun fəlsəfəsində maddi cisimlər, rəng, səs, iy və s. kimi keyfiyyətlərdən məhrumdurlar. Bu keyfiyyətləri o, subyektiv keyfiyyətlər adlandırırdı. Hobbs hərəkəti materiyanın daimi xassəsi hesab edirdi. Lakin o, materiyanın hərəkət formalarının müxtəlifliyini görə bilmir, hərəkətin yalnız mexaniki formasını qəbul edirdi.
Hobbs dünyanın dərk edilənliyini inkar etmirdi. O, insan biliklərinin mənbəyini obyektiv gerçəklikdə axtarır və göstərirdi ki, idrak duyğulardan başlayır. Lakin o, duyğuların obyektiv aləmin subyektiv surəti olduğunu başa düşə bilmirdi. Onun fikrincə, duyğu cismin hissəciklərinin hərəkətindən başqa bir şey deyildir. Hobbs deyirdi ki, hisslər vasitəsilə insan şeylərin bütöv obrazını yaradır, ağlın vasitəsi ilə isə onların tərkib hissələrini dərk edir. Hobbs idrak prosesində ağlın rolunu şişirdir, duyğuların rolunu isə kiçildirdi. Onun idrak metodu rasionalizmin nominalizmlə sün"i surətdə birləşdirilməsindən ibarətdir. Hobbs fəlsəfəsində empirik bilikdən rasionala, təkcədən ümumiyə, hisslərlə qavranılanlardan anlayışlara keçid nominalizm konsepsiyası əsasında baş verir. Bu konsepsiyaya əsasən ümumi anlayışlar real olaraq mövcud deyil, onlar özlüyündə "adların adı" deməkdir. Hobbs hissi ilə məntiqinin, təkcə ilə ümuminin dialektikasını başa düşə bilmirdi.
Hobbsun ictimai baxışları, onun dövlət və hüquqa dair tə"limi də müəyyən maraq doğurur. Lakin o, yanlış olaraq belə hesab edirdi ki, dövlət insanlar arasında müqavilənin nəticəsində meydana gəlmişdir. Şübhəsiz, bu, dövlət haqqında yanlnış nəzəriyyə idi. Lakin o, dövlətə ilahinin yaratdığı bir quruluş kimi deyil, insanların özlərinin yaratdığı bəşəri quruluş kimi baxırdı.
Hobbs dövlətin üç mümkün formasını göstərirdi: monarxiya, aristokratiya və demokratiya. O, mütləq monarxiyanı daha kamil forma hesab edirdi. Dövləti qayda-qanunun, nizam-intizamın anası adlandırırdı.
Hobbs dinin yaranması səbəbini cəhalətdə, insanların nadanlığında görürdü. O belə hesab edirdi ki, dinin cəmiyyət həyatında müəyyən rolu var. Lakin din siyasətə, dövlət işlərinə qarışmamalıdır.
Yeni Dövr fəlsəfəsinin görkəmli nümayəndələrindən biri də Con Lokkdur (1632-1704). O, Bekonla başlayıb Hobbsa qədər davam edən ingilis fəlsəfəsində empirik xəttin nümayəndəsi kimi çıxış etmişdir. Lokk Bekonun empirizmini inkişaf etdirmiş, idrak tə"limində sensualizmə tərəfdar çıxmışdır. (Qnoseologiyada duyğunu idrakın yeganə mənbəyi hesab edənlərə sensualistlər deyilir). Lokk "İnsan zəkasına dair təcrübə" əsərində insanın öz biliklərini hisslər aləmindən götürməsi haqqında fikirləri hərtərəfli əsaslandınruşdır. Anadangəlmə ideyalar haqqında Dekartm idealist nəzəriyyəsini tənqid edərək, Lokk sübut edirdi ki, insan biliklərinin, onun bütün ideyalarının mənbəyi hissi təcrübədir. Elə bu əsas üzərində də o özünün sensualist idrak nəzəriyyəsini yaratmışdır. Lokka görə, idrak prosesi xarici aləmin insanın hiss üzvlərinə tə"sirindən başlanır. Lokkun bu materialist müddəasına baxmayaraq, idrak nəzəriyyəsində o, materializmlə idealizm arasında tərəddüd etmişdir.
Lokk materiyanın konkret təhlilini verərək göstərirdi ki, maddi cisimlər yalnız kəmiyyət cəhətdən bir-birindən fərqlənirlər. O, materiyanın keyfiyyətcə müxtəlifliyini inkar edirdi. Lokk materiyanın təkcə kəmiyyətcə deyil, həm də keyfiyyətcə tükənməz, sonsuz olduğunu qəbul etmirdi. Onun fikrincə, maddi cisimlər bir-birindən yalnız həcmi, forması, hərəkəti və ya hərəkətsizliyi ilə fərqlənirlər. Lokk belə keyfiyyətləri maddi cisimlərin özlərinin ilkin keyfiyyətləri adlandırırdı. Rəng, dad, qoxu, səs kimi keyfiyyətlərə gəldikdə isə Lokk onları maddi cisimlərin özlərinə xas olmayan, ikinci dərəcəli subyektiv keyfıyyətlər kimi xarakteriza edirdi. Göründüyü kimi, bu məsələnin həllində Lokk ciddi yanılırdı.
Lokkun materializmdən bir qədər geri çəkilməsindən sonrakı illərdə subyektiv idealistlər, birinci növbədə, Berkli və Yum istifadə etdilər.



Yüklə 267 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin