Avropada intibah dövrünün fəlsəfəsi Yeni dövr fəlsəfəsinin mahiyyəti və onun nümayəndələri XVII əsr İngilis fəlsəfəsi


XVII əsr Avropa fəlsəfəsində rasionalizm və sensualizm dünyagörüşü



Yüklə 267 Kb.
səhifə4/5
tarix02.09.2022
ölçüsü267 Kb.
#63389
növüMühazirə
1   2   3   4   5
fəlsəfə Mühazirə 4

4. XVII əsr Avropa fəlsəfəsində rasionalizm və sensualizm dünyagörüşü
Yeni Dövr fəlsəfəsinin rasionalizmi Benedikt Spinoza və Qotfrid Leybnitsin adı ilə bağlıdır. Onlar Avropa fəlsəfəsinin zənginləşməsi və inkişafına əhəmiyyətli təsir etmişlər.
Hollandiya filosofu Spinoza (1632-1677) fəlsəfi görüşlərini aşağıdakı əsərlərində şərh etmişdir: "Allah və insan haqqında", "Insanın xoşbəxtliyi haqqında" (1658-1660), "İlahiyyatçı-siyasi əsər" (1670), "Etika" (1675). Spinozanın fəlsəfi sisteminin əsasını vahid substansiya haqqında təlim təşkil edir. O göstərirdi ki, Allahdan başqa heç bir substansiya mövcud deyildir. Onun fikrincə, bu substansiyanın ayrılmaz xassəsi təfəkkür və ya təbiətdir. Bununla o, Dekartın dualizmindəki ziddiyyəti aradan qaldırmışdır.
Spinozanın fəlsəfəsində Allah və substansiya bir anlayışda birləşdirilirlər. Allah təbiət üzərində dayanmamışdır. O, təbiətdən kənarda olan bir yaradıcı kimi mövcud deyildir. Allah birbaşa təbiətin özündə mövcuddur. Beləliklə, Spinoza təbiətdən ayrılıqda mövcud olan Allahı inkar edir və onu dünyanın universal səbəbi kimi başa düşürdü. Bu fikir Spinoza panteizminin əsasını təşkil edirdi. Spinoza ardıcıl determinist kimi belə hesab edirdi ki, hər bir şeyin yaranması, mövcudluğunun və məhvinin obyektiv səbəbləri vardır. O, zərurətin hər yerdə şəriksiz hökmranlığını israr edir və təbiətdə obyektiv təsadüfün mövcudluğu imkanını istisna edirdi. İdrak nəzəriyyəsində Spinoza rasionalizm mövqelərindən çıxış edir, idrakı iki yerə bölürdü: 1) hissi idrak; 2) rasional idrak.
Spinoza hissi idrakı qeyri-müəyyən, qeyri-həqiqi, rasional idrakı isə həqiqi, aydın və müəyyən hesab edirdi. O göstərirdi ki, duyğu orqanları vasitəsilə ayrı-ayrı şeylərin yalnız səthi xüsusiyyətləri haqqında təsəvvür əldə etmək olar. Şeylərin mahiyyəti yalnız ağıl vasitəsilə dərk edilə bilər. Spinoza azadlıq və zərurət haqqında xüsusi tə"lim yaratmışdır. Onun bu tə"limi idrak nəzəriyyəsi ilə sıx surətdə əlaqədardır. Azadlıq və zərurətin qarşılıqlı münasibəti məsələsini şərh edərkən o, insanın diqqətini hadisələrin səbəbiyyət əlaqələrinin dərk olunmasına cəlb edirdi. Bu zaman o, bir seyirçi materialist kimi gerçəkliyin dəyişdirilməsi məsələsini kənarda qoyurdu. Bütün bunlara baxmayaraq, Spinoza fəlsəfənin sonrakı inkişafına güclü tə"sir göstərmişdir.
Rasionalizmin digər bir nümayəndəsi Leybnits (1646-1716) idi. O, obyektiv idealizmin nümayəndəsi kimi tanınmışdır. Leybnitsin ali riyaziyyat sahəsində də böyük xidməti olmuşdur. Onun əsərlərində riyazi məntiq və kibernetika elmlərinə dair dəyərli ideyalara rast gəlirik. Məntiq elminin inkişafında da Leybnitsin mühüm xidməti olmuşdur.
Leybnitsin fəlsəfi sistemi mahiyyətcə iki hissədən ibarətdir: 1) monadlar nəzəriyyəsi (monada, yunanca - təklik, vahid deməkdir). 2) İdrak nəzəriyyəsi. Leybnits "Monadalogiya" əsərində göstərirdi ki, Kainat Allah tərəfindən yaradılmış sonsuz miqdarda ideal substansional vahidlərdən-monadalardan ibarətdir. O, monadalarda əsl təbiət atomlarını, bütün şeylərin tərkib hissələrini görürdü. Filosof monadaları üç kateqoriyaya bölürdü: 1) həyat monadaları; 2) can monadaları; 3) ruh monadaları.
Leybnitsə görə, monadalar məkanda yer tutumuna, formaya malik deyildir, onlar hissələrdən ibarət deyildir, təbii yolla nə yarana bilər, nə də məhv ola bilər. Monadalar bölünməzdir. Leybnits öz monadalarının spesifik xüsusiyyətlərindən asılı olaraq bütün mürəkkəb substansiyaları üç qrupa, qeyri-üzvi cisimlərə bölmüşdür: qeyri-üzvi cisimlər həyat monadalarından, heyvanlar can monadalarından, insanlar isə ruh monadalarından yaranırlar.
Filosofun fikrincə, monadalar ikili təbiətə malikdir: fəal-ruhi və passiv-maddi monadalar. Materiya isə, Leybnitsə görə, yalnız ruhun təzahürüdür. O, materiyanı idealistcəsinə şərh edərək, onu ikinci hesab edir, Kainatın vahid maddi substansiyası haqqında materialistlərin tə"limini təkzib etməyə çalışırdı. Onun tə'birincə, materiya öz mövcudluğunun əsaslarını özündə daşımır. Guya materiya nə müstəqil inkişaf etmək, nə də ki, duyğu əmələ gətirmək qabiliyyətinə malik deyildir. Leybnits belə hesab edirdi ki, dünyada hər şey, o cümlədən atomlar da Allah tərəfindən yaradılmışdır. Əsas vəzifə Allahın qarşıya qoyduğu vəzifələri həyata keçirmək və bunun nəticəsində inkişafa nail olmaqdan ibarətdir. Leybnitsin "Monadalogiya"sında dialektikanın elementləri xüsusi yer tutur. İdrak məsələlərinin həllində o, rasionalist idi. Onun nəzəriyyəsində rasionalizm empirizm elementləri ilə metafizikcəsinə uzlaşmışdır. Lakin bununla belə, Leybnits hisslər vasitəsilə rənglərin, iylərin, dadların dərk edilməsini inkar etmirdi. Bu o deməkdir ki, Leybnits duyğulara əsaslanan idrakı rədd etmir. Onun fəlsəfəsində hissi idrak rasional idrakın aşağı pilləsi və ya ilkin müqəddəm şərti kimi çıxış edir. Leybnits fəlsəfəsi, mə"lum nöqsanlarına baxmayaraq, XVIII əsrin sonu və XIX əsrin əvvəllərini əhatə edən klassik alman fəlsəfəsinə böyük tə"sir göstərmişdir.
Sensualizm fələsəfəsi Corc Berkli və David Yumun tə"limi ilə Qərbi Avropada sona çataraq subyektiv idealizmlə əvəz edildi.
Corc Berkli (1685-1753) kilsədə baş keşiş vəzifəsində işləmişdir. O, "Yeni baxış nəzəriyyəsi təcrübəsi" əsərində yazırdı: "Dünya ona görə mövcuddur ki, biz onu dərk edirik". O, deyirdi ki, mövcud olan bütün şeylər bizim duyğularımızın kombinasiyasıdır.
"İnsan biliklərinin başlanğıcları haqqında traktat"larında özünün subyektiv idealist fəlsəfi sistemini yaratmış və inkişaf etdirmişdir. Obyektiv idealizmin nümayəndələrindən fərqli olaraq Berkli subyektin şüurunu birinci, şeyləri isə ikinci, duyğuların və təsəvvürlərin məcmusu hesab edirdi. Materiyanın bir substansiya kimi mövcud olmadığını sübut etməyə sə"y göstərən Berkli yazırdı: "Mövcud olmaq qavranılmaq deməkdir". O, insan tərəfindən qavranılan keyfiyyətlərin obyektiv surətdə mövcud olduğunu inkar edərək eyni zamanda məkan, zaman və hərəkətin subyektiv-idealist şərhini vermişdir. Şeyləri duyğuların məcmusu hesab edən Berkli səbəbiyyətin materialist anlayışına qarşı qətiyyətlə çıxış edirdi.
İngilis filosofu David Yum (1711-1778) subyektiv idealizm və aqnostisizmin nümayəndəsi kimi tanınmışdır. Yum "İnsan təbiəti traktat", "Mə"nəviyyat və siyasət məsələləri haqqında mühakimə", "İnsan zəkasının tənqidi" adlı əsərlərin müəllifidir. Bu əsərlər, əsasən, idrak problemlərinə həsr olunmuşdur. Mahiyyət e"tibarilə o, sensualizmin prinsiplərini davam etdirmişdir. Yum göstərirdi ki, idrak müxtəlif təsəvvürlərin insan tərəfindən dərk olunması deməkdir. O, predmetlər haqqındakı təsəvvürləri pfedmetlərin özləri ilə eyniləşdirirdi. Yumun fəlsəfi tə"liminə görə, predmet insanın təsəvvürlərinin məcmusundan başqa, bir şey deyildir. O belə bir sual qarşıya qoyurdu. Xarici aləm bizim duyğularımızın mənbəyi kimi mövcuddurmu? Bu suala cavab verərkən deyirdi ki, biz bunu sübut edə bilmərik. Odur ki, Yumun mövqeyini həm də aqnostisizm kimi xarakterizə etmək olar.

Yüklə 267 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin