Kombinə olunmuş sistemlər. Mütləq kompensasiya sistemlərinə xas olan çatışmamazlıqları nəzərə alaraq Norbert Viner özünün «Kibernetika» kitabında kompensasiya ilə əks əlaqə prinsiplərini birləşdirmək fikrini irəli sürmüşdür. Hər iki prinsipdən istifadə olunan ATS kombinə olunmuş ATS adlanır. Şəkil 7.8-da kombinə olunumş ATS-in sxemi göstərilmişdir.
Şəkil 7.8.
Belə sistemdə bütün mümkün ,y və f məlumatlarından istifadə olunur. Burada həm əks əlaqə, həm də kompensasiya prinsiplərindən eyni zamanda istifadə olunduğundan tənzimləmə operatoru aşağıdakı şəkildə yazılır:
.
Kombinə olunmuş ATS-də daha güclü həyəcanlandırıcı təsirlər ölçülüb K kompensatorunun köməyi ilə cəld kompensasiya olunur, zəif həyəcanlandırıcı təsirləri isə ölçməyib onların tədricən kompensasiya olunmasını əks əlaqə prinsipi üzrə işləyən T tənzimləyicisinin öhdəsinə buraxırlar.
Dostları ilə paylaş: |