Avtomobil yolları haqqında


Maddə 20. Yol təsərrüfatı sisteminin təşkili



Yüklə 47,7 Kb.
səhifə20/46
tarix02.01.2022
ölçüsü47,7 Kb.
#1857
1   ...   16   17   18   19   20   21   22   23   ...   46

Maddə 20. Yol təsərrüfatı sisteminin təşkili


Azərbaycan Respublikasında avtomobil daşınmalarının ahəngdarlığını, maksimum təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədi ilə yol fəaliyyətinin subyektləri arasında əlaqələrin koordinasiyası və yol fəaliyyətinin həyata keçirilməsi üçün müvafiq yol təsərrüfatı subyektləri və orqanları yaradılır, qanunvericiliklə müəyyən olunmuş qaydada onların fəaliyyətinin tənzimlənməsi təmin edilir.

Maddə 21. Yol təsərrüfatının idarə edilməsi


Yol təsərrüfatının idarə edilməsi məqsədi ilə bu fəaliyyətin tənzimlənməsinin və həyata keçirilməsinin vahid normativ hüquqi bazası yaradılır. Bu sahədə antiinhisar siyasəti aparılır,//çıxarılıb// yolların qeydiyyatı, uçotu və işarələnməsi təmin edilir.[30]

Yol fəaliyyətinin idarə olunması əsas etibarı ilə onun yaradılması, inkişafı və saxlanılmasının planlaşdırılması, maliyyələşdirilməsi və həyata keçirilməsinin optimal və sərfəli variantlarının tapılmasını, həmçinin avtomobil yolları istifadəçiləri üçün münasib şəraitin təmin edilməsini nəzərdə tutur.

Bu qanunla nəzərdə tutulan yol fəaliyyətini tam təmin etmək üçün yol təsərrüfatı sisteminin idarə edilməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Yol təsərrüfatının idarə edilməsi məqsədi ilə aşağıdakıların həyata keçirilməsi təmin edilir:

avtomobil yollarının təsnifatının, onların aid edilmə göstəricilərinin müəyyənləşdirilməsi və yolların siyahısının təsdiq edilməsi;

yol təsərrüfatı orqanları sisteminin və onların formalaşması qaydasının müəyyənləşdirilməsi, fəaliyyətinin təşkili;

yol təsərrüfatı orqanlarının fəaliyyətinin ümumi təşkilati prinsiplərinin müəyyənləşdirilməsi, yol fəaliyyətinə dövlət nəzarət sisteminin və onun tənzimlənməsinin formalaşdırılması;

respublika əhəmiyyətli avtomobil yollarının və onların saxlanılması üçün zəruri olan əmlakın, habelə yol fəaliyyəti həyata keçirilərkən istifadə olunan digər əmlakın idarə olunması;

yolkənarı xidmət və infrastruktur obyektlərinin sahiblərinə, digər maraqlı şəxslərə, habelə avtomobil yollarının istifadəçilərinə avtomobil yollarında planlaşdırılan yenidənqurma və təmir işləri, həmçinin onların müddətləri barədə məlumat verilməsi;[31]

yol hərəkətinin təhlükəsizliyini təmin edən hüquqi əsasların və avtomobil yollarının yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğunluğunu təmin edən vahid qaydaların, standart, texniki norma və digər normativ sənədlərin yaradılması;

avtomobil yollarında yük və sərnişinlərin sərbəst daşınmasını təmin etmək məqsədi ilə nəqliyyat kommunikasiyalarının əlaqələndirilməsi və avtomobil yollarından istifadənin ümumi prinsiplərinin müəyyənləşdirilməsi;

avtomobil yollarında istifadə olunan materialların, cihazların və avadanlıqların qanunvericiliklə müəyyən edilmiş qaydada standartlaşdırılmasının və sertifikatlaşdırılmasının həyata keçirilməsi;

avtomobil yollarının təkmilləşdirilməsi, yaradılması və inkişafı ilə bağlı dövlət siyasətinin, dövlət proqramlarının və digər proqramların işlənib hazırlanması və yerinə yetirilməsi;

yol təsərrüfatında vahid texniki, maliyyə, kredit və məqsədli investisiya siyasətinin əsaslarının işlənib hazırlanması;

beynəlxalq əməkdaşlığın və əlaqələrin həyata keçirilməsi məqsədi ilə avtomobil yollarının inkişafı və istifadəsi məsələləri üzrə beynəlxalq müqavilələrin bağlanması, beynəlxalq avtomobil yolları şəbəkəsinin formalaşması, Azərbaycan Respublikası yollarında beynəlxalq daşımaların yerinə yetirilmə qaydalarının müəyyənləşdirilməsi. [32]

Ümumi istifadədə olan avtomobil yollarında yaşayış məntəqələrinin və digər obyektlərin yerləşməsi barədə məlumatverici-göstərici, habelə servis nişanları yol təsərrüfatı orqanları tərəfindən yerləşdirilir.

 Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, idarə olunması, saxlanması, qorunması, cari, orta və əsaslı təmiri, yenidən qurulması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan dövlət müəssisəsi və onun tərkibində olan qurumların qeyd olunan işlərin görülməsi üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunduqda, həmin xüsusi razılıq (lisenziya) alınmış hesab edilir və yenidən alınması tələb olunmur.[33]

 


Yüklə 47,7 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin