Avtomatlaşdırmanın əsasları” fənnindən mühazirələr. Giriş



Yüklə 1,39 Mb.
səhifə55/70
tarix02.01.2022
ölçüsü1,39 Mb.
#47232
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   ...   70
AVTOMATLAŞDIRMANIN-ƏSASLARI

2. Proqram üzrə tənzimləmə. Proqramlı tənzimləmə sis­tem­lərində stabilləşdirmə sistemlərindən fərqli olaraq tapşırıq siqnalı sabit olmayıb, qabaqcadan verilmiş proqram üzrə dəyişir. Praktikada əsas etibarı ilə proqram üzrə işləyən iki növ sistem­lərdən istifadə olunur.

a) vaxt - proqramlı sistemlər

b) fəza - proqramlı sistemlər.

Eyni zamanda kombinə olunmuş qarışıq proqram üzrə işlə­yən sis­temlər də mövcuddur.

Vaxt proqramlı sistemlərdən rejimləri zaman üzrə qabaq­ca­dan verilmiş trayektoriya üzrə dəyişdirilən prosesləri tənzim­lə­mək üçün istifadə olunur. Misal üçün, detalların məlum tem­pe­ra­tur diaqramı üzrə tavlanması; ağac lifindən və ya yonqardan ha­zır­lanan plitələrin verilmiş təzyiq diaqramı üzrə preslənməsi və s.

Fəza proqramlı sistemlərdən metalları verilmiş profil üzrə kəsmək və emal etmə proseslərində istifadə olunur. Kombinə olunmuş proqramlı tənzimləmə sistemlərindən kosmik stansi­yaları və süni peykləri verilmiş orbitə çıxarmaq üçün istifadə olunur. Bu halda həm zaman, həm də fəza trayektoriyası verilmiş etalona tabe olmalıdırlar.

Proqramlar xüsusi qurğu olan proqram vericisi tərəfindən qabaqcadar verilmiş alqoritm üzrə hasil olunurlar. Proqram tən­zim­ləmə sistemləri də statik və astatik ola bilərlər və adətən əks əlaqə prinsipi əsasında qurulurlar.


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin