5. XVII əsr Fransız maarifçiliyi fəlsəfəsi XVIII əsrdə Fransanın mənəvi həyatında, əsasən, iki ideya cərəyanı hökmranlıq edirdi: 1. Fransız maarifçiiiyi; 2. Fransız mexaniki materializmi. Fransız maarifçiliyi XVIII yüzilliyin birinci yansında feodal dövlətinin tənəzzülünə qarşı burjua maarifçilərinin mübarizəsi kimi meydana gəlmişdi. Maarifçilər əsas zərbəni kilsənin mə"nəvi diktaturasına qarşı yönəltmişdirlər. Maarifçilər fəlsəfədə deist idilər, materialist meylləri idealizmlə uyğunlaşdırırdılar. Siyasətdə ictimai və dövlət quruluşunun burjuaziyanın mənafeyinə uyğun olaraq tədricən yeniləşdirilməsi tərəfdarları kimi çıxış edirdilər.
Fransız maarifçilərinin ən görkəmli nümayəndəsi Fransua Mari Volter (1694-1778) idi. O öz fəlsəfi və siyasi baxışlarını "Fəlsəfi məktublar" əsərində işləyib hazırlamışdı. Volter, həmçinin, "Metafizika haqqında traktat", "Nyuton fəlsəfəsinin əsasları" və s. adlı əsərlər yazmışdır.
Volter feodal ideologiyasına qarşı mübarizə aparırdı. O, "Koramalı məhv edin!" şüarı altında cəsarətlə katolik kilsəsinə və Roma papasına qarşı mübarizə aparırdı. Bir deist kimi Volter Allahı "birinci təkanverici qüvvə" kimi qəbul edirdi. Onun fikrincə, təbiətdə hər bir şey Allah tərəfindən hərəkətə gətirilir. Volter dünyanın dərk olunmasını qəbul edirdi. Onun idrak nəzəriyyəsi, xüsusilə, idrakda hissi və rasional momentlərin münasibəti haqqındakı tə"limi mühüm əhəmiyyət kəsb edirdi. O, anlayışların, ümumi ideyaların duyğulardan yaranması haqqında müddəanı müdafiə edirdi. Onun nöqteyi-nəzərincə insan təbiəti təcrübənin köməyi ilə dərk edə bilər.
Volterin əsərlərində dialektik ideyaiara da rast gəlirik. O deyirdi ki, "təbiətdə hər şey hərəkətdədir, hər şey tə"sir edir və əkstə"sir göstərir". O, dünyaya determinist baxışı müdafiə edirdi Onun azadlıq və zərurət haqqında təlimi xüsusi maraq doğurur.Volterə görə, azadlıq və zərurət bir-birinə zidd deyildir. Əksinə ümumi zərurət insan azadlığının müqəddəm şərtidir. Volter hesab edirdi ki, insan istədiyini etdiyi zaman azad ola bilər.
Jan Jak Russo (1712-1778). Russo mədəniyyət, fəlsəfi və ictimai-siyasi fikir tarixinə böyük mütəfəkkir, filosof, sosioloq kimi daxil olmuşdur. Russo "İnsanlar arasındakı qeyri-bərabərliyin mənşəyi və əsasları haqqında mülahizə", "Elmlərin və incəsənətin dirçəlişi mə"nəviyyatın yaxşılaşmasına kömək etmişdirmi?", "İctimai müqavilə", "Emil və ya tərbiyə haqqında" və s. əsərlərin müəllifidir.
Fəlsəfədə Russo deizm mövqelərində dayanırdı və ateizmin düşməni idi, Allahın mövcudluğunu, onun maddi aləmə tə"sirini, həmçinin, ruhun ölməzliyini qəbul edirdi. Onun fikrincə, bütün təbiət hadisələrinin başlanğıcı ruh və materiyadır, birinci fəal, ikinci isə qeyri-fəaldır. Beləliklə, Russonun fəlsəfəsində idealizm üstünlük təşkil edirdi.
Russonun idrak nəzəriyyəsində sensualist meyllər güclü idi. O göstərirdi ki, təbiət hər şeydən əvvəl hiss üzvlərinin köməyi ilə dərk olunur, bilklərin mənbəyi duyğulardır.
Sosioloji baxışlarında Russo ictimai bərabərsizlik haqqında məsələyə xüsusi diqqət yetirmişdir. O, yaşadığı dövrün dövlət quruluşunu bərabərsizlik sivilizasiyası kimi, xalqın mənafeyinə yad və düşmən mədəniyyət kimi səciyyələndirir və bunun kökünü xüsusi mülkiyyətdə görürdü. O yazırdı ki, "təbii vəziyyət şəraitində - bütün insanların bərabər olduğu dövrdə xüsusi mülkiyyət mövcud deyildi". Russo xalq kütlələrinin sosial əsarətinin mənbəyi hesab etdiyi xüsusi mülkiyyətə qarşı çıxırdı. Lakin o, xüsusi mülkiyyətin tamamilə məhvinin əleyhinə idi.
Russonun pedaqoji tə"limi burjua inqilabının ideya nəzəri hazırlığında mühüm rol oynamışdır. Russo feodal sxolastik tə"lim və tərbiyəsini kəskin tənqid etmişdir. O göstərirdi ki, məktəbin birinci vəzifəsi insan və vətəndaş tərbiyəsidir. Russo deyirdi ki, bütün ictimai həyatda olduğu kimi məktəbdə də silki imtiyazlara yer verilməməlidir.
Russonım baxışlarında müəyyən qüsurların olmasına baxmayaraq, onun tə"limi bütövlükdə XVIII əsrin sonunda Fransa həyatında mühüm rol oynamışdır.
XVIII əsr Fransada feodal quruluşunun süquta uğradığı, böhrana mə"ruz qaldığı dövr idi. Bu böhran 1789-1794-cü illər burjua inqilabına gətirib çıxardı. İnqilabın ideoloji cəhətdən hazırlanmasında, burjuaziyanın maraqlarını ifadə edən fransız materialistləri çox mühüm rol oynamışlar.
Fransız materializminin görkəmli nümayəndələri Lametri (1709-1751), Helvetsiy (1715-1771), Didro (1713-1784), Holbax (1723-1789) XVIII əsr mexaniki materializminin inkişafında mühüm rol oynamışlar. Onlar materialist fəlsəfəni hər cür ilahiyyatçı əlavələrdən və sxolastik terminologiyadan təmizlədilər. Lakin bu materialistlər mexanikanın qanunlarını ən ümumi qanunlar səviyyəsinə qaldırır, bioloji və sosial hadisələri də bu qanunlarla izah edirdilər. Məsələn, Lametri deyirdi ki, insan çox incəliklə qurulmuş mexanizmlərdən ibarətdir, onu yalnız mexanikanın qanunlarına əsaslanmaqla öyrənmək olar. O belə güman edirdi ki, insan bədəninin mexanikasının tədqiqi insanın hissi və zehni fəaliyyətinin də mahiyyətini açmağa kömək edə bilər.
Helvetsi "Ruh haqqında", "İnsan haqqında" əsərlərində göstərirdi ki, dünya öz təbiətinə görə maddidir, obyektiv surətdə mövcuddur. O, dünyanı hərəkətdə olan materiya kimi səciyyələndirmişdir. Filosof məkan və zamanı materiyanın mövcudluq formaları kimi başa düşürdü.
Holbax tə"liminə əsasən, materiya, təbiət hər şeyin səbəbidir, o öz-özlüyündə mövcuddur və əbədi olaraq mövcud olacaq, hərəkət edəcəkdir; materiyanın hərəkəti onun mövcudluğunun zəruri nəticəsidir. Biz təbiəti hərəkətsiz təsəvvür edə bilmərik. Hərəkət də materiya kimi əbədidir, sükunət isə nisbidir, müvəqqətidir.
Fransız materialistləri göstərirdilər ki, bütün maddi cisimlər atomlardan, bölünməz və dəyişməz elementlərdən (Holbax) və ya molekullardan (Didro) ibarətdir. Onlar belə hesab edirdilər ki, materiyanın ilk əsas xassələri yer tutmadan, ağırlıqdan, formadan, hərəkətdən ibarətdir. Didro materiyanın ilk xassələri sırasına həssaslığı da daxil edirdi. Buna görə də onu hilozoist hesab edirdilər.
Bütün bunlarla yanaşı, fransız malerialistlərinin bir sıra məhdud cəhətləri də olmuşdur. Onlar materiyanın hərəkət, formalarının müxtəlifliyini görə bilməmiş, hərəkəti cisimlərin məkan daxilində yerdəyişməsi kimi, yə"ni mexaniki hərəkət kimi səciyyələndirmişlər; təbiətin inkişafının aşağıdan yuxarıya doğruirəliləyən hərəkət olduğunu başa düşə bilməmişlər; Fransız materialistləri dünyanın dərk edilənliyini birmə"nalı olaraq qəbul edirdilər. Lakin hissi idrakla rasional idrak arasındakı keyfiyyətfərqlərini görə bilmirdilər, idrakda sensualist mövqe tuturdular.
Yuxarıda göstərdiyimiz məhdudluqlara baxmayaraq, fransız materialistləri dünyaya materialist baxışın inkişafı tarixində mühüm rol oynamışlar.