Avropada intibah dövrünün fəlsəfəsi Yeni dövr fəlsəfəsinin mahiyyəti və onun nümayəndələri XVII əsr İngilis fəlsəfəsi


Yeni dövr fəlsəfəsinin mahiyyəti və onun nümayəndələri



Yüklə 267 Kb.
səhifə2/5
tarix02.09.2022
ölçüsü267 Kb.
#63389
növüMühazirə
1   2   3   4   5
fəlsəfə Mühazirə 4

2. Yeni dövr fəlsəfəsinin mahiyyəti və onun nümayəndələri
Yeni Dövr fəlsəfəsi XVI əsrin sonu və XVII əsrin başlanğıcından XX əsrə qədər olan dövrü əhatə edir. Onun meydana gəlməsi hər şeydən əvvəl, Avropa ölkələrinin iqtisadi və siyasi həyatında baş vermiş mühüm dəyişikliklərlə əlaqədar idi. Belə ki XVI əsrin son illərində və XVII əsrin birinci yarısında İtaliya şəhərləri çiçəklənməyə başlamışdı. Bundan sonra iqtisadi inkişafın mərkəzi tədricən İngiltərəyə, Hollandiyaya və qismən də Fransaya keçmişdir. Bu dövrdə yaranmaqda olan burjuaziyanın maraqları Orta Əsrlər sxolastikasından imtina edilməsini və təcrübə əsasında təbiətin dərk olunmasını tələb edirdi. Yeni Dövr fəlsəfəsinin meydana gəlməsi həm də kapitalist istehsal münasibətlərinin təşəkkül tapması, təbiət elmlərinin, o cümlədən mexanikanın inkişafı ilə əlaqədar idi.
Bu materializmin səciyyəvi xüsusiyyətləri aşağıdakılardan ibarət idi: O, təbiət və cəmiyyət hadisələrinə mexaniki və metafiziki materializm mövqelərindən yanaşır, mexanikanın qanunlarını ən ümumi, universal qanunlar hesab edirdi. Bu materializm bioloji və sosial hadisələri, üzvi və qeyri-üzvi prosesləri mexanikanın qanunları ilə izah etməyə çalışırdı.
Həmin fəlsəfə həmçinin metafiziki materializm adlanırdı. Ona görə ki, o, obyektiv gerçəkliyin predmet və hadisələrini bir-birindən təcrid olunmuş şəkildə öyrənirdi. Təbiəti tərkib hissələrinə ayırır, lakin onu vahid bir bütöv kimi araşdıra bilmirdi. Metafiziki materialistlər materiyanın hərəkətini cismin məkan daxilində yerdəyişməsi kimi başa düşürdülər.
Bu materializm tipik seyrçi materializm idi. Onun nümayəndələri öz vəzifələrini dünyanın izahı ilə bitmiş hesab edirdilər. Bu materializm nümayəndələri dünyanın dəyişdirilməsi vəzifəsini qarşıya qoymamışdılar. O, insanın onu əhatə edən gerçəkliyə fəal tə"sirini nəzərdən qaçırırdı.
Həmin materializm qeyri-ardıcıl idi. Onun nümayəndələri təbiət hadisələrini materialistcəsinə izah etdikləri halda, ictimai həyat hadisələrini anlamaqda idealist idilər.
Yeni Dövrdə materialist fəlsəfi cərəyanlarla yanaşı, dualist, subyektiv idealist və obyektiv idealist tə"limlər də meydana gələrək inkişaf edirdilər.
Bu dövrün materialist filosofları, birinci növbədə, təbiət elmlərinin nailiyyətlərinə və təbiətin eksperimental surətdə öyrənilməsinə əsaslanırdılar. Onlar dünyanın maddiliyi və onun dərk olunması haqqında rasional ideyalar irəli sürürdülər. Yeni Dövr fəlsəfəsinin formalaşması Frensis Bekon və Rene Dekartın adı ilə bağlıdır.
Frensis Bekon (1561-1626). Yeni Dövr ingills materializminin və təcrübi elmin banisi idi. O həmçinin öz dövrünün məşhur siyasi xadimi, görkəmli ideoloqu kimi tanınmışdı.
Bekon fəlsəfi fikirlərini, əsasən, "Yeni Orqanon" (yunan dilində orqanon – alət deməkdir), "Prinsiplər və başlanğıclar haqqında", "Yeni Atlantida" adlı əsərlərində şərh etmişdir. (Fərziyyələrə göro Atlantida 10-12 min il bundan əvvəl Atlantik okeanında bir ada kimi mövcud olmuşdur. Plalona görə, bu ada zəlzələ nəticəsində məhv olmuşdur. Lakin belə bir adanın mövcud olması barədə hələlik təkzibedilməz sübutlar yoxdur).
Fəlsəfi fikrin inkişafı tarixində Bekonun xidməti aşağıdakılardan ibarətdir:
Birincisi, o, Yeni Dövr təcrübi elminin və materialist fəlsəfəsinin əsasmı qoymuşdur;
İkincisi, idrakın elmi melodunun işlənib hazırlanmasına çalışmış, induktiv metodun idrakdakı rolunu əsaslandırmış və dünyanın dərk olunmasına dair bir çox orijinal fikirlər irəli sürmüşdür;
Üçüncüsü, Orta Əsr sxolastikasına, qeyri-elmi fəlsəfi tə"limlərə qarşı mübarizə aparmış, materiya, onun hərəkəti, növləri və formaları haqqında bir sıra orijinal fikirlər söyləmişdir. O, materiyanı bütün mövcudatın əsası və ilkin səbəbi hesab edir, bütün şeylərdə atomistik struktur axtarırdı. "Prinsiplər və başlanğıclar haqqında" əsərində bu barədə belə yazırdı: "Materiya atomlardan ibarətdir". O, materiyanın passiv başlanğıc olması haqqında təsəvvürləri rədd edirdi. Onun nəzərincə, materiya daxili fəallıqla doludur. Materiyanın yaradılmazlığına və məhvedilməzliyinə dair Bekonun fikirləri xüsusi əhəmiyyət kəsb edirdi. Bu barədə o yazırdı: "Materiyanın bütün kəmiyyəti və onun məcmusu sabit qalır , nə artır və nə azalır".
Bekon tərəfindən işlənib hazırlanmış induktiv metod təbiətin eksperimentlər yolu ilə öyrənilməsinə yönəldilmişdir. Bekonun yaşadığı dövrdə bu, qabaqcıl, mütərəqqi metod hesab olunur elmdə mühüm nailiyyət sayılır, fəlsəfi fikrin inkişafında irəliyə atılmış böyük bir addım kimi qiymətləndirilirdi. Çünki induktiv metod tədqiqat zamanı ayrı-ayrı faktlardan ümumi müddəalara keçməyə, elmdə ciddi ümumiləşdirmələr aparmağa imkan verirdi. Lakin Bekon bu metodun əhəmiyyətini həddən artıq şişirdərək dünyanın dərk edilməsində deduksiyanın rolunu demək olar ki sıfra endirmişdir. Bir metafizik kimi o, induksiyanı deduksiyadan ayırmışdır.
Bekon heç bir tərəddüd etmədən dünyanın dərk edilənliyi ideyasını müdafiə edirdi. O, idrakın məqsədini insanların praktiki fəaliyyətinə kömək etməkdə görürdü. Onun fikrincə, insan yalnız obyektiv gerçəkliyin təzahürlərini dərk etmək yolu ilə təbiət üzərində hökmranlıq edə bilər. Bekon həqiqi bilik əldə etmək imkanını varlığın insan beynində dəqiq in"ikası ilə əlaqələndirirdi. O, idrak nəzəriyyəsində materialist empirizmin tərəfdarı idi. Bekon təbiət haqqında biliklərin mənbəyini və onların həqiqiliyinin me"yarını təcrübədə görürdü. Onun fikrincə, idrak hissi göstəricilərdən və xarici aləmin qavrayışından başlanır. Bununla birlikdə o belə hesab edirdi ki, idrak, bilavasitə hisslərlə qavranılan mə"lumatlarla məhdudlaşa bilməz. Bekon deyirdi ki, idrakın vəzifəsi təbiət qanunlarını, şeylərin və təsəvvürlərin daxili səbəbiyyət əlaqələrini axtarıb tapmaqdan ibarət olmalıdır. Buna isə ağıl və nəzəri təfəkkürlə nail olmaq mümkündür. Beləliklə, Bekon Yeni Dövr fəlsəfəsində birinci olaraq, idrakda hissi və rasional momentlərin vəhdətinin zəruriliyi məsələsini qarşıya qoymuşdur. Bununla da o, materialist idrak nəzəriyyəsinə dəyərli hədiyyə bəxş etmişdir. Lakin bir metafizik kimi Bekon bu problemi axıra qədər düzgün həll edə bilməmişdi. Ona görə ki, o, idrakda nəzəri təfəkkürün əhəmiyyətini, onun rolunu düzgün qiymətləndirə bilməmiş və əsasən, empirizm mövqeyində qalmışdır.
Bekon "ikili həqiqət" nəzəriyyəsinin tərəfdarı idi. Onun fikrincə, elmin vəzifəsi təbiət həqiqətlərini, dinin vəzifəsi isə ruhu, o biri dünyanı öyrənməkdən ibarət olmalıdır.
Bekonun fəlsəfi tə"limində ilahiyyatçı fikirlərə də (Allah haqqında tə"limə) rast gəlirik. Məsələn, onun əsərlərində belə bir fikir yürüdülür: hər şey Allah tərəfindən baş verir. Sonra o göstərirdi ki, istər dini həqiqətlərin və istərsə də elmi həqiqətlərin mənbəyi birdir. Dinin həqiqətləri Allahın iradəsini, elmin həqiqətləri isə əzəmət və qüdrətini ifadə edir.
Bekon din əleyhinə açıq-aşkar çıxış etmirdi. O, sübut etməyə çalışırdı ki, elmlə yanaşı, din də mövcud ola bilər. Lakin bununla Bekon elmin ayrılıqda, müstəqil surətdə mövcud olmaq hüququnu əsaslandırmağa çalışırdı. Bütün bunlar onu göstərir ki, Bekon ardıcıl materialist olmamışdır. İctimai həyat hadisələrin izahına isə idealistcəsinə yanaşmışdır.
Rene Dekart (1596-1650). Yeni Dövr fəlsəfəsinin formalaşması və inkişafında fransrz filosofu və riyaziyyatçısı Rene Dekartın xidmətləri az olmamışdır. Təbiət elmlərinin inkişafındakı nailiyyətlər Dekartın baxışlarının təşəkkül tapmasına güclü tə"sir göstərmişdir. Bu nailiyyətlərin tə"siri ilə o bir sıra əsərlər yazmışdır. Onlar aşağıdakılardan ibarətdir: "Metod haqqında mühakimələr" (1637), "Metafizik düşüncələr" (1641), "Fəlsəfənin əsası" (1644).
Fəlsəfə tarixində Dekart dualist fəlsəfi tə"limin yaradıcısı kimi məşhurdur. O göstərirdi ki, dünya bir-birindən asılı olmayan iki substansiyadan ibarətdir, onun biri ruhi, digəri isə maddi substansiyadır. Dekart göstərirdi ki, ruhi substansiyanın atributu, ayrılmaz tərkib hissəsi təfəkkürdür, maddi substansiyanın atributu isə uzununa, eninə və dərinliyinə yer tutmadır. Onun fikrincə, insan maddi və ruhi substansiyaların mexaniki surətdə birləşməsindən ibarətdir. Daha doğrusu, insan ruh və cismin vəhdətidir.
Dekartın fəlsəfəsi iki hissədən ibarətdir. Birinci hissə materialist fizika adlanır. Bu onun təbiət haqqında fəlsəfi tə"limidir. İkinci hissə isə, idealist metafizika adı ilə məşhurdur. Materialist fizikada o, hər şeydən əvvəl materiya və hərəkət problemlərini araşdırır. Lakin Dekart fizikasının materializmi məhdud və qeyri-ardıcıl idi. Həcmi olan və məkanın müəyyən hissəsini tutan hər bir şeyi o, materiya hesab edirdi. Deməli, Dekart bir mexanist kimi materiyanın keyfiyyətcə müxtəlifliyini qəbul etmir, yalnız onun kəmiyyət cəhətinə diqqət yetirirdi. İstilik, rəng və s. kimi obyektiv keyfiyyətləri maddi cisimlərin özlərinin keyfiyyəti hesab etmirdi. O, üzvi və qeyri-üzvi aləm arasındakı keyfiyyət fərqlərini də görmürdü. Dekart yalnız mexaniki hərəkəti qəbul edir və hərəkətin ilkin səbəbinin Allah olduğunu sübut etməyə çalışırdı. İdrak nəzəriyyəsində Dekart rasionalist olmuşdur.

Yüklə 267 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin